Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə54/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   50   51   52   53   54   55   56   57   ...   92

 
167
sonradan qəbul edən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi 
Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası və digər 
kitabxanalarla təcrübə mübadiləsi aparmışdır. Hazırda Azərbaycan 
Respublikası  Mədəniyyət Nazirliyi də öz kitabxana şəbəkəsində  İRBİS-
64 sistemini qəbul etməyə başlamışdır. Respublikamızda bu sistemin 
geniş surətdə  tətbiqi ölkəmizdə kitabxana işinin  əlaqələndirilməsi və 
birləşdirilməsi üçün geniş perspektivlər aça bilər. 
Prezident Kitabxanası bu proqram vasitəsilə respublikada ilk dəfə 
oxuculara məsafədən xidmət etməyə başlamışdır. Kitabxanada İnternet 
oxu zalı yaradılmışdır. 14 oxucu yeri olan və İnternetə daimi çıxışı olan 
bu zalın xidmətindən oxucular geniş surətdə istifadə edirlər. Həmçinin 
kitabxananın bütün başqa zallarında oxucuların həm də öz avadanlığı 
(notebook) vasitəsilə İnternetə çıxış imkanları təmin edilmişdir. 2003-cü 
ildə kitabxanada elektron kataloqun yaradılmasına başlanmışdır. Elektron 
kataloqu İRBİS proqramına müvafiq yaradılır və oxuculara kitabxanadan 
məsafədən istifadə etmək imkanı verir. Bu proqram vasitəsilə kitabxana 
qısa müddətdə 15 adda biblioqrafik informasiya göstəricisi (bülleteni), 
tammətnli elektron və çap nəşrləri hazırlamışdır. Misal olaraq bunları 
göstərmək olar: “Azərbaycanı dünyaya tanıdan lider”; “Azərbaycan 
Respublikasının prezidenti. Gündəlik fəaliyyətinin xronikası”; “İlham 
Əliyev və Azərbaycanın neft diplomatiyası”; “Əsrin müqaviləsi-10 il”; 
“Azərbaycan Olimpiya hərəkatı”; “Sülh Məramlı Səfir”; “Yeni kitablar” 
və s. 
Yüksək səviyyədə  tərtib edilmiş bu göstəricilərdə  ən mühüm 
ədəbiyyat öz əksini tapmışdır. Bu nəşrlər qısa müddət ərzində Prezident 
Aparatı  işçilərinin, dövlət qulluqçularının, həmçinin kitabxananın bütün 
oxucularının geniş  rəğbətini qazanmışdır. Tərtib edilmiş biblioqrafik 
göstəricilərdən və tammətnli elektron mətnlərdən oxucuların 
kitabxananın saytı vasitəsilə istifadə edə bilməsi onun praktik 
əhəmiyyətini xeyli artırmışdır. 
Kitabxana 2003-cü ildən başlayaraq biblioqrafık informasiya 
göstəriciləri ilə yanaşı, yeni daxil olan kitablar, jurnallar və digər 
materiallar  əsasında cari biblioqrafik göstəricilər də  nəşr edir. Belə 
göstəricilərə “Yeni kitablar”; “Azərbaycan Respublikası Prezidentinin 
  
 
 
 


