133
işçisinin ixtisasını artırmaq üçün MARC-Sql-1.5 AKİS-i ilə işləmək
üçün təlim keçmiş və UNİMARC (beynəlxalq maşınla oxunan kataloq və
kataloqlaşdırma) formatının tətbiqi üsulları öyrədilmişdir. Artıq bu
proqram vasitəsilə Elmi Kitabxananın “Nadir kitablar fondu”ndan 7100
adda kitab, “Dissertasiyalar və avtoreferat” fondundan 3170 adda
dissertasiya rus dilində, 580 adda Azərbaycan dilində, “Xarici ədəbiyyat
və dövri mətbuat” şöbəsində isə bütün elm sahələri üzrə müxtəlif xarici
dillərdə (ingilis, alman, fransız və Qərbi Avropa dillərində) 1525 jurnal
(son illərin nəşrləri), texniki elm sahələrinə aid rus dilində 13.768 jurnal,
Azərbaycan dilində 976 jurnal elektron kataloqa daxil edilmiş və
oxucuların istifadəsinə verilmişdir. Həmçinin son bir ildə laboratoriyanın
işçiləri rus dilində kitabxananın sis-temli kataloqunda kimya elminə aid
olan 6000 adda kitabı elektron kataloqa daxil etmişdir. Hazırda
biologiyaya aid kitablar elektron kataloqa daxil edilməkdədir. Hazırda
kitabxananın fondunda Azərbaycan dilində olan bütün kitablar, həmçinin
nadir xarici ədəbiyyat və dövri mətbuat fondu bütünlüklə elektron
kataloqa salınmışdır. 90-cı illərin axırlarından başlayaraq kitabxa-naya
yenidən daxil olan kitablar və dövri nəşrlər də elektron kataloqa salınır.
Kitabxananın oxucularına xidmət üçün elektron xidmət bölməsi
yaradılmış və bu bölməyə xüsusi işçilər ayrılmışdır. Oxucular
kitabxananın elektron xidmətindən müvəffəqiyyətlə istifadə edirlər. Bu
məqsədlə oxuculara elektron xidmət göstərmək üçün xüsusi kompüterlər
ayrılmışdır. Həmçinin oxucular kitabxanada yaradılmış İnternetin
www.bsu.az saytı vasitəsi ilə elektron kataloqdan istifadə etməklə öz
sorğularına cavab tapa bilirlər.
Kitabxana kompüterləşdirilmə sahəsində aparılan işləri müntəzəm
olaraq təkmilləşdirir. 2005-ci ildə kitabxana kompüterləşdirmə işini
kompleks aparmaq məqsədi ilə beynəlxalq təcrübədə sınaqdan keçmiş,
praktik cəhətdən olduqca əhəmiyyətli İRBİS proqramını tətbiq etməyə
başlamışdır. Bu pro-qram tətbiq edilməzdən qabaq proqramçılar
tərəfindən öyrənilmiş, kitabxanada indiyə qədər tətbiq edilən proqramlara
uyğunlaşdırılmışdır. Bu proqramın tətbiqi kitabxananın bütün
134
fəaliyyətini, bütün şöbələrinin işini kompleks halda kompüterləşdirməyə,
qısa müddətdə kitabxana işini müasir tələblər səviyyəsində qurmağa
imkan yaratmışdır.
Kitabxana işinin kompüterləşdirilməsi sahəsində görülən tədbirlər
kitabxananın informasiyalaşdırılmasını təmin etməklə yanaşı, onun bütün
fəaliyyətinə müsbət təsir göstərmiş, oxucuların informasiya təminatının
ödənilməsində yeni mərhələ, elektron mərhələsi başlanmışdır. İndiyə
qədər kitabxana xidmətində istifadə edilən ənənəvi üsullardan fərqli
olaraq elektron xidməti oxucuların tələbatının ödənilməsini daha da
intensivləşdirmiş, daha məzmunlu, daha keyfiyyətli xidmət prosesinin
formalaşmasına səbəb olmuşdur.
Müstəqillik illərində kitabxananın fəaliyyətində baş verən yeniliklər,
aparılan islahatlar, elektron vasitələrlə xidmət oxucularla işi kökündən
yaxşılaşdırmış, kitabxana xidməti prosesində əhəmiyyətli keyfiyyət
dəyişilikləri baş vermişdir. Bütün bunlar son illərdə oxucuların sayının
artmasına səbəb olmuşdur. Əgər kitabxananın 1991-ci ildə 4.500 oxucusu
var idisə, 2003-cü ildə onların sayı 14.207 nəfər olmuşdur. Son 12 ildə
kitabxana 530.849 oxucuya xidmət etmiş, onlara 17.207.034 nüsxə
ədəbiyyat verilmişdir. Bütövlükdə kitabxananın professor-müəllim
heyətinin 70 faizindən çoxu, tələbələrin isə 91,2 faizi kitabxana xidməti
ilə əhatə edilmişdir.
