161
6. İsmayılov N.İ. və Hacıyeva Q.S. Kitabxanada ölkəşünaslıq
(diyarşünaslıq) və biblioqrafik fəaliyyət. B.: Mütərcim, 2004.-112 s.
7. Biblioqrafiyanın biblioqrafiyası: Biblioqrafik göstərici (1996-
2000) / Tərt. ed.: pedaqoji elmlər namizədi N.İ.İsmayılov.-B.: Mütərcim,
2004.-12 s.
8. İsmayılov N.İ. və Vəzirova R.Ə. Biblioqrafik tərtibatın
metodikası.-B., 2004.- 56 s.
9.İsmayılov N.İ. Elmi-təbii ədəbiyyatın biblioqrafiyası.-B., 2004.- 78
s.
Bu vəsaitlər geniş oxucu kütləsi və kitabxana işi sahəsində çalışan
əməkdaşlar, tələbə və müəllimlər üçün əvəzedilməz bir mənbədir və
gələcək nəsillərə də öz qiymətli köməyini göstərəcəkdir.
Kitabxana hazırda ölkədə gedən sosial-siyasi və iqtisadi islahatlara
uyğun olaraq sahibkarlığın informasiya təminatının təşkili sistemində
mühüm yer tutur.
2.11. Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsinin Kitabxanası
Müstəqillik illərində Azərbaycan Respublikasının mədəni həyatında
çox mühüm hadisə baş verdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və
göstərişi ilə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin
Kitabxanası (ARPİİK) və Azərbaycan Respublikası Milli Məclisinin
Parlament Kitabxanası yaradıldı. Hər iki kitabxana Azərbaycanın
müstəqilliyinin yadigarıdır. Çünki dünyanın bütün müstəqil dövlətlərinin
tarixinə nəzər saldıqda məlum olur ki, müstəqil dövlətlərin atributları
sırasında prezident kitabxanaları və parlament kitabxanaları mühüm yer
tutur. Prezident Aparatının və Parlamentin strukturuna daxil olan bu
kitabxanalar öz statusu etibarilə dövlət kitabxanalarıdır.
XX əsrdə Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra
kitabxana işinə olduqca böyük qiymət verən, onu xalq, millət üçün,
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,
162
zəka mənbəyi adlandıran ümummilli liderimiz Heydər Əliyev kitabxana
işini dövlət işi hesab edir, onun ümumxalq qayğısı ilə əhatə edilməsini
lazım bilirdi. O deyirdi: “Kitabxanaya daimi hörmət xalqımızın”
mənəviyyatını nümayiş etdirən amillərdən biridir”.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Kitabxanasının
yaradılması ideyasını irəli sürən ulu öndər dövlət aparatında çalışan
işçilərə yüksək kitabxana-informasiya xidməti göstərmək, dövlətin qəbul
etdiyi bütün fərmanları, qanunları, əsasnamə və sərəncamları, digər
dövlət sənədlərini toplamaq, qorumaq və saxlamaq üçün Prezident
Kitabxanasının yaradılmasını lazım bilmişdi. Ulu öndərimizin bilavasitə
xeyir-duası ilə yaradılan Prezident Kitabxanası öz fondunun zənginliyi,
oxuculara xidmət işinin yeni forma və üsulları, müasir kitabxana-
informasiya texnologiyası ilə təmin edilməsi cəhətdən hazırda
respublikamızda çox mühüm mədəni, elmi və informasiya əhəmiyyəti
kəsb edən bir kitabxanaya çevrilmişdir. Kitabxana 2003-cü ildə Bakı
şəhərinin iki ən qədim kitabxanasının: Mərkəzi Şəhər Kitabxanasının
(keçmiş Lenin adına kitabxana) və Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsi təsərrüfat şöbəsi nəzdində olan kitabxananın (keçmiş Siyasi
Maarif Evinin Kitabxanası) bazasında təşkil edilmişdir.
