164
zənginləşməsi üçün əlverişli şərait yaradır. Kitabxananın xarici ədəbiyyat
fondunda kitabların sayı 50 min nüsxəyə çatıb. Kitabxananın çox
düşünülmüş komplektləşdirmə planı vardır. Bu plana uyğun olaraq komp-
lektləşdirmə zamanı əsas üstünlük siyasətə, hüquqa, tarixə, iqtisadiyyata,
qanunvericiliyə, azərbaycanşünaslığa dair ədəbiyyatın komplektləş-
dirilməsinə verilir. Çox düzgün olaraq kitabxanada nadir kitablar fondu
yaradılmışdır. Bu fondda hazırda demək olar ki, dünyanın bütün
xalqlarının dillərində 4 mindən artıq kitab toplanmışdır. Kitabxana
oxucuların arzu və sorğularını nəzərə alaraq geniş dövri mətbuat fondu
yaratmağa nail olmuşdur. Kitabxananın Azərbaycanda nəşr edilən dövri
mətbuatla yanaşı, xarici ölkələrdə nəşr edilən dövri mətbuatı da alması
dövri ədəbiyyat fondunun əhəmiyyətini xeyli artırmış, geniş oxucuların
tələbatını ödəməyə müvəffəq olmuşdur. Hazırda fondda 200 addan artıq
qəzet və jurnalların komplektləri toplanmışdır.
Kitabxananın qarşısında Azərbaycan Respublikası Prezidenti İcra
Aparatının, Katibliyinin, İşlər İdarəsinin və digər mərkəzi icra
orqanlarının, həmçinin xalq təsərrüfatının, mədəniyyətin müxtəlif
sahələrində çalışan görkəmli alimlərə, mütəxəssislərə, yaradıcı ziyalılara
xidmət üçün kitabxana-biblioqrafiya və informasiya bazası yaratmaq,
müasir kitabxana-informasiya texnologiyasını tətbiq etməklə kitabxana
işini kompüterləşdirmək kimi çox mühüm bir vəzifə qoyulmuşdur.
Kitabxana həmçinin Azərbaycan dövlətçiliyinin, milli ideologiyanın,
azərbaycançılığın təbliğat mərkəzi kimi ümummilli liderimiz Heydər
Əliyevin zəngin irsinin toplanıb saxlanılmasında və təbliğində mühüm
rola malikdir. Bu mühüm vəzifələri yerinə yetirmək üçün kitabxanada bu
şöbələr yaradılmışdır:
* Prezident
və dövlət idarəçiliyi şöbəsi
* Heydər Əliyev fondu
* Azərbaycanşünaslıq şöbəsi
* Xarici
ədəbiyyat fondu
*
İncəsənət ədəbiyyatı fondu
* Dövri
mətbuat fondu
* Kitab
verilişi (abonement) şöbəsi
165
* Biblioqrafiya
və informasiya şöbəsi
* Kitabxana
işinin avtomatlaşdırılması şöbəsi
* Komplektləşdirmə və kitabişləmə şöbəsi
* Kütləvi tədbirlər şöbəsi.
Bu şöbələr yaradılarkən kitabxananın qarşısında duran bütün vəzifələr
nəzərə alınmış, hər bir şöbənin vəzifələrini müəyyənləşdirən
nizamnamələr, normativ sənədlər tərtib edilmiş, hər bir şöbə öz profilinə
uyğun olan mütəxəssis kadrlarla komplektləşdirilmişdir. Məlum olduğu
kimi, hər bir kitabxananın işi, onun müvəffəqiyyətləri kadr korpusundan
olduqca çox asılıdır. Məhz buna görə Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsinin rəhbərliyi bu işə xüsusi əhəmiyyət vermiş, kadr seçərkən
tələsməmiş, respublikanın ən yaxşı kitabxana və informatika
mütəxəssislərini seçib yerləşdirməyə müvəffəq olmuşdur. Həmçinin
kitabxananın işinə siyasətçilər, sosioloqlar, iqtisadçılar, humanitar elm
sahəsinin səriştəli mütəxəssisləri cəlb edilmişdir ki, bütün bunlar birlikdə
kitabxananın qarşısında duran çox mürəkkəb problemlərin həyata
keçirilməsinə qadirdirlər.
