176
uğurlar qazandıran dahi dövlət və siyasət xadimi H.Əliyevin xarici
siyasətində müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edən
alternativsiz siyasətçi olduğunu təsdiq etdi.
Heydər Əliyevin əsasını qoyduğu demokratik dövlət quruculuğu
işlərini davam etdirən İlham Əliyev prezidentlik fəaliyyətinə başlayarkən
xalqa verdiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti
olacağam” vədinə əməl edərək həyata keçirilən işləri inamla irəliyə
aparmaq qüdrətinə malik olduğunu sübuta yetirdi. Olduqca sevindirici
haldır ki, 2004-cü ildə respublikamızda ümumi daxili məhsul təxminən
22 faiz, sənaye istehsalı 28 faiz, eyni zamanda orta əmək haqqı 22 faiz,
əhalinin pul gəliri 21 faiz artmışdır.
Son illərdə dövlət büdcəsinin ilbəil artması ölkə inkişafının gələcək
perspektivlərindən xəbər verir. Əgər 2003-cü ildə dövlət büdcəsi 1
milyard dollar, 2004-cü ildə 1,5 milyard dollar, 2005-ci ildə 2,2 milyard
dollar olmuşdursa, 2006-cı ilin dövlət büdcəsi 4 milyard dollar həcmində
təsdiq olunmuşdur. Bu, dinamik inkişaf yolu keçən Azərbaycanın ən
böyük nailiyyətidir.
Ölkəmizdə iqtisadi inkişaf ilə yanaşı mədəniyyətin inkişafı sahəsində
də böyük tərəqqi əldə edilmiş, mədəni quruculuğun bütün sahələrində
dönüş illəri olmuşdur. Mədəniyyətə ayrılan dövlət vəsaitinin 2 dəfəyə
yaxın artırılması onun inkişafı sahəsində xeyli imkanlar açmışdır.
Mədəniyyətimizin bütövlükdə inkişafı ilə yanaşı olaraq onun ayrı-ayrı
sahələrinin inkişafına da xüsusi diqqət yetirilməyə başlanmışdır.
Ölkəmizdə mədəniyyətin mühüm tərkib hissələrindən biri olan kitabxana
işi sahəsində aparılan məqsədyönlü mütərəqqi tədbirlər buna parlaq
sübutdur. Müstəqil Azərbaycanda əsası ulu öndər H.Əliyev tərəfindən
qoyulmuş kitabxana siyasəti müvəffəqiyyətlə davam etdirilməkdədir. Bu
siyasətin əsasında kitabxana işinə dövlət qayğısı, dövlət tərəfindən
maliyyələşdirilməsi, ardıcıl olaraq maddi-texniki bazasının
möhkəmləndirilməsi, kitabxanaların ümumaçıq olması, kitabxana işinin
informasiyalaşdırılması, dünya standartları səviyyəsinə yüksəldilməsi,
kitabxanaçıların sosial vəziyyətinin yaxşılaşdırılması və digər vəzifələr
durur.
177
Müasir şəraitdə dövlət bütün kitabxanaları yeni ədəbiyyatla təmin
etmək, kitabxana fondlarını zənginləşdirmək üçün ardıcıl tədbirlər həyata
keçirir. Belə tədbirlər içərisində kütləvi kitabxanaların və məktəb
kitabxanalarının pulsuz olaraq latın qrafikası ilə çap edilən yeni nəşrlərlə
komplektləşdirilməsi haqqında prezident sərəncamı olduqca böyük tarixi
əhəmiyyət kəsb edir.