Məlumdur ki, tezliklə fəaliyyətə başlamalı olan kitabxananı “quru
yerdə” yaratmaq mümkün olmadığından Prezident Aparatı tərəfindən işçi
qrupu təşkil edilmiş və bu işçi qrupunun qarşısında kitabxana üçün bina
müəyyənləşdirmək, az bir müddətdə kitabxana fondunu təkmilləşdirmək,
onu işlək hala salmaq vəzifəsi qoyulmuşdu. İşçi qrupu müəyyən
axtarışdan və araşdırmalardan sonra Prezident Kitabxanasını Bakı Şəhər
Mərkəzi Kitabxanasının bazasında və binasında təşkil etməyi məsləhət
bildi. Mən bir kitabxana mütəxəssisi kimi qeyd etməliyəm ki, bu, çox
düzgün seçim oldu. Belə ki, Bakı Şəhər Mərkəzi Kitabxanası şəhərimizin
ən qədim və zəngin kitabxanası olduğundan onun zəngin bədii ədəbiyyat
fondu ilə yanaşı çox nadir tarixi kitablar fondu, Bakı kitabxanalarının heç
birində olmayan incəsənət əsərləri fondu var idi.
163
İkinci tərəfdən kitabxananın şəhərin lap mərkəzində gözəl arxitektura
nümunəsi olan yaraşıqlı binası var idi. Düzünü desək, 200 ildən artıq
tarixi olan bu bina uzun müddət təmir edilmədiyindən, baxımsızlıq
üzündən qəza vəziyyətində idi. İşçi qrupu bu binanın bərpası üçün vəsait
almağa müvəffəq oldu. Bina əsaslı surətdə yenidən quruldu, müasir
kitabxana binası halına gətirildi. Bunu işçi qrupunun böyük xidməti hesab
etmək olar. Belə bir cəhəti də xüsusilə qeyd etmək istəyirəm ki, işçi
qrupu çox haqlı olaraq kitabxananı ancaq Prezident Aparatı işçilərinin
yox, bütün oxucuların üzünə açdı ki, bu da respublikamızda müstəqillik
dövründə kitabxana işinin demokratik əsaslar üzərində qurulmasına bariz
sübutdur. Kitabxananın nadir arxitektura nümunəsi hesab edilən
üçmərtəbəli binası müasir Şərq üslubunda və tikinti texnologiyasının son
nailiyyətləri əsasında yüksək zövqlə təmir edilmiş, dünya standartlarına
cavab verən kitabxana binası halına gətirilmişdir. Burada oxucuların
tələbatına müvafiq zallar: incəsənət ədəbiyyatı zalı; böyük oxu zalı;
xüsusi zal; internet zalı; neft və kütləvi ədəbiyyat zalı; nadir kitablar zalı;
müxtəlif mədəni-kütləvi tədbirlər, mühazirələr, elmi seminarlar, dəyirmi
stollar, görüşlər mətbuat konfransları, sərgilər, disputlar, təqdimatlar
keçirmək üçün qədim Şərq memarlıq üslubunda işlənmiş, hər cür
avadanlıqla, qiymətli mebellərlə təchiz edilmiş 100 nəfərlik konfrans zalı
yaradılmışdır. İki kitabxananın kitab fondunun birləşdirilməsi nəticəsində
zəngin və nadir fond yaradılmışdır. Hazırda fondda 400 min nüsxəyə
yaxın kitab vardır. Maliyyə cəhətdən böyük imkanlara malik olan
kitabxana komplektləşmə planına uyğun olaraq öz fondunu yeni
kitablarla ardıcıl olaraq komplektləşdirməyə nail olunmuşdur.
1999-cu ildə prezident Heydər Əliyev tərəfindən imzalanmış
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa görə,
kitabxanaya Azərbaycanda nəşr edilən bütün kitablardan öz profilinə
uyğun pulsuz məcburi nüsxə almaq hüququnun verilməsi fondun yerli
nəşrlərlə davamlı komplektləşdirilməsinə şərait yaratmışdır. Kitabxana
həmçinin öz fondunu komplektləşdirmək üçün xarici nəşrlərin əldə
edilməsinə xüsusi diqqət yetirir ki, bu da xarici ədəbiyyat fondunun
Dostları ilə paylaş: |