 
168
 fəaliyyətinin xronikası”; “Azərbaycanın görkəmli şəxsiyyətləri”; “İlham 
Əliyev və Azərbaycanın neft diplomatiyası” və s. misal göstərmək olar. 
Həmin göstəricilərlə və kitabxananın digər nəşrləri ilə İnternet vasitəsilə 
kitabxananın saytında tanış olmaq mümkündür. Həmçinin yaxın 
vaxtlarda kitabxananın  İnternet saytına Azərbaycan Respublikası 
qanunlarının mətnini, Azərbaycan Respublikasının Prezidentinin 
fərmanlarını, digər mühüm sənədləri və  məqalələri daxil etmək nəzərdə 
tutulmuşdur. 
Kitabxana ardıcıl olaraq oxuculara xidməti təkmilləşdirmək üçün 
müasir kitabxana-informasiya xidmətinin yeni forma və üsullarından 
istifadə etməyə üstünlük verir. Yeni iş üsulları  təcrübədə  sınaqdan 
keçirilir, ən yaxşıları seçilir və kitabxana işinə tətbiq edilir. 
Kitabxana-informasiya xidmətini daha da təkmilləşdirmək məqsədi ilə 
üç işçi qrupu yaradılmış, qruplara ən təcrübəli və xidmət prosesini yaxşı 
bilən mütəxəssislər cəlb edilmişdir. Qrupların qarşısına ənənəvi kitabxana 
xidməti ilə yanaşı olaraq bu mühüm işə yeni kitabxana-informasiya 
texnologiyasını və metodlarını tətbiq etmək vəzifəsi də qoyulmuşdur. 
Həmin qruplar bunlardır: 
1. Azərbaycanşünaslıq qrupu; 
2.  Yeni kitabxana-informasiya texnologiyasının tətbiqi qrupu; 
3. Biblioqrafik-analitik 
nəşrlərlə iş qrupu. 
Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə 
azərbaycanşünaslığın, milli ideologiyanın, azər-baycançılığın 
öyrənilməsinə, xüsusilə azərbaycanşünaslığın iqtisadi, sosioloji və 
politoloji aspektlərinin dərindən tədqiq edilib öyrənilməsinə böyük 
tələbat  əmələ  gəlmişdir. Oxucular Azərbaycan tarixinə, iqtisadiyyatına, 
elminə, mədəniyyətinə dair əsərlərə  və müstəqillik dövründə yeni 
təfəkkür tərzi, yeni milli ideologiya baxımından yazılmış  əsərlərin 
öyrənilməsinə ciddi maraq göstərirlər. Bu baxımdan Prezident 
Kitabxanasında “Azərbaycanşünaslıq”  şöbəsinin təşkili təqdirəlayiq 
hadisədir.  Şöbədə Azərbaycanın tarixini, iqtisadiyyatını, siyasətini, 
mədəniyyətini yaxşı bilən yüksək ixtisaslı mütəxəssislərin toplanması 
azərbaycanşünaslığın mühüm bir sahə kimi öyrənilməsinə, təbliğ 
edilməsinə, oxuculara çatdırılmasına, oxucu sorğularının ödənil-
məsinə böyük təsir edir. Şöbə bu məqsədlə azərbaycanşünaslığa 
dair yeni ədəbiyyatı izləyir, onun əldə edilməsini təmin edir, 
oxuculara, xüsusilə Prezident Aparatının işçilərinə çatdırmaq, 
vaxtlı-vaxtında onları  məlumatlandırmaq üçün kitab icmalları, 
biblioqrafik göstəricilər, tövsiyə siyahıları hazırlayır.  Şöbə  həm-


 
169
çinin dövri mətbuat materiallarının toplanılmasını  və azərbay-
canşünaslığın ayrı-ayrı sahələrinə dair biblioqrafik siyahıların tərtib 
edilməsini, məqalələr toplusu qovluqlarının yaradılmasını  təmin 
edir. Şöbənin işçiləri kitabxana işinin avtomatlaşdırılması şöbəsi ilə 
birlikdə  tərtib etdiyi materialların elektron variantını hazırlayır. 
Göstərilən materialların və  sənədlərin ki-tabxananın  İnternet 
saytma daxil edilməsi onun elmi əhəmiyyətini daha da artırır. 
Bütün bu işlərdə kitabxanada yeni yaradılmış kitabxana-
informasiya texnologiyası  işçi qrupu da yaxından iştirak edir. 
Həmçinin bu qrup kitabxananın bütün şöbələrində kitabxana-
informasiya texnologiyasının tətbiqi məsələlərini öyrənir, hər bir 
şöbənin xüsusiyyətlərinə müvafiq onların tətbiqi üçün metodlar 
hazırlayıb həyata keçirir. Kitabxanada fəaliyyət göstərən 
biblioqrafik-analitik işçi qrupu ənənəvi biblioqrafik fəaliyyətlə 
elektron biblioqrafik fəaliyyəti  əlaqələndirir,  ənənəvi biblioqrafik 
materialların elektron variantını hazırlayır və kitabxanada 
oxuculara biblioqrafik fəaliyyətin yeni metodlarını  və üsullarını 
hazırlayır. 
Beləliklə, Prezident Kitabxanasının kollektivi kiçik bir zaman 
kəsiyində kitabxananın təşkili, idarə edilməsi, oxuculara xidmətin 
təşkili, müasir kitabxana-informasiya texnologiyasının tətbiqi 
sahəsində böyük uğurlar qazanmış, respublikamızın mühüm elm və 
mədəniyyət mərkəzinə çevrilmişdir. 
Ulu öndər Heydər  Əliyevin təşəbbüsü ilə yaradılmış Prezident 
Kitabxanasının  əldə etdiyi nailiyyətlər dövlətimizin başçısı 
prezident İlham Əliyevin son dövrlərdə Heydər Əliyev ideyalarının 
ardıcıl olaraq həyata keçirilməsinə parlaq sübutdur. 
  
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə