130
onun informasiya təminatını aratmaq üçün yeni elmi ədəbiyyatın əldə
edilməsinə xüsusi diqqət yetirir.
BDU-nun Elmi Kitabxanası respublikamızda yeganə kitabxanadır ki,
Moskva şəhərində nəşr edilən ən bahalı referativ jurnalları (7 adda)
almağa müvəffəq olmuşdur. Bu jurnallardan universitet alimləri ilə yanaşı
respublikamızın fundamental və texniki elmlər sahəsində çalışan bütün
alimlərinin maneəsiz istifadə etməsi elmimizə böyük töhfədir.
Oxucularının dövri mətbuata, elmi və referativ jurnallara tələbatının
artmasını nəzərə alan universitet rəhbərliyi bu sahəyə ayrılan vəsaiti
müntəzəm olaraq artırır. Təkcə 2004-cü ildə dövri mətbuata abunə
yazılışına 238 milyon manatdan artıq vəsait ayrılmışdır. Bu vəsait
hesabına kitabxana 11 adda qəzetə, 85 adda elmi jurnala abunə yazılmış,
mübadilə və hədiyyə yolu ilə 378 adda xarici jurnal almışdır.
Müstəqillik illərində baş verən ən mühüm hadisələrdən biri də
kitabxananın beynəlxalq əlaqələrinin genişlənməsidir. Azərbaycanın
müstəqil dövlət kimi dünyanın bir çox dövlətləri ilə diplomatik əlaqələr
yaratması universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə şərait
yaratmış, Bakı Dövlət Universiteti dünyanın qabaqcıl universitetləri
içərisində özünə layiqli yer tutmuşdur. Hazırda universitet dünyanın 18
ölkəsi ilə beynəlxalq əlaqələr yaratmışdır və 4 beynəlxalq assosiasiyanın
üzvüdür. Bakı Dövlət Universitetinin kitabxanası da müstəqillik
şəraitindən müvəffəqiyyətlə istifadə edərək öz beynəlxalq əlaqələrini
genişləndirmiş, beynəlxalq kitab və dövri mətbuat mübadiləsini
təkmilləşdirmişdir. Kitabxana dünyanın 30-dan artıq ölkəsi ilə əlaqə
yaratmışdır, bu ölkələrin 48 universiteti ilə ədəbiyyat mübadiləsi edir.
Mübadilə fondunun fəaliyyəti nəticəsində dünyanın qabaqcıl
universitetlərinin qiymətli nəşrlərinin əldə edilməsi ilə yanaşı milli
nəşrlərimizin xarici universitetlərə göndərilməsi üçün də şərait yaranır.
Kitabxana həmçinin ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə, qeyri-
dövlət təşkilatları ilə, xüsusilə Soros fondu ilə sıx əlaqələr yaratmış,
onların köməyi ilə kitab fondunu xarici dillərdə olan çox qiymətli
ədəbiyyat və dövri nəşrlərlə zənginləşdirə bilmişdir. Universitetin
əməkdaşlıq etdiyi xarici şirkətlərdən Ekson və Mobil şirkətləri
131
kitabxananın xarici dəbiyyatla komplektləşməsinə yaxından köməklik
göstərmişlər.
Beynəlxalq kitab mübadiləsi bölməsində kitab və jurnallarla yanaşı,
“qeyri-maddi daşıyıcılar” (elektron vasitələr) da saxlanılır. Hazırda kitab
mübadiləsi şöbəsində elmin müxtəlif sahələrinə dair biblioqrafik və tam
mətnli informasiyaları əks etdirən 56 adda 136 ədəd CD-ROM, 20 ədəd
DVD-ROM, 30 ədəd disket və 2 ədəd kaset saxlanılır. Mübadilə
şöbəsinin müasir avadanlıqla, informasiya texnologiyası vasitələri ilə
təmin edilməsi, şöbənin İnternetə qoşulması onun işində mühüm
keyfiyyət göstəricilərinin baş verməsinə, böyük oxucu kontingentinə
xidmət etməsinə səbəb olmuşdur. Təkcə 2003-cü ildə şöbənin 1150 nəfər
oxucuya xidmət etməsi dediklərimizə sübutdur.
