191
və xidmət prinsiplərinə görə bu və ya digər nazirliklərin, idarə və
müəssisələrin mütəxəssislərinə və işçilərinə xidmət edir. Məsələn, təhsil
kitabxanaları bilavasitə təhsil sahəsinin elmi-pedaqoji kollektivinə, şagird
və tələbələrinə xidmət edir. Bu kitabxanalarda çalışan kitabxanaçılar
bilavasitə təhsil sisteminə xidmət etdiklərindən təhsil işçiləri kimi xidmət
göstərirlər. Bu baxımdan təhsil kitabxanaları işçilərinin maaşı da təhsil
işçilərinin maaşına bərabərləşdirilsə, çox məntiqi olardı. Təhsil
Nazirliyinin timsalında göstərdiyimiz bu misalı digər nazirliklərə, idarə
və müəssisələrə də şamil etmək olar.
Sovet İttifaqı dağıldıqdan sonra müstəqil Azərbaycan dövləti
maaşların verilməsi qaydalarında dəyişikliklər etdi, ədalətsiz qaydaları
ləğv etdi. Kitabxana işçilərinin maaşları xidmət etdikləri nazirliklərin
işçilərinin maaşları ilə birlikdə artırılmağa başladı. Müstəqil Azərbaycan
dövlətinin bu siyasəti Milli Məclisin qəbul etdiyi qanunda öz hüquqi
həllini tapdı. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının
Qanununda kitabxa-naçıların sosial müdafiəsinə böyük qayğı ilə
yanaşıldı, onların əməyi elm və təhsil işçilərinin əməyinə bərabər tutuldu
ki, bu da sadə əməyi ilə həmişə fərqlənən Azərbaycan kitabxanaçılarına
dövlətimizin böyük qayğısının nəticəsi idi.
Qanunda göstərilir: “Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə
təminat verir.
Kitabxana işçilərinin əmək haqları elm və təhsil sahələri işçilərinin
əmək haqlarından aşağı olmamalıdır.
Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla
işçilərə əmək haqqından əlavə ödənişlər tətbiq edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar öz
tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar
müəyyən edə bilərlər”.
Beləliklə, göstərilən müddəalar Azərbaycan kitabxana işçilərinə dövlət
qayğısının nəticəsidir və Azərbaycan kitabxanaçıları bu qayğını böyük
minnətdarlıq hissi ilə qəbul edirlər. Qanunun sonuncu - VI fəslində
kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın təşkilindən bəhs edilir.
Qanunda beynəlxalq əməkdaşlığa yüksək qiymət verilməklə belə
əməkdaşlığın təşkili və aparılmasına, xarici kitabxanaların iş təcrübəsinin
192
öyrənilməsi və yayılmasına xüsusi diqqət yetirilməsi zəruri hesab edilir.
Beynəlxalq əməkdaşlıqda ayrı-ayrı kitabxanalar, ictimai birliklər,
beynəlxalq kitabxana təşkilatları iştirak edə bilərlər.
Nəhayət, Qanunun son maddəsində göstərilir: “Bu Qanunun
pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Məhz bu maddə Qanunun qüsursuz olaraq respublikamızın ərazisində
işləməsi üçün şərait yaradır, onun tətbiqini asanlaşdırır.
Müasir şəraitdə hər bir ziyalının, dövlət idarələrinin rəhbər işçilərinin,
bütün oxucuların, ilk növbədə isə kitabxana əməkdaşlarının əsas vəzifəsi
bu Qanunun işləməsi, onun əsas müddəalarının həyata keçirilməsi
uğrunda mübarizə aparmaqdır.
Müstəqil Azərbaycan dövlətinin kitabxana işi haqqında qəbul etdiyi
ilk Qanun son dövrlərdə bazar iqtisadiyyatı şəraitində cəmiyyətdə baş
verən bütün dəyişikliklərə əsaslanmaqla cəmiyyətin mənəvi həyatındakı
qanunauyğunluqları özündə əks etdirir, cəmiyyətin qarşıya qoyduğu
tələblərə cavab verir.
