197
dövlətləri başçılarının əksəriyyətinə nəsib olmamışdır. Bu xoşbəxtlik
ancaq Heydər Əliyev kimi dünya şöhrətli dövlət xadimlərinin qismətinə
düşmüşdür.
H.Əliyevin əsərləri, zəngin elmi-nəzəri irsi Azərbaycan xalqının milli
sərvətidir, Azərbaycan kitabının “qızıl fondu”na daxildir. Azərbaycan
kitabını qoruyub saxlayan, onu əsrdən-əsrə, nəsildən-nəslə çatdıran
kitabxanalar bu mənəvi irsi göz bəbəyi kimi qoruyub saxlamalı, bütün
oxucuların istifadəsinə verməlidir.
Ulu öndərin gələcək nəsillərə vəsiyyəti olan bu ölməz elmi-nəzəri irs
içərisində mədəniyyət, kitab, kitabxana və mütaliə məsələləri mühüm yer
tutur. Cəmiyyətin bütün üzvləri: alimlər, ziyalılar, təhsil işçiləri,
mütəxəssislər, tələbələr və başqaları kimi kitabxanaçıların da bu irsi
öyrənməyə böyük ehtiyacı vardır.
Məhz bunları nəzərə alan bu sətirlərin müəllifi “Heydər Əliyev və
Azərbaycanda kitabxana işi” kimi olduqca ciddi bir monoqrafiyanı
yazmağa cəsarət etmişdir.
Həmçinin H.Əliyevin dövründə yaşamış, onun bütün fəaliyyətini gözü
ilə görmüş, həyata keçirdiyi tədbirlərin böyüklüyünü anlamış, onu yüksək
qiymətləndirmiş, Heydər Əliyev siyasətinin, ideyalarının həyata
keçirilməsində yaxından iştirak etmiş bir insan kimi Heydər Əliyev
şəxsiyyətinə olan böyük məhəbbətim məni bu şərəfli işə sövq etmişdir
.
198
ƏLAVƏLƏR
1. HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV
HAQQINDA QISA BİOQRAFİK MƏLUMAT
1
1923-cü il 10 may Heydər Əlirza oğlu Əliyev Azərbaycanın Naxçıvan
şəhərində anadan olmuşdur.
1939-cu il
Naxçıvan Pedaqoji Texnikumunu əla qiymətlərlə
bitirmiş və Azərbaycan Sənaye İnstitunun (indiki
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq
fakültəsində təhsil almışdır.
1941-1944-cü illər Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və
Xalq Komissarları Sovetində müxtəlif məsul
vəzifələrdə çalışmışdır.
1944-1969-cu illər Dövlət təhlükəsizlik orqanlarında çalışmışdır.
1950-ci il
Dövlət Təhlükəsizlik Komitəsində bölmə rəisi
vəzifəsinə təyin olunmuşdur.
1950-ci il
Leninqrad (indiki Sankt-Peter-burq) Milli Təhlükəsizlik
Orqanları Məktəbini əla qiymətlərlə bitirmişdir.
1951-ci il
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin qiyabi
şöbəsinə daxil olmuşdur.
1957-ci il
Bakı Dövlət Universitetinin Tarix fakültəsini
bitirmişdir.
1964-1967-ci illər Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsinin sədr müavini vəzifəsində
çalışmışdır.
1967-1969-cu illər Azərbaycan SSR Nazirlər Soveti ya-
1
Heydər Əliyev. Təltiflər .-B., 2005.-335 s.
199
nında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
vəzifəsində çalışmışdır.
1969-cu il
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
iyul plenimunda Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitənin birinci katibi vəzifəsinə srçilmişdir.
1976-1982-ci illər
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd
seçilmişdir.
1982-ci il dekabr
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Birosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
1982-1987-ci illər
Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifələrində
çalışmışdır.
İyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur.
1987-ci il oktyabr
Sov.İKP MK Mərkəzi Komitəsi rəhbərliyinin yeritdiyi
siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən
istefa vermişdir.
1990-cı il
Azərbaycan Respublikası Parlamentinə deputat
seçilmişdir.
1991-ci il iyul
Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk
etmişdir.
1991-1993-cü illər
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
vəzifəsində çalışmışdır.
1992-ci il
Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan
şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilmişdir.
1993-cü il iyun
Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o
zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət
edil-
200
mişdir.
1993-cü il 15 iyun
Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçilmiş, iyunun 24-dən isə Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabr
Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1993-cü il oktyabr
2003-cü il oktyabr
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində
çalışmışdır.
2003-cü il 12 dekabr
Amerika Birləşmiş Ştatlarının Klivlent şəhərində
vəfat etmişdir.
2004-cü il
27 fevral
10 mart
Azərbaycan Respublikasının Prezidenti ilham
Əliyevin 27 fevral
2004-cü il tarixli sərəncamı və 10 mart 2004-cü il
tarixli fərmanı ilə Ümummilli lider Heydər
Əliyevin adı əbədiləşdirilmişdir.
Dostları ilə paylaş: |