188
keçirən kitabxanaların mübadilə fondları üçün əlavə kitab alınmasına
vəsait ayırırlar.
Qanunda xüsusi əhəmiyyət kəsb edən maddələrdən biri də 19-cu
maddədir. “Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət”
adlanan bu maddə demək olar ki, kitabxana fondlarının ayrı-ayrı oxucular
və kitabxanaçılar tərəfindən dağıdılmasının, kitabxana fondlarında olan
milli, tarixi və elmi əhəmiyyətə malik olan nadir kitabların
mənimsənilməsinin qarşısını alır, beləliklə də fondun qorunması dövlət
əhəmiyyətinə malik bir vəzifə səviyyəsinə qaldırılır.
Qanunda göstərilir: “Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi
və istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun IV
fəsli “Kitabxana xidmətinin təşkili” məsələsinə həsr edilmişdir. Qanunun
əvvəlki fəsillərində göstərildiyi kimi, kitabxanaların qarşısında duran əsas
vəzifə ölkə əhalisinə qüsursuz kitabxana-informasiya xidmətini təşkil
etməkdən, onların tələb və sorğularını vaxtında ödəməkdən, oxucuların
mütaliə prosesində yaxından iştirak etməkdən ibarətdir.
Bu məsələ Qanunda çox lakonik ifadə edilmişdir: “Kitabxana
xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı
nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə
çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri
dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş
yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir”.
Göstərilən vəzifələr kitabxanaların cəmiyyətin mühüm atributlarından
biri kimi böyük təşkilati, elmi, informasiya, mədəni, təhsil və tərbiyə
işləri aparmasını, iqtisadi, elmi, mədəni həyatda yaxından iştirak etmək
vəzifələrini qoyur, onu açıq cəmiyyətin demokratik müəssisələrindən
birinə çevirir.
Bu fəsildə həmçinin kitabxanaların, kitabxanaçıların və oxucuların
hüquq və vəzifələri şərh edilmiş, onların işlənməsi və kitabxanadan
istifadə etməsi üçün olduqca demokratik, dünya standartlarına cavab
verən qaydalar müəyyənləşdirilmişdir.
189
Qanunun V fəsli “Kitabxana işinin idarə olunması” məsələlərinə həsr
edilmişdir. Bu fəsildə göstərilir ki, Azərbaycan Respublikasında müvafiq
icra orqanları öz işində dövlətin kitabxana işi sahəsindəki siyasətini
rəhbər tutur. Qanunda kitabxana işinin idarə olunmasında ictimaiyyətin
iştirakına xüsusi diqqət yetirilir. İctimai birliklərin, kitabxana şuralarının,
assosiasiyaların kitabxanaların idarə olunmasında iştirakı ön plana çəkilir,
kitabxana xidmətinin təşkilində onlarm iştirakı zəruri sayılır.
Bu fəsildə kitabxana işinin elmi-metodik təminatına da xüsusi diqqət
yetirilməklə, elmi-metodik təminat mərkəzləri və onların vəzifələri
müəyyənləşdirilir. İlk dəfə olaraq bu Qanunda yüksək ixtisaslı
mütəxəssislərin hazırlanması və yetişdirilməsi dövlət əhəmiyyətli bir iş
hesab edilməklə peşə-ixtisas təhsilinə yiyələnmiş mütəxəssislərə
kitabxanalarda işə düzələrkən üstünlük verilməsi əsaslandırılır.
Qanunda göstərilir: “Kitabxanaların kadr təminatında müvafiq peşə-
ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq
peşə-ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada
çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə
bilərlər”.
Bazar iqtisadiyyatı şəraitində kitabxanaların ən mühüm problemi
maliyyələşdirmə problemidir. Bu problem kitabxana işinin canıdır, onun
yaşamasının fəaliyyətinin qarantıdır. Kitabxana işinin taleyi, müqəddəratı
məhz bu məsələdən asılıdır.
Sevindirici haldır ki, hüquqi, dünyəvi, demokratik Azərbaycan dövləti
bu mühüm problemi çox yüksək şəkildə həll etmiş, dövlət
kitabxanalarının maliyyələşdirilməsini öz üzərinə götürmüşdür. Bu tədbir
müstəqil, gənc Azərbaycan dövlətinin ən böyük mədəni nailiyyətlərindən
biridir.
Qanunda göstərilir: “Dövlət kitabxanaları
və büdcədən
maliyyələşdirilən təşkilatların tabeçiliyində olan kitabxanalar dövlət
büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları və
qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşdirilir.
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının
komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və
bu vəsait müntəzəm olaraq artırılmalıdır”.
190
Bütün bu tədbirlərlə yanaşı, Qanunda kitabxanaları müdafiə etmək,
onların maddi-texniki bazasını möhkəmləndirmək, əhaliyə kitabxana
işinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə “Kitabxanaların inkişaf
fondu”nun yaradılması nəzərdə tutulmuşdur. Bu fond dövlət və qeyri-
dövlət təşkilatları, ayrı-ayrı cəmiyyətlər tərəfindən təşkil edilə bilər.
Doğrudur, Qanunun qəbul edilməsindən bir neçə il keçməsinə
baxmayaraq, hələlik respublikamızda belə bir fond yaranmamışdır.
Ancaq olduqca mütərəqqi xarakter daşıyan bu ideyanın həyata
keçirilməsinə böyük ehtiyac duyulmaqdadır. Müstəqil dövlətimizin son
zamanlar iqtisadi, siyasi, təhsil və mədəni sahədə əldə etdiyi
nailiyyətlərin gələcəkdə belə bir fondun təşkil ediləcəyinə şərait
yaradacağı şübhəsizdir. Əgər respublikamızda kitabxanaların inkişafı
fondu yaranarsa, heç şübhəsiz, kitabxana işinin inkişafına böyük təkan
verəcəkdir. Qanunda kitabxanaların maddi-texniki bazasının
möhkəmləndirilməsi, kitabxana işinin kompüterləşdirilməsi məsələsi ön
plana çəkilmiş, dövlət kitabxanaları üçün xüsusi layihə əsasında
kitabxana binalarının tikilməsi və kitabxana işinin avtomatlaşdırılması
üçün vəsait ayrılması zəruri hesab edilmişdir.
Qanunun “Kitabxanaların əmlakı və təsərrüfat fəaliyyəti” adlı 31-ci
maddəsi bazar iqtisadiyyatı şəraitində böyük aktuallıq kəsb edir.
Kitabxanalara mülkiyyətində olan və ya idarəçiliyinə verilən
əmlakdan qanunvericiliyə uyğun istifadə hüququ verilmiş, təsərrüfat
fəaliyyəti ilə məşğul olmağa şərait yaradılmışdır. Bu fəaliyyətdən əldə
edilən vəsaitin kitabxanaların sərəncamında qalması qanuniləş-
dirilmişdir. Əlbəttə, kitabxanalarımız bu fəaliyyət növündən istifadə edə
bilsələr, daha böyük müvəffəqiyyətlər əldə edə bilərlər.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununda öz
əksini tapmış ən mühüm, böyük dövlət əhəmiyyətinə malik məsələlərdən
biri “Kitabxana işçilərinin sosial müdafiəsi” maddəsidir.
SSRİ məkanında kitabxana işçiləri ən az maaş alan peşə sahibləri idi.
Kitabxana işçilərinin maaşları ən axırda artırılır, bəzən də heç artırılmırdı.
Məlumdur ki, kitabxanalar öz tabeçilik
Dostları ilə paylaş: |