124
əlaqələri genişləndirilmiş, təhsil prosesinin təşkilində uğurlu keyfiyyət
göstəriciləri əldə edilmişdir.
Müstəqillik illərində ali məktəblərin kadr potensialının tərkibində baş
verən böyük kəmiyyət və keyfiyyət göstəriciləri də dövrün xarakterik
cəhətlərindən biri olmuşdur. Rəqəmlərə diqqət yetirək. Əgər 1991-ci ildə
dövlət ali məktəblərində müəllimlərin sayı 8541 nəfər idisə, on ildən
sonra bu rəqəm 10.786-ya çatmışdır. Müəllimlərin tərkibində elmlər
doktorlarının və elmlər namizədlərinin sayı da əhəmiyyətli dərəcədə
artmışdır. 1991-ci ildə 581 elmlər doktoru, 4301 elmlər namizədi var
idisə, 2002-ci ildə doktorların sayı 668, namizədlərin sayı 5.140 nəfərə
çatmışdır.
Müstəqillik illərində dövlət ali məktəbləri ilə yanaşı özəl ali məktəblər
şəbəkəsi də meydana gəlib formalaşmışdır. Hazırda respublikamızda 22
özəl ali məktəb fəaliyyət göstərir ki, bunların içərisində öz işini günün
tələbləri səviyyəsində quran, müasir təhsil standartlarına cavab verə
biləcək səviyyədə yüksəkixtisaslı kadr hazırlayan ali məktəblər az
deyildir.
Beləliklə, müstəqillik illərində respublikamızda ali təhsilin inkişafı,
yeni dövlət və özəl ali məktəblərin yaranması, ali təhsil kitabxana
şəbəkələrinin inkişafı, təkmilləşməsi və yenidən qurulması üçün şərait
yaranmışdır. Bu dövrdə 30 ali məktəb kitabxanası yaranmışdır ki,
bunlardan 5-i dövlət, 25-i isə özəl ali məktəb kitabxanalarıdır. Sovetlər
dövrü ilə müqayisədə son on ildə ali məktəb kitabxanalarının miqdarının
üç dəfəyə qədər artması müstəqilliyimizin mühüm mədəni nailiyyətidir.
Yeni yaranan ali məktəblərin yanında elmi-tədris və ictimai həyatda
yaxından iştirak edən, professor-müəllim və tələbə kontingentinin
informasiya tələbatını ödəyən elmi kitabxanaların təşkil edilməsi
respublikamızın elmi, mədəni və təhsil həyatında çox mühüm hadisədir.
Ölkəmizin təhsil sistemində həmişə xüsusi mövqeyi olan, ali məktəblərin
strukturuna daxil olan, onların əsas atributu, birinci laboratoriyası hesab
edilən kitabxanalara xüsusi qayğı göstərilmiş, onun inkişafı, maddi-
texniki bazasının möhkəmləndirilməsi, fondunun komplektləşdirilməsi
diqqət mərkəzində olmuşdur. Son on ildə ali məktəb kitabxanaları daxili
125
maliyyə vəsaiti hesabına kitab fondlarını yeni kitablarla ardıcıl
komplektləşdirməyə nail olmuş, ali məktəblərin profilinə uyğun
sənədlərlə, dövri nəşrlərlə, qəzet və jurnallarla təkmilləşdirmişdir.
Respublika ali məktəblərinin beynəlxalq əlaqələrinin genişlənməsi
kitabxana fondlarının xarici dildə ədəbiyyatla komplektləşdirilməsi üçün
şərait yaratmışdır. Beləliklə, ali məktəb kitabxanalarının fondunda
olduqca böyük elmi-mədəni sərvət toplanmışdır. Ali məktəblərin
əksəriyyəti son on ildə kitabxanaların maddi-texniki bazasının
möhkəmləndirilməsinə, gözəl təmir edilmiş binalarla, avadanlıqlarla
təmin edilməsinə diqqəti artırmışdır. Hazırda respublikamızın ali məktəb
kitabxanaları müasir dünya standartlarına cavab verən, oxucuların
informasiya təminatını qüsursuz ödəməyə səy göstərən, elmi-mədəni
kompleks informasiya mərkəzinə çevrilmişlər. Oxucu tərkibi ilə tanış
olarkən məlum olur ki, ali məktəbdə işləyən bütün professor-müəllim
heyəti və tələbə kontingenti kitabxanaların oxucularıdır. Son illərdə ali
məktəb kitabxanalarında müasir kitabxana avadanlığı, kompüterlər və
informasiya texnologiyası ilə təchiz edilmiş, İnternet şəbəkəsinə
qoşulmuş geniş qiraət zalları açıldığından, tələbə və müəllimlərin
informasiya tələbatının durmadan artdığından oxucuların sayı xeyli
çoxalmışdır. Təxmini hesablamalara görə, bir ildə ali məktəb
kitabxanalarının daimi oxucularının sayı orta hesabla yarım milyon
nəfərdən artıq olmuşdur.
