179
yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, bu
sərəncam respublikamızın bütün ictimaiyyəti, ziyalıları və kitabxana
işçiləri tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
2.13. Müstəqillik illərində
kitabxana işi sahəsində dövlət siyasəti
Müstəqil, suveren, dünyəvi, demokratik Azərbaycan dövlətinin digər
sahələrdə olduğu kimi kitabxana işi sahəsində də özünəməxsus siyasəti
vardır. Bu siyasətin yeni formalaşmasına və təkmilləşməsinə
baxmayaraq, bir çox ciddi problemlər həll edilmiş, dünya dövlətlərinin
təcrübəsindən bəhrələnərək olduqca demokratik kitabxana siyasətinin
əsası qoyulmuş, onun bünövrəsi yaradılmışdır.
Bu siyasətin əsasında dünya şöhrətli dövlət xadimi, xalqımızın
ümummilli lideri Heydər Əliyevin “Kitabxana xalq, millət üçün,
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını
nümayiş etdirən amillərdən biridir” kəlamı durur. İctimai həyatm
müxtəlif sahələrinə uyğun olaraq iqtisadi, sosial, milli, aqrar, təhsil, din,
mədəniyyət, kitabxana və s. siyasət ola bilər. Dövlətin kitabxana siyasəti
təxminən aşağıdakı əlamətləri özündə əks etdirməlidir:
- Cəmiyyətin inkişaf istiqamətindən doğan prinsipial və vaxtı
çatmış aktual məsələləri irəli sürmək, nəzərdə tutulmuş zaman kəsiyində
əldə ediləcək perspektiv və yaxın məsələləri dəqiq müəyyənləşdirmək;
- Qarşıdakı məqsədlərə ən optimal və ən tez nail olmağı təmin
edən fəaliyyət və təşkilat metodları, vasitələri və formaları işləyib
hazırlamaq;
- Qarşıya qoyulmuş vəzifələri mərhələlərlə yerinə yetirməyi
bacaran kadrlar seçib yerləşdirmək.
Siyasət müasir şəraiti və yaxın gələcəyi müəyyənləşdirmək üçün qəbul
edilən qərarın bir çox alternativ, müxtəlif fikirlər,
180
ideyalar içərisindən seçilmiş, formalaşdırılmış və düşünülmüş fıkirlər və
ideyalardır.
Beləliklə, kitabxana işi sahəsində dövlət siyasəti çox mürəkkəb ictimai
bir fenomendir. Öz ideoloji, sosial və siyasi əhəmiyyətinə görə müstəsna
əhəmiyyətə malik bir hadisədir. Dövlət kitabxana siyasəti bir çox
mürəkkəb, çoxtərəfli, çoxsəviyyəli, çoxşəkilli, çoxqütblü,
çoxkomponentli, çoxsubyektli və çox obyektlidir.
Məlumdur ki, SSRİ məkanında olduğu kimi Azərbaycanda da “dövlət
kitabxana siyasəti” məfhumu əvəzinə “kitabxanalara rəhbərlik” məfhumu
var idi. Totalitar rejimdə siyasət də partiya rəhbərliyinə tabe edilmişdi.
Müstəqillik əldə edildikdən sonra cəmiyyətdə baş verən demokratikləşmə
prosesi mədəniyyətin bütün sahələrinə, o cümlədən kitabxana işinə də öz
təsirini göstərdi. Kitabxana işində böyük demokratikləşmə prosesi
başlandı ki, bu da öz növbəsində kitabxana işi sahəsində dövlət
siyasətinin hazırlanmasını tələb edir.
