194
Heydər Əliyevin milli dövlətçiliyimiz, milli ideologiyamız və
müstəqilliyimiz istiqamətində apardığı işlər həmişə onun elmi, ideoloji və
nəzəri fəaliyyəti ilə əlaqədar olmuşdur. Ölkənin həyatında baş verən
mürəkkəb prosesləri düzgün qiymətləndirmək, sosial-siyasi hadisələri
qabaqlamaq, onun həlli yollarını zərgər dəqiqliyi ilə müəyyənləşdirmək
qabiliyyətinə, böyük elmi təfəkkürə malik olan bu insan öz
məruzələrində, çıxış və nitqlərində, fərman və sərəncamlarında, göstəriş
və tövsiyələrində, xalqa müraciətlərində həmin problemlərin həlli
yollarını açıb göstərməklə cəmiyyətin irəliyə doğru inkişafını təmin
etmişdir. Onun bütün çıxışları və nitqləri əvvəlcə dövri mətbuatda, qəzet
və jurnallarda dərc edilmiş, sonra isə kitab şəklində buraxılmışdır. İftixar
hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 34
illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin
elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət
kimi elmimizin və mədəniyyətimizin “qızıl fondu”na daxil edilmişdir.
Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu
zəngin irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir.
Respublikamızın vətəndaşlarının, ziyalıların, alimlərin, mütəxəssislərin,
əhalinin bütün təbəqələrinin, xüsusilə vətənimizin gələcəyi olan gənclərin
bu irsi dərindən mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır.
Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza,
soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm
və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların
metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir,
onun məhək daşıdır. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan
dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır.
Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu,
vətən sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Heydər Əliyevin hər
bir əsəri böyük əhəmiyyətə malikdir. Əsrlər keçəcək, illər bir-birini əvəz
edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə-neçə nəsillərə,
Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir. Çünki bu əsərlər
zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri zaman özü
195
yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq.
Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi ardıcıllığa, iti
zehnə, möhkəm yaddaşa malik olan bu böyük insan öz əsərlərini xalq
qarşısındakı çıxışlarında, dinləyicilərlə üzbəüz, onların qarşısında, onların
iştirakı ilə yaratmışdır. Heydər Əliyevin hər bir nitqi, hər bir çıxışı xalqla
təmasda, ictimai-siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə, əsgər
səngərlərində, qaçqın düşərgələrində, rəsmi dövlət tədbirlərində,
beynəlxalq məclislərdə yaranmış və Azərbaycanda dövlət quruculuğu
proqramının, milli dövlətçilik ideologiyasının əsasını təşkil etmişdir. Bu
əsərlərdə müasir Azərbaycanın keşməkeşli tarixi öz geniş əksini tapmış,
ölkənin iqtisadi, sosial, elmi, mədəni problemləri təhlil olunmuş, onlarm
həlli yolları göstərilmişdir. Olduqca uni-kal bir şəxsiyyət olan H.Əliyevin
hər bir məruzəsini, çıxışını və nitqini redaktəsiz də nəşr etmək olar.
Dünyada çoxlu dövlətlər, dövlət başçıları olmuş və yenə də olacaqdır.
Ancaq heç də onların hamısı onlarla kitab yazmaq qabiliyyətinə malik
olmamış, böyük elmi, mənəvi irs qoyub getməmişlər. Etiraf edilməlidir
ki, Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı əsərləri olan dövlət başçıları
çox azdır.
Heydər Əliyevin əsərlərini mütaliə edərkən belə bir qənaət aşkara çıxır
ki, bu əsərlər çox geniş elmi məlumatlarla zəngindir. Bu əsərlərdə
bəşəriyyətin görkəmli dövlət, elm və mədəniyyət xadimlərindən gətirilən
sitatlar, misallar və elmi fikirlər onun müəllifinin çox geniş mütaliə
dairəsinə, çox zəngin və dərin biliyə, elmi məlumata malik olan bir
şəxsiyyət və görkəmli ziyalı olduğunu sübuta yetirir.
