155
kompüter dəsti ilə təchiz etdi. Kitabxananın İnternet və elektron poçt
sisteminə qoşulmaq üçün texniki baza hazırlandı.
Kitabxana işinin kompüterləşdirilməsini həyata keçirmək üçün ayrıca
“Diferensial məlumat xidməti və tədqiqat işləri” şöbəsi yaradıldı. Bu şöbə
bütün növ oxucu sorğularını araşdırır, elm sahələri üzrə kompüterin
yaddaşına daxil edirdi. Şöbədə elektron kataloqun yaradılmasına
başlanmışdı. Neft ədəbiyyatına olan böyük tələbat nəzərə alınaraq neft
ədəbiyyatının elektron kataloqunun yaradılması üçün intensiv iş
aparılırdı. Şöbə həmçinin tərcümə mərkəzi ilə birlikdə UNIMARC-ın
Azərbaycan dilinə tərcüməsi və redaktəsində yaxından iştirak etmiş və
kompüterdə çap etmişdir.
Azərbaycanda kitabxana işinin avtomatlaşdırılması problemləri ilə
hələ 80-ci illərdən məşğul olmağa başlayan kitabxana son illərdə
kompüterləşdirilmə sahəsində mühüm təcrübə qazanmışdır. Bu
təcrübənin təkmilləşdirilməsinə və yayılmasına böyük ehtiyac hiss
edilməkdədir.
Müstəqillik illərində RETK elmi-texniki kitabxanalar şəbəkəsinin
metodik mərkəzi kimi öz işini davam etdirmişdir. Kitabxana müasir
şərait, kitabxana işinin demokratikləşdirilməsi ilə əlaqədar metodik
təminat sistemini yenidən qurmuş, inzibati amirlik metodundan
uzaqlaşaraq tövsiyə və məsləhət xarakterli yeni üsullardan istifadə
etməyə, metodik tədbirlər keçirərkən hər bir kitabxananın şəraitini və
durumunu nəzərə almağa çalışmışdır.
Uzun illərdən bəri elmi-texniki kitabxanalar şəbəkəsinin metodik
təminat bazası kimi formalaşan RETK bu sahədə böyük təcrübə
qazanmışdır. Kitabxanada metodik təminat işini təşkil etmək üçün ayrıca
şöbə yaradılmışdır. Bu şöbə 1990-cı illərin əvvəllərində 125 kitabxanaya
metodik köməklik göstərirdi. Bu şöbədə kitabxana işini çox yaxşı bilən
təcrübəli kadrlar toplanmışdı. Şöbə təkcə kitabxanalara metodik köməklə
kifayətlənmir, şəbəkəyə daxil olan kitabxanaların illik hesabatlarını
toplayır, təhlil edir, həmçinin mərkəzi kitabxananın illik fəaliyyətinin
təhlili əsasında respublika texniki kitabxanalar şəbəkəsinin hesabatını
hazırlayırdı. Bu hesabatlar kitabxanalarda aparılan işin təhlili, mənfi və
156
müsbət cəhətlərin aşkara çıxarılması kitabxana işinin gələcək inkişaf
istiqamətlərini müəyyənləşdirmək üçün böyük əhəmiyyətə malikdir.
Həmçinin bu hesabatlar respublikada texniki kitabxanaların tarixinin
arxiv fondudur. Şöbədə kitabxanaşünaslığa, biblioqrafiyaşünaslığa dair
elmi və metodik ədəbiyyatın zəngin kitabxanası yaradılmışdır ki, bu da
tədqiqatçılar üçün böyük axtarış bazası rolunu oynayır.
Kitabxanada ayrıca elmi-metodik şöbənin fəaliyyət göstərməsi
metodik işin məqsədyönlü təşkilini asanlaşdırmış, metodik işlərin elmi
əsaslara söykənərək aparılmasına imkan yaratmışdır.
Müstəqilliyin ilk illərində respublikamızda yaranmış böyük
çətinliklərlə əlaqədar zavod və fabriklərin bağlanması, ayrı-ayrı
nazirliklərin ləğv olunması və ya strukturlarında dəyişikliklər edilməsi
elmi-texniki kitabxanalar şəbəkəsinin azalmasına gətirib çıxarırdı.
