158
8. Kitabxananın beynəlxalq əlaqələrinin canlandırılması və s.
Bu tədbirlər planının tərkib hissəsi olaraq, əvvəlcə təşkilati işlər
həyata keçirilmiş, kitabxananın fəaliyyətinin hüquqi bazasını təmin edən
sənədlər əsasında işlərin görülməsi üçün zəmin yaradılmışdır. 2003-cü
ilin may ayında təcrübəli, peşəkar kitabxanaçı-biblioqraflardan ibarət bir
qrup mütəxəssisi özündə birləşdirən “RETK-nın kitabxana şurası”
yaradılmışdır ki, bu şuranın vəzifəsi də gündəlik və perspektiv
məsələlərin həllində professionalların iştirakını təmin etməkdir.
Bundan sonra Azərbaycan Respublikası Elmi Texniki Kitabxanasının
əsasnaməsi hazırlanıb təsdiq edilmişdir. Kitabxananın əsasnaməsinə
uyğun olaraq, bütün digər struktur bölmələrin əsasnamələri işlənib
hazırlanmış, həmçinin işçilərin iş bölgüsü müəyyənləşdirilərək hər bir
əməkdaşın tutduğu vəzifəyə görə konkret vəzifəsi dəqiqləşdirilmişdir.
İlk günlərdən əməkdaşların hüquqlarının qorunmasına önəm verilmiş,
işə qəbul edilmiş bütün işçilərlə əmək müqaviləsi bağlanaraq, onlara
hüquq və vəzifələri izah edilmişdir. Məzuniyyətlərin, iş normasının,
istirahət günlərinin düzgün verilməsi, əməyin müvafiq qaydada
ödənilməsi, təhsil alan işçilərə və azyaşlı uşağı olan qadınlara güzəştlərin
edilməsi və s. sahələrdəki mövcud nöqsanlar tez bir zamanda aradan
qaldırılmış, hazırkı qanunların tələblərinə istinad edilmişdir. Kitabxanada
işə daha peşəkar, daha savadlı kadrlar qəbul edilmişdir ki, onlar da
səmərəli iş üsulları ilə rəhbərliyin etimadlarını doğrultmuşlar.
Ölkəmizin daxili və xarici siyasətini, bu siyasətdə ölkə rəhbərliyinin
uğurlu addımlarını, əhalinin sosial rifahı sahəsindəki durmadan və ardıcıl
həyata keçirilən tədbirləri, elmə və elm xadimlərinə dövlətin göstərdiyi
diqqət və qayğını daim müşahidə edən kitabxana kollektivi hər şeyi
düzgün ayırd edərək, 2003-cü ilin 15 oktyabrında keçirilən prezident
seçkilərinə böyük ruh yüksəkliyi ilə qatılmış, ən ağıllı seçim etməklə qəti
olaraq İlham Əliyevi dəstəkləmiş, ona səs vermişlər.
Seçkilərdə İ.Əliyevin uğurlu qələbəsindən sonra kitabxananın bir qrup
işçisi “Uğurlu seçki strategiyası” adlı fundamental biblioqrafik məlumat
kitabının hazırlanması istiqamətində işə başlamışdır.
159
Bu məlumat kitabı prezident seçkilərində qalib gəlmiş İ.Əliyevin seçki
marafonu dövründəki çıxışı, məruzələri, görüşləri ilə bağlı mənbələri
toplayıb oxuculara təqdim etmək məqsədi ilə hazırlanır.
Perspektiv iş planının tərkib hissəsi kimi kitabxananın maddi-texniki
bazasının möhkəmləndirilməsi və işçilərin əmək şəraitinin yüksəldilməsi
sahəsində az bir zamanda çoxlu işlər görülmüşdür. Məsələn, “8-ci
kilometr” adlanan sahədə yerləşən Respublika Patent Fondunun binası
Avropa standartları səviyyəsində əsaslı təmir olunmuş, əməkdaşların
rahat və məhsuldar işləmələri üçün yeni mebel dəstləri alınmış, iş otaqları
kondisionerlərlə, televizor və yeni tipli kompüterlərlə təchiz edilmişdir.