Xalqımızın milli sərvəti olan Heydər Əliyev əsərlərinə həmişə böyük
tələbat olduğundan onlar həm Sovetlər Birliyi dövründə, həm də
müstəqillik illərində respublika nəşriyyatları tərəfindən böyük tirajlarla
nəşr edilmişdir.
H.Əliyevin əsərlərinin respublikamızda nəşrini şərti olaraq iki
mərhələyə ayırmaq olar. Birinci mərhələ Sovetlər Birliyi dövrünü, yəni
1969-1993-cü illəri, ikinci mərhələ isə 1993-cü ildən sonrakı dövrü əhatə
edir.
196
Qeyd etmək lazımdır ki, 1970-1993-cü illərdə Heydər Əliyevin
təxmini hesablamalara görə 1500 çap vərəqi həcmində 209 adda kitabı
nəşr edilmişdir. Bunlardan 151 adda kitab 1970-1993-cü illərin, qalan
kitablar isə müstəqillik dövrünün payına düşür. Nəşr edilən kitabların
ümumi həcminin (Azərbaycan və rus dillərində) 23 min səhifədən artıq
olması H.Əliyev əsərlərinə böyük tələbatdan və maraqdan irəli gəlir.
1
Heydər Əliyevin dövri mətbuatda nəşr edilən məruzə, çıxış və məqalələri
göstərilən rəqəmlərə daxil deyildir.
Müstəqillik illərində Heydər Əliyevin ayrıca kitab, kitabça halında çap
edilmiş əsərləri ilə yanaşı, çoxcildli əsərləri də işıq üzü görmüşdür. 1997-
ci ildən H.Əliyevin əsərləri “Müstəqilliyimiz əbədidir” başlığı altında
latın qrafikası ilə 10 cilddə çap edilməyə başlamış və 2003-cü ildə başa
çatdırılmışdır. Çox vaxtında nəşr edilmiş bu oncildlik Azərbaycan
xalqının, müstəqil Azərbaycan dövlətinin müasir tarixinin son dərəcə ağır
və məsu-liyyətli bir dövrünü əhatə etdiyindən böyük elmi və tarixi mənbə
kimi dəyərlidir. Azərbaycanşünaslığa qiymətli hədiyyə olan bu oncildlik
alimlər, politoloqlar, siyasətşünaslar, müəllimlər, tələbələr və digər
mütəxəssislər üçün, həmçinin geniş oxucu kütləsi üçün əvəzsiz qiymətli
mənbədir. Əminik ki, “Müstəqilliyimiz əbədidir” çoxcildliyini dərindən
öyrənən və mənimsəyən hər bir azərbaycanlı Heydər Əliyevin bütün
əsərlərinin vətəndaşlıq, dövlətçilik, vətənə sevgi, vətənpərvərlik dərsliyi
olduğunu məsuliyyətlə təsdiqləyəcək, respublikamızın gələcəyi naminə
bu böyük şəxsiyyətin gördüyü möhtəşəm tədbirləri bir daha yüksək
qiymətləndirəcəkdir.
Beləliklə, Heydər Əliyevin nəşr edilmiş əsərləri, külliyyatı
dövrümüzün nəhəng elmi-mədəni, mənəvi abidəsidir. Bu tarixi abidənin
qeyri-adi müəllifi isə zəmanəmizin dahi şəxsiyyəti, Azərbaycan xalqının
dünya şöhrətli oğlu, ümummilli lideri Heydər Əliyevdir.
23 min səhifədən artıq, 1500 çap vərəqi həcmində əsər yazmaq, onu
çap etdirib xalqın istifadəsinə vermək heç də dünya
1
Müəllif tərəfindən müəyyənləşdirilmiş bu məlumatlar təxminidir və 2003-cü ilə
qədərki dövrü əhatə edir.
Dostları ilə paylaş: |