1993-cü ildə respublikamızda böyük öndər Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə yaranan sabitlik, dövlət strukturlarının
möhkəmlənməsi bu prosesin qarşısını aldı. Bağlanmaq təhlükəsindən
qurtaran kitabxanalar öz işlərini davam etdirməyə başladılar.
1994-cü ildə RETK 124 kitabxanaya metodik köməklik göstərirdi.
Metodik şöbə çətinliklərə baxmayaraq öz fəaliyyətini davam etdirmiş,
texniki kitabxanaların işini yaxşılaşdırmaq üçün ayrı-ayrı idarələr,
müəssisələr və nazirliklər qarşısında məsələ qaldırmışdır. Sovet dövründə
metodik fəaliyyətə dair hazırlanıb təsdiq edilmiş sənədlər ideoloji
cəhətdən köhnəlib öz aktu-allığını itirdiyinə görə kitabxana metodik
işlərin bütün forma və üsullarından istifadə edirək, metodik sənədlərin
hazırlanmasına xüsusi diqqət yetirməyə başlamışdır. Kitabxananın yeni
tərtib etdiyi sənədlərə misal olaraq “Dövlət sirrinə aid edilən məlumatları
özündə əks etdirən ədəbiyyatın saxlanması qaydaları”; “İllik hesabatların
tərtibi qaydaları”; “Yeni kitabxanaların yaradılması qaydaları”;
“Köhnəlmiş, əhəmiyyətini itirmiş ədəbiyyatın kitabxanadan çıxarılması
qaydaları”; “Kitabxana fondunun komplektləşdirilməsi xüsusiyyətləri” və
s. kimi nümunəvi sənədləri göstərmək olar.
157
Bu dövrdə kitabxananın həyata keçirdiyi metodik tədbirlər içərisində
seminarlar, fərdi və qrup halında məsləhətlər, icmallar, yeni metodik
ədəbiyyatın sərgiləri geniş yer tuturdu. Komplektləşdirmə günlərinin
keçirilməsi və yeni texniki ədəbiyyat haqqında kitabxanalara məlumat
verilməsi mühüm əhəmiyyət kəsb edirdi.
2002-ci ildə Dövlət Elm və Texnika Komitəsinin ləğv edilməsi ilə
əlaqədar RETK Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Agentliyinin tabeçiliyinə verildi. Agentlik kitabxana işinə diqqəti xeyli
artırdı. Kitabxananın maliyyə vəziyyəti yaxşılaşdırıldı, rəhbərliyi
möhkəmləndirildi. Kitabxananın direktoru vəzifəsinə gənc alim, pedaqoji
elmlər namizədi, dosent Nadir İsmayılovun təyin edilməsi kitabxananın
işində əhəmiyyətli dəyişikliklərin baş verməsinə səbəb oldu.
Qısa zaman kəsiyində kitabxanada müşahidə edilən mövcud reallıqlar
və digər konkret faktlar əsasında dərin və hərtərəfli təhlil aparılmış,
nəticələr və qarşıda duran işlər nəzərə alınmaqla geniş müşavirə
keçirilmişdir. Müşavirənin yekunu olaraq kitabxananın cari və perspektiv
vəzifələrinin əsas aspektləri müəyyən olunaraq, dövlətimizin elm, təhsil,
kitabxana siyasəti sahəsində tələbləri nəzərə alınmaqla ciddi
müzakirələrdən sonra geniş tədbirlər planı qəbul edilmişdir. Bu tədbirlər
planının əsas istiqamətləri bunlardan ibarətdir:
1. Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi və
daha da təkmilləşdirilməsi;
2. Oxucularla
işi günün tələbləri səviyyəsində təşkil etməklə, onlara
müasir standartlar səviyyəsində xidmət göstərilməsi;
3. Kitabxanada
müasir
avadanlıqların və müasir texnologiyaların
tətbiqi;
4. Kitabxana fondunun oxucular tərəfindən daha çox tələb olunan
yeni və aktual ədəbiyyatla zənginləşdirilməsi;
5. Biblioqrafik fəaliyyətin canlandırılması, biblioqrafik xidmətin
keyfiyyətinin yüksəldilməsi;
6. Elmi-metodik
və biblioqrafik nəşrlərin çap edilməsi;
7. Kitabxana işçilərinin peşə biliklərinin müntəzəm olaraq
artırılması sisteminin yaradılması;
Dostları ilə paylaş: |