Kitabxanaya Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya
fakültəsinin yetişdirməsi, respublikamızın bacarıqlı kitabxana
təşkilatçılarından biri olan Mayıl Əhmədov başçılıq edir.
Yaxın zamanlardan fəaliyyət göstərən bu gənc kollektiv kitabxananı
müasir tələbata, dünya standartlarına uyğun formalaşdırmağa, oxuculara
xidmət işini günün tələbləri səviyyəsində təşkil etməyə müvəffəq
olmuşdur. Hazırda kitabxana Prezident Aparatının işçiləri, dövlət
məmurları ilə yanaşı olaraq demək olar ki, kitabxanadan istifadə üçün
müraciət edən bütün ziyalılara xidmət edir.
Bəşəriyyətin informasiya əsri kimi qəbul etdiyi XXI əsr kitabxanaların
qarşısında olduqca mühüm, keyfiyyətcə yeni vəzifələr qoymuşdur.
Müasir kitabxanalar ənənəvi kitabxanaçılıq təcrübəsi ilə
kifayətlənməməli, oxuculara xidmət işini informasiya cəmiyyətinin
tələbləri səviyyəsinə yüksəltmək üçün dünya informasiya məkanına daxil
olmağı, ümumbəşəri intellectual potensialdan operativ istifadə etmək
166
imkanlarını yaratmağı bacarmalıdır. Bu məqsədlə kitabxanada müasir
informasiya texnologiyası
tətbiq edilməli, kitabxana işinin
informasiyalaşdırılması və informasiya mühitinin yaradılması üçün şərait
hazırlanmalıdır. Bu da hər şeydən əvvəl kitabxana işinə müasir
informasiya və kommunikasiya texnologiyalarının tətbiqini tələb edir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 2003-cü ilin dekabrında Cenevrədə informasiya cəmiyyəti
problemlərinə həsr edilmiş Ümumdünya sammitindəki çıxışında
ölkəmizdə informasiya texnologiyalarının inkişafını dövlətimizin prioritet
vəzifələrindən biri hesab etmişdir. Məhz buna görə dövlət kitabxanası
kimi fəaliyyətə başlayan Prezident Kitabxanası öz işini dünya
standartlarına cavab verə biləcək səviyyədə qurmaq üçün kitabxana işinin
avtomatlaşdırılmasını ön plana çəkmiş, kitabxana işini kompleks halda
kompüterləşdirməkdən ötrü avtomatlaşdırılmış sistem tətbiq etmişdir.
Kitabxana bu məqsədlə geniş araşdırmalar aparmış, dünya
kitabxanalarında tətbiq edilmiş sistemləri öyrənmiş, respublikamızın
şəraitinə, xüsusilə kitabxananın öz şəraitinə uyğun olanını seçmişdir.
Kitabxana öz daxili imkanlarını, sistemin tətbiqinin səmərəliliyini nəzərə
alaraq 2004-cü ilin may ayında MDB məkanında geniş yayılmış
avtomatlaşdırılmış sistemi (İRBİS-64) tətbiq etməyi məqsədəmüvafiq
hesab etmişdir.
Məlum olduğu kimi, bu sistem Rusiya Dövlət Elmi Texniki Ümumi
Kitabxanası tərəfindən tətbiq edilmiş, onun müxtəlif variantları Rusiyanın
və bir sıra xarici ölkələrin kitabxanalarında müvəffəqiyyətlə tətbiq
edilməkdədir. Kitabxanalarda tətbiqi-təcrübi baxımdan olduqca asan olan
bu sistem bütün beynəlxalq standartlara cavab verir. Sistem həmçinin
beynəlxalq biblioqrafik standartlara və formatlara uyğunlaşdırılmışdır. Bu
sistemin qəbul edilməsi kitabxananın kompleks kompüterləşdirilməsinə
və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına şərait
yaratmışdır.
Kitabxana respublikamızda İRBİS-64 sistemini ilk dəfə qəbul edən
kitabxana olduğundan bu sahədə böyük təcrübə toplamış və bu sistemi
Dostları ilə paylaş: |