173
Deputatların əksəriyyəti bu fonddan istifadə etməyə maraq göstərirlər.
Kitabxana fondunun 80 faizini hüquqi ədəbiyyat və məlumat
ədəbiyyatı təşkil edir. Fond az da olsa bədii ədəbiyyatla da
komplektləşdirilir. Kitabxananın daimi oxucuları Milli Məclis aparatının
işçiləri və deputatlardır. Onlarm sayı 200 nəfərə yaxındır. Kitabxana
oxucuların sorğusu əsasında ədəbiyyatın əldə edilməsinə çalışır. Xüsusilə
deputatlar qanun yaradıcılığı ilə əlaqədar çox mürəkkəb sorğularla
kitabxanaya müraciət edirlər. Kitabxananın işçiləri biblioqrafik və
informasiya vasitələrindən, məlumat kitablarından istifadə etməklə
deputat sorğularını ödəməyə müvəffəq olurlar. İl ərzində kitabxana 1000-
1200-dən artıq oxucu sorğusunu ödəyir. Kitabxana yeni kitablar haqqında
oxuculara məlumat vermək üçün daimi və tematik kitab sərgilərindən
istifadə edir, əlamətdar günlərlə əlaqədar kütləvi işlər aparır, sərgilər və
stendlər təşkil edir.
Kitabxana oxucu sorğularını yerinə yetirmək üçün İnternet şəbəkəsinə
qoşulmuşdur. Oxucular İnternetdən oxu zalında qoyulmuş kompüterlər və
digər avadanlıqlar vasitəsilə istifadə edirlər. İnternetdən istifadə
oxuculara dünya informasiya məkanına çıxmaq, qanunvericilik
sənədlərindən istifadə etmək imkam verir.
Kitabxana həmçinin öz oxucularının sorğularını ödəmək üçün
beynəlxalq əlaqələr yaratmağa da müvəffəq olmuşdur. Hazırda o, Rusiya
Federasiyasının Duma Kitabxanası, Ukrayna, Belarusiya, Qazaxıstan və
Tacikistanın parlament kitabxanaları ilə rəsmi sənədlərin və çap
əsərlərinin mübadiləsini həyata keçirir. Azərbaycan Parlament
Kitabxanası Türkiyə Böyük Millət Məclisinin parlament kitabxanası ilə
də hərtərəfli əlaqələrə malikdir. Müstəqilliyin bəhrəsi olan Azərbaycan
Milli Məclisinin Kitabxanası olduqca az zaman kəsiyində kitab fondunun
formalaşması, oxuculara xidmət işinin təşkili, kitabxana işinin
kompüterləşdirilməsi, qanun yaradıcılığının informasiya bazasının
yaradılması, kitabxananın müasir informasiya texnologiyası ilə tənzim
edilməsi sahəsində böyük uğurlar qazanmışdır.
174
* * *
Bütün bu faktların ciddi təhlili və ümumiləşdirilməsi əsasında demək
olar ki, ulu öndər H.Əliyevin Azərbaycana 34 illik rəhbərliyi dövründə
ölkədə xalq təsərrüfatı, iqtisadiyyat, elm və mədəniyyət sahəsində böyük
nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlər içərisində mədəniyyətimizin
ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı, əhaliyə kitabxana-
informasiya xidmətinin təşkili sahəsindəki uğurlar da mühüm yer tutur.
Ölkənin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolunu
qeyd edən, kitabxanaları xalq üçün, millət üçün bilik və zəka mənbəyi
kimi qiymətləndirən H.Əliyev kitabxana işinin inkişafını həmişə ön plana
çəkmiş, ona qayğı göstərmiş, mühüm dövlət sənədləri imzalamışdır.