Məlumdur ki, ölkəmizdə 1993-cü ildən latın qrafikasına keçmək
haqqında qanun qəbul edilmişdir. Bu qanuna müvafiq olaraq bütün təhsil
sistemində latın qrafikası tətbiq edilməyə başlandı. Son on ildə orta
ümumtəhsil məktəblərində təhsilin latın qrafikası ilə aparılması və
şagirdlərin kiril əlifbasını bilməməsi ölkədə tezliklə birdəfəlik latın
qrafikasına keçilməsi, bütün kütləvi informasiya vasitələrinin və
kitabların latın qrafikası ilə nəşr edilməsi zərurətini irəli sürmüşdü. Məhz
buna görədir ki, ölkə prezidenti H.Əliyev dövlət idarələrində, kütləvi
informasiya vasitələrində və nəşriyyatlarda məcburi olaraq latın
qrafikasına keçmək haqqında fərman verdi. Bu fərmana əsasən ölkə
miqyasında latın qrafikasına keçildi. Azərbaycan dilində kiril əlifbası ilə
nəşr işinə qadağa qoyuldu.
Ümummilli liderimiz tərəfindən həyata keçirilən bu tədbir böyük
milli-mədəni əhəmiyyətə malik idi. Kitab nəşrində və ümumiyyətlə,
nəşriyyat işində qayda yaradılması təmin edildi. Tezliklə ölkəmizdə latın
qrafikası ilə ədəbiyyatın, dərsliklərin, dərs vəsaitlərinin, elmi ədəbiyyatın
azlığı hiss edilməyə başladı. Doğrudur, respublikamızda kitablar 64 il
ərzində kiril əlifbası ilə çap edilmişdi və kitabxanalarımızın fondunda
kiril əlifbası ilə yazılmış 150 milyon nüsxədən artıq kitab saxlanılırdı.
Bütün dünya ədəbiyyatı, klassiklərimizin, alimlərimizin əsərləri kiril
əlifbası ilə çap edilmişdi. Bu böyük milli, mədəni sərvəti gənc nəslin
istifadəsinə vermək dövlət əhəmiyyətli bir vəzifə kimi qarşıya
qoyulmuşdu.
Bu böyük ideoloji, mənəvi, milli problemin həllində Heydər Əliyev
siyasətinin görkəmli və ardıcıl davamçısı prezident İlham Əliyevin 12
yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam böyük əhəmiyyət
kəsb etdi.
178
Sərəncamda göstərilir: “Latın qrafikalı Azərbaycan əlifbası artıq
həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı,
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtı ilə latın qrafıkası
ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən
kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq
qalır.
Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə
dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə
təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədi ilə Azərbaycan
dilində əvvəllər kiril qrafikası ilə çap olunmuş əsərlərin latın qrafikası ilə
yenidən nəşrinin kütləvi şəkilədə həyata keçirilməsi zərurətini nəzərə
alaraq qərara alıram:
1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan
əsərlərin siyahısı təsdiq olunsun (siyahı əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə
Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və orta tədris
müəssisələrindəki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş
kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin”.
1
Bu sərəncam prezidentin Azərbaycan mədəniyyətinə, elminə,
ədəbiyyatına və təhsilinə böyük qayğısının təzahürüdür. 64 il müddətində
kiril əlifbası ilə çap olunmuş qiymətli əsərlərin, xalqımızın milli sərvəti
olan nadir kitabların yenidən nəşr edilib xalqın istifadəsinə verilməsi
olduqca böyük milli, mədəni əhəmiyyət kəsb etməklə Azərbaycançılığın,
milli ideologiyanın inkişafına qiymətli töhfədir.
Bu sərəncamın ən mütərəqqi və humanist cəhətlərindən biri latın
qrafikası ilə yenidən nəşr edilən, dövlətə külli miqdarda vəsait hesabına
başa gələn kitabların bütün kütləvi kitabxanalara və tədris müəssisələri
kitabxanalarına pulsuz verilməsidir.
Kütləvi kitabxanalar və məktəb kitabxanaları bilavasitə təhsil və
tərbiyə prosesində yaxından iştirak etməklə yanaşı oxucuların
informasiya təminatında, mədəni və intellektual səviyyəsinin
1
Azərbaycan naminə.- B., 2005.- S. 190-191.
Dostları ilə paylaş: |