121
böyük elmi-metodik şöbə yaratmışdır ki, bu şöbədə bilavasitə məktəb
kitabxanalarının metodik təminat sistemini təşkil edən metodistlər
fəaliyyət göstərirlər. Bu metodistlər məktəb kitabxanalarının işini təşkil
etmək, qabaqcıl iş təcrübəsini ümumiləşdirib yaymaq, kitabxana işində
baş verən yeni iş forma və üsullarını müəyyənləşdirmək, kitabxana işinə
dair nizamnamələr, normativ sənədlər tərtib etmək və s. kimi metodik
işlər təşkil etmək üçün tədbirlər həyata keçirirlər.
Metodistlər öz işlərini ezamiyyələrə getmək, kitabxanaların işini
yoxlayıb onlara kömək etmək, tövsiyələr vermək, yerlərə metodik
məktublar, tövsiyələr göndərmək, müşavirələr və konfranslar keçirmək
yolu ilə həyata keçirirlər.
Son illər kitabxana göstərdiyimiz metodik işlərin demək olar ki,
hamısından müvəffəqiyyətlə istifadə etmiş, məktəb kitabxanalarının
işinin yaxşılaşdırılmasında yaxından iştirak etmişdir. Kitabxananın
metodistləri son illərdə
məktəb kitabxanalarının fəaliyyətini
yaxşılaşdırmaq, onların təhsil islahatlarında iştirakını təmin etmək, tədris
prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsində yaxından
iştirak etmək məqsədi ilə 30-dan çox metodik vəsait və tövsiyə hazırlayıb
kitabxanalara göndərmişlər. Kitabxana işinin müxtəlif sahələrinə həsr
edilmiş belə metodik vəsaitlər və tövsiyələr kitabxanaçıların təcrübi işinə,
peşə səviyyəsinin yüksəldilməsinə kömək etmişdir.
REPK-nın müstəqillik illərindəki fəaliyyətində kitabxana işinin
kompüterləşdirilməsi problemi də mühüm yerlərdən birini tutmuşdur. Bu
məqsədlə kitabxana respublika məktəb kitabxanalarının vəziyyətini
öyrənmək, onların işini istiqamətləndirmək, informasiya texnologiyası ilə
təmin etmək üçün tövsiyələr hazırlamaq məqsədi ilə məktəb
kitabxanalarının məlumat bazasını yaratmaq təşəbbüsünü irəli sürmüş və
həyata keçirmişdir. Kitabxana məktəb kitabxanalarını
informasiyalaşdırmaq məqsədi ilə xüsusi layihə hazırlayıb Azərbaycanda
fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutunun Yardım Fonduna təqdim
edib, qrant udmuşdur. Layihəyə müvafiq olaraq kitabxanaya kompüter
dəsti və digər avadanlıqlar ayrılmışdır. Kitabxana İnternet Şəbəkəsinə
qoşulmuş və İnternetdə öz Web səhifəsini yaratmışdır.
122
Məlumat bazasının yaradılmasını 2002-ci ildə başa çatdıran kitabxana
öz daxili imkanları hesabına “İnterbase” proqramı əsasında Təhsil
Nazirliyi sistemində ilk dəfə olaraq elektron məlumat bazası yaratmış,
məlumat bazasının topladığı materiallar elektron məlumat bazasına daxil
edilmişdir. Yaradılmış məlumat bazası əsasında “Təhsil Nazirliyi
sisteminə daxil olan ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti
(2003)” adlı məlumat kitabı çap edilmişdir. Bazanın təşkili, məlumat
kitabının nəşri məktəb kitabxanalarının fəaliyyətini dərindən təhlil edib
öyrənməyə, onların işində olan çatışmazlıqların üzə çıxarılmasına şərait
yaratmaqla, məktəb kitabxanalarının gələcək inkişaf istiqamətlərini
öyrənməyə imkanlar açır.