Müstəqillik illərində ali məktəb kitabxanalarından Bakı Dövlət
Universitetinin, Neft Akademiyasının, Pedaqoji Universitetin, Texniki
Universitetin, Dillər Universitetinin, Memarlıq və İnşaat Uni-versitetinin,
Slavyan Universitetinin, Lənkəran Universitetinin, Xəzər Universitetinin,
Qafqaz Universitetinin, Beynəlxalq Universitetinin və başqa ali təhsil
ocaqlarının kitabxanaları təhsil prosesinə kitabxana-informasiya
xidmətinin təşkili sahəsində böyük işləri ilə fərqlənmiş, öncül mövqe
tutmuşlar.
Yekun olaraq demək olar ki, müstəqillik illəri ali məktəb ki-
tabxanalarının tərəqqi və inkişaf illəri olmuş, onların tədris prosesinə və
elmə xidməti sahəsində böyük keyfiyyət dəyişiklikləri baş vermiş,
kitabxana işi ali məktəblərin və tədris prosesinin əsas bazasına
çevrilmişdir.
126
2.8. Bakı Dövlət Universitetinin
Elmi Kitabxanası müstəqillik illərində
Müstəqillik illərində ölkəmizdə fəaliyyət göstərən ali məktəblər
içərisində Azərbaycan ali məktəblərinin bayraqdarı, yüksək elm və təhsil
məbədgahı olan Bakı Dövlət Universiteti xüsusi mövqeyə malik
olmuşdur. Xalq Cümhuriyyətinin yadigarı olan universitet Azərbaycan
Respublikasının ilk ali məktəbi - elm məbədgahı kimi xalqımızın elm,
təhsil və mədəniyyət tarixində çox böyük rol oynamış, fəaliyyət
göstərdiyi 85 ildə 100 mindən artıq yüksəkixtisaslı kadr hazırlamışdır.
Respublikamızın müstəqilliyini böyük fərəhlə qarşılayan BDU son on
ildə elm, mədəniyyət və təhsil sahəsində böyük nailiyyətlər əldə etməklə
təhsil islahatlarında yaxından iştirak etmiş, milli ideologiyanın
formalaşmasında, Azərbaycan dövlətçiliyinin qorunmasında və daha da
möhkəmlənməsində ideoloji və siyasi dayaq kimi məşhurlaşmışdır.
Bakı Dövlət Universitetinin respublikamızda elm və mədəniyyətin
inkişafında, Azərbaycan xalqı və Azərbaycan Respublikası qarşısında
böyük xidmətlərini çox yüksək qiymətləndirən, universitetin məzunu
olması ilə fəxr edən ulu öndər Heydər Əliyev demişdir: “Bakı Dövlət
Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli
sərvətidir, milli iftixarıdır».
1
Bakı Dövlət Universitetini xalqımızm milli iftixarı kimi
qiymətləndirən XX əsrin ən böyük görkəmli dövlət xadimi, Azərbaycan
xalqınm ümummilli lideri H.Əliyevin özü də Bakı Dövlət Universitetinin
böyük məzunu və iftixarıdır. BDU-nun çoxminlik kollektivi Heydər
Əliyev kimi böyük şəxsiyyət yetişdirməsi ilə qürur hissi keçirir.
H.Əliyevin universitetdə təhsil aldığı illər və respublikaya rəhbərlik etdiyi
dövrdəki universitetlə əlaqələri Bakı Döv'lət Universitetinin şanlı
tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil edir. Bakı Dövlət
Universitetinin tərəqqi və inkişafmın ən məhsuldar dövrü olan son 30 il
məhz onun adı ilə, onun şəxsiyyəti ilə qırılmaz tellərlə bağlıdır.
1
Abel Məhərrəmov. Bakı Dövlət Universiteti.-B., 2000.- S. 48.
Dostları ilə paylaş: |