Bakı Dövlət Universitetinin müstəqillik illərindəki fəaliyyətində
kitabxana işinin yaşadığımız informasiya cəmiyyətinin tələblərinə uyğun
kompüterləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. BDU-nun Elmi
Kitabxanası respublikamızın kitabxanaları içərisində kompüterləşmə
problemini həyata keçirməyə çalışan, informasiya texnologiyasını
təcrübəyə tətbiq edən ilk kitabxanalardan biri olmuşdur. Bu mühüm işdə
kitabxanaya elmi-nəzəri və sırf praktiki cəhətdən kömək etmək, kitabxana
proseslərini kompüterləşdirmək işində 1999-cu ilin martında BDU
Kitabxanaçılıq-informasiya fakültəsi Kitabxanaşünaslıq kafedrasının
yanında təşkil edilən “Kitabxana işinin kompüterləşdirilməsi” elmi-
tədqiqat labo-ratoriyasının çox böyük köməyi olmuşdur. Bu
laboratoriyanın yaranması Kitabxanaşünaslıq kafedrasının müdiri,
Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının
akademiki, tarix elmləri doktoru, professor A.A.Xələfovun adı ilə
bağlıdır.
90-cı illərin axırlarında BDU-da tədris prosesinin informa-
siyalaşdırılması və onun keyfiyyətinin yüksəldilməsi sahəsində böyük
islahatlar həyata keçirən gənc rektor, AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi, professor Abel Məhərrəmov BDU-nun Elmi Kitabxanasının
fəaliyyətini modernləşdirmək məqsədilə professor A.A.Xələfovun
təşəbbüsünü bəyəndi və belə laboratoriyanın açılmasına nail oldu.
Professor A.M.Məhərrəmov laboratoriyanın kitabxananın yanında
132
fəaliyyət göstərməsini və itabxana işinin kompüterləşdirilməsini həyata
keçirməsini məsləhət bildi. Rektorun uzaqgörənliklə istiqamətləndirilmiş
bu məsləhəti laboratoriyanın sonrakı fəaliyyətinə və kitabxana işinə
mühüm təsir göstərdi.
Qısa müddət içərisində kitabxana işinin kompüterləşdirilməsi
sahəsində ilk mühüm nailiyyətlər əldə edildi və laboratoriya kitabxananın
ayrılmaz tərkib hissəsinə çevrildi. Laboratoriyanın kompüterlərlə,
printerlə və digər informasiya texnologiyası ilə təmin edilməsi kitabxana
işinin kompüterləşdirilməsi üçün böyük imkanlar açdı. Laboratoriya
1999-cu ildən başlayaraq kitabxananın kompleks kompüterləşdirilməsini
həyata keçirməyə başladı. Respublikamızda ilk dəfə olaraq
laboratoriyanın əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Azad
Qurbanov tərəfindən Milli Avtomatlaşdırılmış Kitabxana İnformasiya
Sistemi (AKİS) – “Kitabxana-2.0” versiyası yaradılmışdır. Bu AKİS-lər
20 minə yaxın biblioqrafik yazıya, kitabxananın Azərbaycan fondunun
informasiya bazasına malik olub, 13 ax-tarış göstəricisi və onların
kombinasiyasına görə informasiya axtarışını həyata keçirmək imkanı
verir. Bu AKİS-lər 90-cı illərdə qüvvədə olan QOST 7.8.-84 standartı
əsasında hazırlanan biblioqrafik məlumat bazasına əsaslandığından,
kitabxanaların müasir prob-lemlərini, o cümlədən beynəlxalq biblioqrafik
məlumat mübadiləsini təmin etmədiyi üçün laboratoriya 2003-cü ildən
etibarən kitabxana elektron kataloqunun yaradılmasında MDB ölkələrinin
bir sıra qabaqcıl kitabxanalarında uzun müddət tətbiq olunan “Marc-Sql-
5” AKİS-lə işləməyə başlamışdır. Bu proqram elektron kataloqun
yaradılmasını, kitabxana fondunun komplektləşdirilməsini və uçotunu,
abonement və axtarış-məlumat xidmətini avtomatlaşdırır, İnternet
şəbəkəsi vasitəsilə oxucuların uzaq məsafədən on-line ədəbiyyat axtarışı
və sifarişini təmin edir. Laboratoriya məlumat bazasının hazırlanmasında
UNIMARC və USMARC formatlarından istifadə edir ki, bu da
beynəlxalq biblioqrafik məlumat mübadiləsini həyata keçirməyə kömək
edir. Laboratoriyanın işçiləri tərəfindən UNIMARC formatı Azərbaycan
dilinə tərcümə edilmiş və onun tətbiqinə kömək etmək məqsədilə təsvir
nümunələri hazırlanmışdır. Laboratoriyanın əməkdaşları kitabxananın 15
Dostları ilə paylaş: |