Müstəqillik illərində respublikamızda gedən təhsil islahatları,
həmçinin informasiya cəmiyyətinin tələbləri təhsil prosesinin informasiya
təminatının təşkilində məktəb kitabxanalarının qarşısında olduqca
mühüm vəzifələr qoymuşdur. Bu vəzifələr Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 21 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı proqramında (2005-2007)”
öz əksini tapmışdır.
Bu proqram təhsil işçiləri, o cümlədən təhsil kitabxanaları qarşısında
yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin
keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə
inteqrasiya imkanı verən, vahid təhsil informasiya mühitini yaratmaq və
əhalini informasiya cəmiyyəti quruculuğunda müvəffəqiyyətlə iştirak
etməyə hazırlamaq, onlara informasiya mədəniyyətini aşılamaq vəzifəsini
qoymuşdur. Bu proqramda həmçinin məktəblərdə elektron kitabxanaların
yaradılması vəzifəsi də irəli sürülmüşdür.
Bu proqramın həyata keçirilməsində mühüm işlər görən REPK Təhsil
Nazirliyinin rəhbərliyi və köməyi ilə xüsusi plan hazırlayıb həyata
keçirməyə başlamışdir. Kitabxana hər şeydən əvvəl məktəblərdə elektron
kitabxanaların yaradılmasının elmi-metodik əsaslarının hazırlanmasında
yaxından iştirak edir.
Müstəqillik illərində hər cür çətinliyə baxmayaraq REPK daim öz işini
təkmilləşdirmiş, kitab fondunu işlək vəziyyətdə saxlaya bilmiş, yeni
123
kitablar əldə etməyə səy göstərmişdir. Kitabxana işinin məzmununda
ciddi yeniləşmə, demokratikləşmə və informasiyalaşma prosesi baş
vermişdir ki, bütün bunlar da oxuculara xidmət işinin təşkilində yeni
keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. Kitabxana təkcə pedaqoji
ədəbiyyatın deyil, bütün elm və təhsil sahələrinə dair ədəbiyyatın
mərkəzinə çevrilmişdir.
Respublikamızda gedən geniş təhsil islahatlarında yaxından iştirak
edən kitabxana məktəb kitabxanalarının işinin təhsil islahatları ilə
əlaqələndirilməsinə, islahatların qarşıda qoyduğu vəzifələrlə əlaqədar
məktəb kitabxanalarının işinin məzmununda baş verən yeni keyfiyyət
dəyişikliklərinin ümumiləşdirilməsinə və yayılmasına böyük metodik
köməklik göstərmişdir.
Beləliklə, müstəqillik illərində REPK-nın fəaliyyətinin təhlili və işinin
məzmunu bir daha göstərir ki, kitabxana təkcə pedaqoji ədəbiyyatı təbliğ
edən sahəvi elmi kitabxana deyil, təhsil problemlərinə xidmət edən böyük
elmi-mədəni mərkəzdir.
2.7. Ali məktəb kitabxanaları
müstəqillik illərində
Müstəqillik illərində respublikamızda ulu öndər Heydər Əliyevin
daimi diqqət və qayğısı nəticəsində ali təhsil müəssisələri də böyük
inkişaf yolu keçmiş, həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf edib
təkmilləşmişdir. Dövlət ali məktəbləri ilə yanaşı, ölkəmizin tarixində yeni
hadisə olan özəl ali məktəblər şəbəkəsi meydana gəlib formalaşmışdır.
Hazırda respublikamızda 47 dövlət və özəl ali məktəb (filialları ilə
birlikdə) vardır ki, bunlardan 25-i dövlət, 22-si özəl ali təhsil
müəssisəsidir. Beləliklə, müstəqillik illərində 30 yeni ali məktəb
yaradılmışdır. Bunların 5-i dövlət, 25-i isə özəl ali məktəblərdir. Dövlət
ali məktəblərində 100 minə qədər tələbə təhsil alır. Müstəqillik illərində
ali məktəblərdə təhsil prosesini dünya standartları səviyyəsinə
yüksəltmək üçün təhsil islahatları keçirilmiş, üçpilləli təhsilə keçilmiş, ali
məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, beynəlxalq
Dostları ilə paylaş: |