Müstəqillik illəri Bakı Dövlət Universitetinin tarixində intibah dövrü
kimi xarakterizə edilir. Bu dövr 1999-cu ildə ulu öndər Heydər Əliyevin
sərəncamı ilə rektor təyin edilmiş AMEA-nın müxbir üzvü, Əməkdar elm
xadimi, professor A.M.Məhərrəmovun adı ilə bağlıdır. Məhz XX əsrin
son illəri və XXI əsrin əvvəllərində təhsilin, elmin, mədəniyyətin inkişafı
sahəsində universitetin qazandığı nailiyyətləri onilliklər boyu əldə edilmiş
nailiyyətlərlə müqayisə etmək olar. Son illərdə Bakı Dövlət
Universitetinin maddi-texniki bazası görünməz dərəcədə
möhkəmləndirilmiş, binası demək olar ki, yenidən qurulmuş, geniş
təmizlik işləri aparılmış, idman kompleksi, örtülü stadion, dünya
standartlarına cavab verən üzgüçülük hovuzu tikilib istifadəyə verilmiş,
böyük mədəniyyət və istirahət parkını xatırladan universitet şəhərciyi
salınmışdır.
135
Universitetin tədris və elmi laboratoriyaları yenidən qurulmuş,
cihazlarla, texniki vasitələrlə, müasir elm və təhsilin tələbatına cavab
verən avadanlıqlarla təchiz edilmişdir. Həmçinin universitetin yeni
binasında 1500 kv metrlik sahəsi olan nəşriyyat yaradılmış, nəşriyyat
üçün 1 milyon 500 min ABŞ dolları qiymətində yeni mətbəə avadanlığı -
çap maşınları, elektron cihazlar alınmışdır. Müstəqillik illərində Bakı
Dövlət Universitetinin bilik xəzinəsi olan Elmi Kitabxanası da
diqqətəlayiq uğurlar qazanmışdır. Tədris prosesinin təşkilində və elmi-
tədqiqat işlərinin aparılmasında, professor-müəllim heyətinin və
tələbələrin informasiya təminatında kitabxana işinə böyük qiymət verən,
onu universitetin bir nömrəli laboratoriyası adlandıran professor Abel
Məhərrəmov kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək,
respublikamızın və dünyanın böyük elmi kitabxanaları sırasına çıxarmaq
üçün mühüm tədbirlər həyata keçirmişdir. Kitabxanaya yeni bina
ayrılmış, onun böyük korpusları əsaslı təmir edilmiş, qiymətli avadanlıq
və yüksək informasiya texnologiyası ilə təmin edilmiş, kitabxana
işçilərinin peşəkarlığının artırılması
və sosial vəziyyətinin
yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər görülmüşdür. Oxuculara
xidmət işini yaxşılaşdırmaq, onların durmadan artan tələbatını ödəmək
məqsədi ilə kitabxananın maliyyə
vəziyyəti daimi olaraq
yaxşılaşdırılmışdır. Kitabxana fonduna yeni ədəbiyyat, elmi jurnallar və
referativ jurnallar almaq üçün istənilən qədər vəsait ayrılmışdır.
Kitabxananın sənəd-informasiya resursları yaxın keçmişlə müqayisədə
300-400, bina sahəsi 400 dəfəyə qədər artmışdır. Kitabxananın kadr
tərkibi əsaslı şəkildə yaxşılaşdırılmış, yüksək-ixtisaslı peşəkar
kitabxanaçı kadrlarla təmin edilmişdir.
Hazırda universitet Elmi Kitabxanası 4000 kvadrat metr sahəsi olan 3
binada (əsas korpusda, birinci və ikinci tədris korpuslarında) yerləşir.
Əsas binada yerləşən kitabxananın girişi, sərgi salonu, dövri mətbuat
fondu və professor-müəllimlər üçün oxu zalı, beynəlxalq kitab mübadiləsi
fondu və onun oxu zalı, birinci tədris korpusunda humanitar fakültələr
kitabxanası və oxu zalı, ikinci tədris korpusunda Şərq ədəbiyyatı fondu və
qiraət zalı yerləşmişdir. Bütün kitabxana və oxu zallarına son dəbdə
Dostları ilə paylaş: |