221
Bir çox nüfuzlu neft şirkətləri ilə Azərbaycanın tarixi əhəmiyyətli
müqavilələr imzalaması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən
siyasətinin bariz nümunəsidir.
Quntıs Ulmanis,
Latviya prezidenti
XX əsr liderlər əsridir, Heydər Əliyev də əsrimizin lideridir.
Eduard Şevardnadze,
Gürcüstan prezidenti
Heydər Əliyev xalqı sıx birləşdirməyə və onu tərəqqi, inkişaf yoluna
istiqamətləndirməyə müvəffəq olmuşdur. Buna müasir tarixdə əslində heç kəs
nail olmamışdır.
Nirsultan Nazarbayev,
Qazaxıstan prezidenti
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, təcrübəli, müdrik rəhbər olan
Heydər Əliyev çətin vaxtda yenidən hakimiyyətə qayıtdı.
Əsgər Akayev,
Qırğızıstan prezidenti
Heydər Əliyevin qətiyyətli iştirakı və şəxsi əməyi olmasaydı, Azərbaycanın
nailiyyətləri də mümkün olmazdı.
Emoməli Rəhmonov,
Tacikistan prezidenti
Heydər Əliyev, həqiqətən, bütün çətinliklərdən, ən ağır sınaqlardan keçməyi
bacaran rəhbərlərdəndir. O, müdrik insandır. Heydər Əliyev kimi rəhbəri olan
xalq xoşbəxtdir.
İslam Kərimov,
Özbəkistan prezidenti
222
Bu gün Azərbaycanın nümayiş etdirdiyi uğurlar, qazandığı nailiyyətlər daha
əhəmiyyətli və daha sanballıdır. Bütün bunlar Azərbaycan xalqının tanınmış
lideri Heydər Əliyevin çox böyük şəxsi töhfəsinin və şəxsi şücaətinin nəticəsidir.
Saparmurad Niyazov,
Türkmənistan prezidenti
Zəngin təcrübəyə malik siyasi xadim Heydər Əliyevlə görüşə həmişə ehtiyac
duyuram.
Petru Luçinski,
Moldova prezidenti
Prezident Heydər Əliyevin xarici siyasəti nəticəsində Azərbaycan dünya
birliyinə çox uğurla qovuşur.
Mintimer Şaymiyev,
Tatarıstan prezidenti
Heydər Əliyev gənc siyasətçilərin ağsaqqalı, patriarxıdır.
Kirsan İlyumjinov,
Kalmiqiya prezidenti
Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan milli müstəqillik
yolunda böyük nailiyyətlər qazanmışdır.
Bill Klinton,
ABŞ prezidenti
Azərbaycanın bugunkü nailiyyətlərində Heydər Əliyevin səriştəli və müdrik
rəhbərliyi şəksizdir.
Süleyman Dəmirəl
Türkiyə prezidenti
223
Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, surətli
inkişafa gətirib çıxaracaqdır. Mən görkəmli dövlət xadimi Heydər Əliyevin
müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz
müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir.
Henri Kissencer,
ABŞ-ın məşhur siyasi xadimi, politoloq
Heydər Əliyev Azərbaycanda demokratiyanın və fikir plüralizminin, yeni
iqtisadi və siyasi münasibətlərin qarantıdır.
Zbignev Bjezinski,
ABŞ Beynəlxalq Strateji Tədqiqatlar
Mərkəzinin rəhbəri, politoloq
Heydər Əliyev Mərkəzi Asiyanın Corc Vaşinqtonudur.
Qreg Laflin,
ABŞ konqresmeni
Mən dünya şöhrətli bir dövlət xadimi olan Heydər Əliyevlə görüşümdən çox
məmnunam. Onun çox dərin zəkaya malik olduğunu bir daha aydın hiss etdim.
Uilyam Kohen,
ABŞ-ın müdafiə naziri
İlkin neftin hasil edilməsinin qeyd olunması çox mühümdür və gələcəyin
simvoludur. Bu uğur digər imkanlar üçün qapı olacaqdır. Unutmaq olmaz ki, bu
layihə prezident Heydər Əliyevin cəsur liderliyi, beynəlxalq biznes dairələri ilə
əməkdaşlığı nəticəsində mümkün olmuşdur.
Federiko Penya,
ABŞ-ın energetika naziri
224
Prezident Klintonun prezident Əliyevlə görüşündən məmnunam. Bu vəzifədə
olduğum dövrdə ABŞ-da Heydər Əliyev qədər yüksək səviyyəli qarşılanan və
uğurlu səfər edən ikinci prezident hələ görməmişəm.
Madlen Olbrayt,
ABŞ-ın dövlət katibi
Heydər Əliyev təkcə Azərbaycanın yaxşı lideri deyildir, həm də öz nöqteyi-
nəzərini digər adamlara və ölkələrə qəbul etdirməyi bacaran siyasi xadimdir.
Lloyd Bentsen,
ABŞ senatoru
Azərbaycan prezidenti qeyri-adi, dahi şəxsiyyətdir. Onu ən görkəmli siyasi və
dövlət xadimi kimi Corc Vaşinqtonla müqayisə edirəm. Onların hər ikisinin
tarixi missiyası arasında uyğunluq var.
Allen Ueynşeyn,
ABŞ-da Demokratiya mərkəzinin prezidenti
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı demokratik inkişaf
yoluna çıxarmışdır.
Li Hamilton,
ABŞ konqresmeni
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin qısa müddətdə böyük inkişaf yoluna çıxararaq, onu bütün dünyada
tanıtmış və onu böyük nüfuz qazandırmışdır.
Doktor Şəfayi Ənsari,
ABŞ-dakı Azərbaycan
Mədəniyyət Cəmiyyətinin nümayəndəsi
Dostları ilə paylaş: |