209
3. HEYDƏR ƏLİYEVİN KƏLAMLARINDAN
*
***
Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir!
***
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran
vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.
***
Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu
nailiyyəti - dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq.
***
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
***
Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləkinə
müxalifətdə durmasın.
***
Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir
vətəndaş özünü azad, sərbəst hiss etməlidir.
***
Əgər hər hansı ölkənin xalqları öz hüqüqlarını anlayır və onları qoruya bilirsə, o
zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
***
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
***
Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
***
İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.
***
*
Heydər Əliyev. Biblioqrafik məlumat kitabı-.B,2003.-S.143-152.
210
Azərbaycan Respublikası dünya birliyi ilə tam hüquqlu inteqrasiyaya
istiqamət götürmüşdür və bunun üçün bütün imkanlara malikdir.
***
Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
***
Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə,
vətənparvər insanların gücü ilə qoruyuruq və qoruyacağıq.
***
Azərbaycaınn müstəqilliyi, müstəqil dövlətimizin hərtərəfli fəaliyyəti
torpaqlarımızın azad edilməsi ilə bağlıdır.
***
Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan
ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik.
***
İndi biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz
bir dövrdə problemlərimizi özümüz həll etməliyik.
***
Hər bir demokratik cəmiyyətdə şübhəsiz ki, müxalifət olmalıdır.
***
Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın
konstitusiyasıdır.
***
Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik
mənfəətləri, maraqları haqqında düşünməsin.
***
Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi
hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət
müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə
etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu
müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli
Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.
211
Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan
qaldırmaq, işğal olmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi
bütövlüyünü təmin etməkdir.
***
Biz müharibə istəmirik, Ermənistanın torpaqlarına göz tikməmişik. Biz öz
torpaqlarımızı, öz ərazimizi, öz vətənimizi qoruyuruq.
***
Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş
Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüqüqun sarsılmaz
prinsipidir.
***
Dövlət müstəqilliyi, milli azadlıq bizim ən böyük tarixi nailiyyətimizdir və
biz bunu qoruyub saxlayacağıq.
***
Xalqımız öz gücünü toplamalı, keçmişdən nəticə çıxarmalıdır.
***
Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir!
***
Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz
ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
***
Hamını Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi,
müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə fəaliyyətə, birliyə,
əməkdaşlığa dəvət edirəm!
***
Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək
və müstəqilliyini heç zaman əldən verməyəcəkdir!
***
Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və
suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir.
***
212
Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və
qüdrətinə arxalanaraq çətin və ağır dövlət quruculuğu yollarında daha inamla
addımlayacaq və yeni zəfərlər qazanacaq.
***
Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir.
***
Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və
onun bir hissəsi olan ordu təşkil edir.
***
Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, müstəqil Azərbaycan
Respublikasının Milli Ordusu var. Bu, Azərbaycan xalqının böyük milli
nailiyyətidir.
***
Qəhrəman ordumuz Azərbaycan Respublikasının müstəqilliyinin təminatçısı
olmuşdur və gələcəkdə də olacaqdır.
***
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə demokratik,
hüquqi, sivilizasiyalı dövlət qurmaq və respublikanın iqtisadiyyatında islahatlar
aparmaq, öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq prinsiplərini əsas
götürmüşdür.
***
Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi
və regionallaşması XX əsrin son mərhələsinin fərqləndirici
xüsusiyyətlərindəndir.
***
Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici
ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə
xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas
istiqamətlərdən biri hesab edirik.
***
Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə
əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və ümumiyyətlə, dünyada daha da
yüksəlmək üçün bu, yeganə bir yoldur.
Dostları ilə paylaş: |