Bu Qanun Azərbaycanda kitabxana işinə dövlət münasibətinin, dövlət
qayğısının və dövlət siyasətinin əsası, onun məhək daşıdır,
respublikamızda kitabxana işinin qorunub saxlanılması və inkişafının
hüquqi bazasıdır. Respublikamızda kitabxana işinə dair vahid dövlət
siyasətinin əsası kimi fəaliyyət göstərən bu Qanunun bütün kitabxanalar,
kitabxana birlikləri, dövlət və qeyri-dövlət təşkilatları, müəssisələri
tərəfindən əsas baza kimi qəbul edilməsi və tanınması bütövlükdə müasir
Azərbaycan cəmiyyətinin can atdığı böyük nailiyyətdir.
“Kitabxana işi haqqında” Qanun kitabxanaların fəaliyyətinin əsas
prinsiplərini müəyyənləşdirməklə, insanların mədəni sərvətlərdən istifadə
etməsini və məlumat azadlığı hüququnun həyata keçirilməsini təmin edir.
Bu Qanun kitabxana və cəmiyyət, kitabxana və dövlət, kitabxana və
oxucu problemlərini, həmçinin kitabxana şəbəkələri olan nazirliklər, idarə
və müəssisələr arasındakı münasibətləri beynəlxalq hüququn prinsipləri
və normaları əsasında tənzimləyir, kitabxana işinin hüquqi bazasını
yaradır.
193
SON SÖZ ƏVƏZİ
Kitabxana işinin tarixi ümumi tariximizin, mədəniyyət tarixinin parlaq
səhifəsi, ayrılmaz tərkib hissəsidir.
Böyük və qədim tarixi keçmişi olan xalqımız kitabxanaları yüksək
qiymətləndirmiş, onu sevmiş, qayğı göstərmiş, əsrdən-əsrə, nəsildən-
nəslə böyük yadigar kimi hədiyyə etmiş, qoruyub saxlamışdır.
Xalqımızın yetişdirdiyi dünya şöhrətli böyük şəxsiyyətlərdən: Xaqani,
Nizami, Tusi, Füzuli, Şah İsmayıl Xətai, M.F.Axundov, S.Vurğun və
başqaları millətin, ölkənin mədəni inkişafında kitabxanaların rolunu,
əhəmiyyətini yüksək qiymətləndirmiş, kitabxananı müqəddəs bir yer,
elm, təhsil, tərbiyə, bilik və mərifət evi adlandırmışlar.
Xalqımızın XX əsrdə yetişdirdiyi böyük şəxsiyyətlərdən biri də
Heydər Əliyev olmuşdur. Türk dünyasının günəşi, müasir tariximizin çox
məsul bir dövründə 30 ildən artıq ölkəyə rəhbərlik etmiş, respublikamızı
dünyanın qabaqcıl ölkələri sırasına çıxarmış, XX əsrin axırlarında
xalqımıza nəsib olan müstəqilliyi qoruyub saxlamış, müstəqil, hüquqi,
demokratik Azərbaycan dövlətinin banisi olmuş, fenomen bir şəxsiyyət,
ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın mədəni tərəqqisinə,
Azərbaycan mədəniyyətinin inkişafına xüsusi qayğı göstərmişdir.
Heydər Əliyev XX əsr türk dünyasının yetişdirdiyi ən böyük
şəxsiyyətdir. Öz vətənini, xalqını böyük məhəbbətlə sevən, Azərbaycanı
uğurlu, işıqlı gələcəyə aparan böyük vətəndaş, dövlət xadimi, dünya
miqyaslı siyasətçi, ümummilli liderdir. Heydər Əliyev xalqımızın tarixini,
mədəniyyətini, incəsənətini, iqtisadiyyatını dərindən bilən, siyasət
elminin, diplomatiyanın incəliklərinə yiyələnmiş fenomenal bir şəxsiyyət,
görkəmli alimdir. Onun böyük idarəçilik, dövlətçilik istedadı, sehrli,
füsunkar yaddaşı, yüksək intellekti, bütün elmlərdən, hadisələrdən baş
çıxara bilmək bacarığı, həyatı dərk etmə qabiliyyəti vahid bir vəhdət
təşkil edir. Gələcəyi görmək, hadisələri qabaqlamaq bacarığı, dönməz
iradəsi, qüdrətli işgüzarlığı onun böyük dövlət xadimi olmasını
təsdiqləyir.
Dostları ilə paylaş: |