182
Məhz konstitusiyamızda təsbit edilmiş bu hüquqi normaları, ideyaları
həyata keçirmək üçün 1998-ci ildə Milli Məclis ölkəmizin tarixində ilk
dəfə olaraq “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının
Qanununu qəbul etdi. Bu Qanun ölkəmizdə kitabxana işi sahəsində dövlət
siyasətinin əsasıdır. Azərbaycan Respublikasında müasir şəraitdə və
yaxın gələcəkdə formalaşan kitabxana işi üzrə dövlət siyasəti, kitabxana
işinə dair hazırlanan bütün qərarlar, sənədlər və sərəncamlar, kitabxana
işinin inkişaf konsepsiyası, ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin
kitabxana siyasəti bu qanuna əsaslanmalı, onun əsas prinsipləri və
müddəalarının yerinə yetirilməsinə xidmət etməlidir. Respublikamızda
kitabxana şəbəkələrinə malik olan nazirliklər, idarə və müəssisələr,
ictimai təşkilatlar və digər qurumlar, ümumiyyətlə, bütün kitabxana
ictimaiyyəti, bütün ziyalılarımız bu qanunun işləməsinə çalışmalı,
qanunun işləməsinə maneçilik göstərən məmurlara qarşı mübarizə
aparmalıdırlar.
Qanunda deyilir: “Bu Qanun Azərbaycan Respublikasında kitabxana
işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və
kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının
formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliy-
yələşdirmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların
hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın
prinsiplərini müəyyən edir”.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 29
dekabr 1998-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış
və həmin gündən qüvvəyə minmişdir. Həmçinin Azərbaycan
Respublikasının Prezidenti “Kitabxana işi haqqında” Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu ildə
fərman imzalamış, qanunun ayrı-ayrı maddələrinin yerinə yetirilməsinə
cavabdeh olan dövlət orqanlarını müəyyənləşdirmişdir.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 6 fəsil,
34 maddədən ibarətdir.
I fəsil “Ümumi müddəalar” adlanır. Bu fəsildə müasir şəraitdə
kitabxanaların mürəkkəb, sosial, mədəni və informasiya sistemi kimi
cəmiyyətin inkişafında mühüm rolu, vəzifələri və statusu
müəyyənləşdirilmiş, respublikamızın tarixində ilk dəfə olaraq onların
183
elmi tərifi verilmişdir. Qanunda Azərbaycan kitabxanalarının çoxəsrlik
tarixinə və təcrübəsinə əsaslanaraq, elmi əsaslara söykənərək
kitabxanaların sosial funksiyalarının olduqca uğurlu müəy-
yənləşdirilməsi təqdirəlayiqdir.
Qanunda göstərilir: “Kitabxana-elm, informasiya, mədəniyyət, təhsil
və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya
daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini
təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına
xidmət göstərən sosial institutdur”.
Məlumdur ki, Azərbaycan müstəqillik əldə edənə qədər
kitabxanalarımız 1984-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən
qəbul edilmiş “SSRİ-də kitabxana işi haqqında” Əsasnaməyə müvafiq
fəaliyyət göstərirdi. Mahiyyətinə totalitar rejimin əsasları hopmuş bu
əsasnamədə kitabxanalar kütləvi, ideoloji, mədəni-maarif və elmi
informasiya idarələri kimi qiymət-ləndirilir, marksizm-leninizm
ideologiyasını, Sov.İKP-nın və sovet dövlətinin siyasətini və tarixini,
sosializm quruluşunun və sovet həyat tərzinin üstünlüklərini təbliğ etmək
onların əsas vəzifələri hesab edilirdi.
Müstəqillik
əldə edildikdən sonra marksizm-leninizm
nəzəriyyəsindən, sosializm quruluşundan imtina edilməsi, bazar
iqtisadiyyatına keçilməsi, cəmiyyətdə kitabxanaların işinin liberal-
demokratik dəyərlərə müvafıq yenidən qurulmasını,
demokratikləşdirilməsini, sosial funksiyaların müəyyənləşdirilməsini
tələb edirdi. Məhz buna görədir ki, cəmiyyət və dövlət kitabxanaları
mürəkkəb sosial mədəni sistem kimi qəbul edərək, kitabxana işinin
demokratik və elmi əsaslar üzərində qurulmasına başladı. Bütün bunlar
öz əksini “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının
Qanununda tapdı. Qanunda müasir Azərbaycanın kitabxana işinin
təcrübəsinə, perspektiv inkişafına və dünya təcrübəsinə əsaslanaraq
kitabxanaların 5 sosial funksiyası müəyyənləşdirilmişdir. Bunlar elm,
informasiya, mədəniyyət, təhsil və tərbiyə funksiyalarıdır. Həmin
funksiyaların yerinə yetirilməsi kitabxanaları cəmiyyətin sosial həyatı ilə
bilavasitə əlaqələndirməklə onların cəmiyyətdə tutduqları yeri və
184
vəzifələrini müəyyənləşdirir. Kitabxanaları informasiyalaşdırılmış
cəmiyyətin əsas atributlarından birinə, insanların informasiya təminatının
əsas bazasına çevirir. Beləliklə, kitabxanalar hər şeydən əvvəl elm,
informasiya, mədəniyyət, təhsil və tərbiyə sahəsində dövlət siyasətinin
obyekti kimi xarakterizə olunur.
Hazırda respublikamızda dövlətin kitabxana işi sahəsində siyasətinin
hazırlanması üçün ciddi işlər aparılmalı, ölkəmizin şəraiti,
kitabxanalarımızın iş təcrübəsi və kitabxana işinin gələcək perspektivləri
elmi əsaslarla öyrənilməli, ümumiləşdirmələr aparılmalıdır. Bunlar
təxmini olaraq aşağıdakı məsələləri əhatə etməlidir:
- Kitabxana
işinin informasiyalaşdırılması, kitabxanalarda yeni
informasiya texnologiyalarının tədbiqi və inkişafı, elektron-məlumat
bazasının formalaşdırılması və istifadəsi, yeni texnologiyaların tətbiqi,
kitabxanaların işinin əlaqələndirilməsində şəbəkə texnologiyalarının
yaradılması və inkişaf etdirilməsi, Azərbaycan üzrə kitabxana kompüter
şəbəkəsinin yaradılması;
- Müstəqillik şəraitində kitab nəşri sisteminin tamamilə
yeniləşməsi, çoxlu miqdarda özəl nəşriyyatların yaradılması ilə əlaqədar
kitabxanaların komplektləşdirilməsi probleminin həlli üçün yollar
axtarılması, kitabxana kollektorunun işinin yenidən qurulması, onun
fəaliyyət dairəsinin daha da genişlənməsi və təkmilləşdirilməsi;
- Kitabxana
fondlarının təhlükəsizliyinin təmin edilməsi və
qorunması üçün tədbirlər görülməsi;
- Kitabxana
işini, onun hüquqi əsaslarla inkişafını tənzimləyən
normativ hüquqi aktlar sisteminin yaradılması;
- Respublikamızda kitabxana sisteminin vahidliyinin təmin
edilməsi və onların işinin koordinə edilməsi üçün tədbirlərin
hazırlanması;
- Ölkəmizdə kitabxana işinin dünya standartları səviyyəsində
təşkili məqsədi ilə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, təcrübə
mübadiləsinin aparılması.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda ən
mühüm cəhətlərdən biri kitabxana işi sahəsində dövlət siyasətinin əsas
prinsip və vəzifələrinin olduqca düzgün
Dostları ilə paylaş: |