Müasir şəraitdə kitabxana işi sahəsində dövlət siyasətini
müəyyənləşdirərkən respublikamızın müstəqilliyinin xalqımıza bəxş
etdiyi milli dövlətçiliyimizin, milli ideologiyamızın, azadlıq və
demokratiyanın nailiyyətlərini, son 15 ildə iqtisadi, sosial, mədəniyyət və
təhsil sahəsində baş verən dəyişiklikləri, milli soykökümüzə
qayıtmağımızı, milli mentalitetimizin möhkəmləndirilməsini,
ümumiyyətlə, müstəqil, suveren Azərbaycan cəmiyyətinin inkişaf
qanunauyğunluqlarını nəzərə almaq zəruridir. Belə ki, ötən dövrdə dövlət
tamam başqalaşıb, cəmiyyət əvvəlkindən tamamilə fərqlənən yolla
inkişaf edir. Kitabxanaların vəzifələri, oxucular və kitabxanaçılar
tamamilə dəyişmiş, yeniləşmişdir. Kitabxana işində demokratik prinsiplər
tədricən dərinləşir və möhkəmlənir. Cəmiyyətin formalaşmasında
meydana gəlib təkmilləşən yeni dünyabaxışı, yeni təfəkkür tərzi onların
da dəyişməsinə şərait yaratmışdır.
Respublikamızda əhaliyə kitabxana xidmətinin təşkili müxtəlif
nazirliklər, idarə və müəssisələr, cəmiyyətlər tərəfindən həyata
keçirildiyindən kitabxana şəbəkələrinin vəzifələri baxımından müxtəlif,
bir-birindən fərqlənən kitabxana siyasətinin formalaşması qaçılmazdır.
Bununla belə, ölkə miqyasında əhaliyə kitabxana xidmətinin təşkilinin,
181
bütün kitabxana şəbəkələrinin ümumi qanunauyğunluqlarmı müəy-
yənləşdirən dövlət siyasətinin formalaşması zəruri bir prosesdir. Əgər
ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin kitabxana siyasəti bir
nazirliyin, bir müəssisənin mənafeyini müdafiə edirsə, ümumdövlət
kitabxana siyasəti bütün ölkənin və xalqın mənafeyinə, tələbat və
sorğularına xidmət edir.
Beləliklə, ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin kitabxana
siyasəti öz əsas prinsiplərini və vəzifələrini müəyyənləşdirərkən
bilavasitə dövlət siyasətinə əsaslanmalı, onun mahiyyətini əks
etdirməlidir. Dövlətin kitabxana siyasəti respublika miqyasında aparılan
kitabxana işinin əsasını təşkil etdiyindən bu sahəyə dair hazırlanan bütün
sənədlər bu sənədə, Azərbaycan dövlətinin kitabxana siyasətinə
əsaslanmalı, demokratik prinsipləri özündə əks etdirən sənəd olmalıdır.
Heydər Əliyev yazır: “Demokratik prinsiplər bu günün, gələcəyimizin
əsasını təşkil edəcəkdir”.
Kitabxana işinə dair dövlət siyasətinin formalaşdırılmasında və
vəzifələrin müəyyənləşdirilməsində ali qanunumuz olan Azərbaycan
Respublikasının Konstitusiyası əsas qanunvericilik bazası rolunu oynayır.
Məhz vətəndaşların mədəni sərvətlərdən, informasiyadan istifadə etmək
hüququnu müəyyənləşdirən, ölkəmizin informasiya təhlükəsizliyini təmin
edən konstitusiyamızda insanlarm mədəni sərvətlərdən istifadə etmək və
məlumat əldə etmək sahəsində hüquq, vəzifə və azadlıqları geniş şərh
edilmiş və onlarm qorunmasının hüquqi əsasları yaradılmışdır.
İnsanların mədəni sərvətlərdən istifadə etmək, istədiyi məlumatı əldə
etmək hüquqları və azadlıqları Konstitusiyanın 40-cı və 50-ci
maddələrində şərh olunmuş, kitabxanaların hüquqları təsbit edilmiş,
onların qarşısında insanlara kitabxana və informasiya xidmətinin yüksək
səviyyədə, maneəsiz, qüsursuz və vaxtında təşkil edilməsi vəzifəsi
qoyulmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi hər şeydən əvvəl
kitabxana işinin dövlət təminatında olmasını, milli kitab sərvətini və
informasiya vasitələrini toplaya bilməsini, kitabxana işinin demokratik
əsaslarda qurulmasını tələb edir.
Dostları ilə paylaş: |