RETK-nın əsas binası da təmir edilmiş, kitab fondlarında və
kabinetlərdə işıqlandırma və istilik sistemləri mövcud sanitar-texniki
tələblərə uyğun olaraq yenidən quraşdırılmışdır. Nahar zamanı və asudə
vaxtlarında işçilərin istirahəti və oxucuların istədikləri vaxt dincəlməsi
üçün binanın ətrafında abadlıq işləri aparılmış, xüsusi mədəni istirahət
kompleksi yaradılmışdır. Kitabxana üçün alınan yeni kompüterlər və
surətçixarma-surətçoxaltma avadanlıqları oxuculara xidmətin səmərəli
təşkilində mühüm əhəmiyyət kəsb edir.
2004-cü ilin aprel ayında agentliyin tövsiyələri və rəhbərliyi ilə
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Agentliyinin nəzdində RETK-nın filialının bazasında
Naxçıvan Muxtar Respublikasının Elmi Texniki Kitab-xanası yaradılmış
və bu kitabxana öz fəaliyyətində RETK-nın qabaqcıl iş təcrübəsini əsas
götürmüşdür. Bu, respublikamızın mədəni həyatında çox mühüm hadisə
hesab edilə bilər.
RETK-nın Gəncə şəhərində yerləşən filialının da maddi-texniki
bazasının təkmilləşdirilirməsi və yeni ədəbiyyatla təchiz edilməsi
diqqətdən kənarda qalmamışdır. 2005-ci ilin avqust ayında
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Gəncə
şəhər şöbəsinin inzibati binasında kitabxana üçün geniş otaqlar ayrılaraq
təmir edilmiş və kitabxananın istifadəsinə verilmişdir. Bu da öz
160
növbəsində həmin kitabxananın işçilərinin tabeliyində olduqları müvafiq
şöbənin əməkdaşlarına daha yaxından, operativ xidmət etmək imkanı
vermişdir.
Uzun illər boyu keçmiş sovet respublikaları ilə pozulmuş əlaqələrin
bərpası yolunda mühüm addımlar atılmışdır. Rusiyanın Elmi Texniki
Kitabxanası və digər elm mərkəzləri ilə ənənəvi əməkdaşlığın bərpa
edilməsi, habelə belə bir əməkdaşlığın qonşu Gürcüstanla yaradılması
məqsədilə həmin respublikalara əməkdaşlar ezam olunmuş, birgə planlar
hazırlanmışdır. Belə əməkdaşlığın nəticəsidir ki, RETK dəfələrlə
beynəlxalq fondlardan, habelə Rusiya və Ukraynadan yeni-yeni müxtəlif
nəşrləri alaraq öz fonduna daxil etmişdir.
Respublikamızda və ölkədən kənarda müvafiq sahələr üzrə yeni nəşr
edilən kitabların və digər çap məhsullarının alınıb oxucuların istifadəsinə
verilməsi işi ən vacib məsələlərdən olduğuna baxmayaraq, maliyyə
çətinliyi üzündən 90-cı illərin əvvəllərində olduqca az miqdarda
ədəbiyyat daxil olmuşdur. 2003-cü ildən yeni ədəbiyyatın alınması
qaydaya salınmışdır.
Kitabxanada son dövrlər biblioqrafik fəaliyyətin aktivləşməsi prosesi
baş vermiş, oxucu sorğularının daha dərindən təhlili onlara göstərilən
biblioqrafik xidmətin və biblioqrafik materialların daha yüksək tələblərə
cavab verəcək səviyyəyə qaldırılması zərurətini yaratmışdır. Son iki il
ərzində kitabxananın rəhbərliyi və biblioqrafların əməyi sayəsində
doqquz adda nəzəri-metodik və biblioqrafik nəşr çap edilmişdir. Həmin
vəsaitlər bunlardan ibarətdir:
1. Azərbaycanda biblioqrafiyanın biblioqrafiyası Biblioqrafik
vəsaitlərin göstəricisi - B.: Mütərcim, 2003.-112 s.
2. Xəzər dənizi və neft (1954-2002): Biblioqrafik göstərici /
Tərt.ed.N.İ.İsmayılov.-B.: Mütərcim, 2003.-48 s.
3. Azərbaycan biblioqrafiyasının canlı salnaməsi / Tərt. ed.
N.İ.İsmayılov.- B.: Mütərcim, 2003.- 96 s.
4. Исмайлов
Н.И.
Библиотечно-библиографические
и
информационные ресурсы Азербайджанской Республики: состояние
и пути совершенствования.B.: Mütərcim, 2003.-136 c.
5. Respublika Elmi Texniki Kitabxanasına daxil olmuş nəşrlərin
biblioqrafık informasiya göstəricisi (1990-2003).- B., 2004.-32 s.
Dostları ilə paylaş: |