Böyük minnətdarlıq hissi ilə qeyd etmək yerinə düşər ki, xüsusilə
müstəqilliyimizin ilk illərində ölkədə baş verən çətinliklərə, iqtisadi və
siyasi böhrana baxmayaraq, H.Əliyev həmişə mədəniyyətin qeydinə
qalmış, onun yaşaması, inkişafı üçün əlindən gələni etmişdir. Ulu öndər
Azərbaycanın müstəqilliyini, Azərbaycan dövlətçiliyini xilas etdiyi kimi
milli mədəniyyətin və onun tərkib hissəsi olan kitabxanaların da xilaskarı
olmuşdur. Digər MDB ölkələrindən fərqli olaraq Azərbaycanda 90-cı
illərdə kitabxana şəbəkəsi qorunub saxlanılmış, daimi dövlət qayğısı ilə
əhatə edilmiş, dövlət tərəfindən maliyyələşdirilmişdir.
Bütün bunlara görə Azərbaycan kitabxana ictimaiyyəti, çoxminlik
kitabxanaçılar ordusu ulu öndərə minnətdardır. Onun əziz xatirəsi bütün
xalqımız kimi sadə peşə adamları olan kitabxanaçıların qəlbinə də əbədi
həkk edilmişdir. H.Əliyevin vəfatından sonra respublikamızın çoxsaylı
kitabxana şəbəkələri öz xilaskan olan ulu öndərin xalqımızın milli mənəvi
sərvəti olan əsərlərini toplayıb saxlamaq, gələcək nəsillərə çatdırmaq,
xalq kütlələri içərisində təbliğ etmək vəzifəsini həyata keçirməyə çalışır.
Bu vəzifə kənd kitabxanalarından başlamış, Milli Kitabxanaya qədər
bütün kitabxanalar tərəfindən şərəflə yerinə yetirilir.
Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, 2003-cü ildə - fəaliyyətinin
çiçəkləndiyi dövrdə, ölkədə gedən növbəti president seçkiləri ərəfəsində
ulu öndərimiz qəfildən xəstələndi. H.Əliyevin müdrik bir kəlamı vardır:
175
“Allah təala kimə nə qədər ömür verdiyini özü bilir”. Allah təala
H.Əliyevə 80 il ömür verdi və o, bu ömrü ləyaqətdə yaşadı, xalqına,
doğma Azərbaycana xidmət etdi, onun xilaskarı oldu.
Heydər Əliyevin prezident seçkilərində namizədliyi irəli sürülmüşdü.
Lakin amansız xəstəlik ona bu seçkilərdə iştirak etmək imkanı vermədi.
Ümummilli lider H.Əliyev ABŞ-da xəstəxanada yatarkən xalqa müraciət
etdi. Ulu öndər onun sağlıq durumundan narahatlıq keçirən xalqına
müraciətində deyirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan
gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim,
Yeni Azərbaycan Partiyasının sədrinin 1-ci müavini İlham Əliyevi
dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm
də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən ləyaqətli
övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı
və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki,
mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin
köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
1
Azərbaycan xalqı ulu öndərin bu çağırışınıbir vəsiyyət kimi qəbul
etməklə, öz müdrik liderinə sədaqətini nümayiş etdirdi və yekdilliklə
İlham Əliyevi prezident seçdi. İlham Əliyevin ölkənin yeni prezidenti
seçilməsi H.Əliyev siyasətinin davam etdirilməsi üçün əlverişli şərait
yaratdı. Heydər Əliyev siyasi kursunu böyük məharətlə irəli aparan İlham
Əliyevin məqsədyönlü fəaliyyəti bütün cəmiyyətin diqqətini cəlb etdi,
yeni siyasi şəraitdə o, bir lider kimi xalqın böyük etimadını qazandı.
İlham Əliyev ölkənin iqtisadi, siyasi və mədəni inkişafında, xalqın sosial
vəziyyətinin yaxşılaşdırılmasında uğurlar qazandı. Bu uğurlar ölkə
daxilində və beynəlxalq aləmdə onun imicini yüksəklərə qaldırdı. O,
həmçinin Azərbaycan xalqının tarixinə qızıl səhifələr yazan, böyük
1
“ Respublika” qəzeti.- 2004.- 31 oktyabr.
Dostları ilə paylaş: |