213
***
Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm
də gələcək nəsillərə mənsubdur.
***
Dövlət adamları kimi bizim vəzifəmiz milli sərvətimizə son dərəcə qənaətlə və qayğı
ilə yanaşmaqdır.
***
Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar
iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur.
***
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.
Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
***
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə
inkişaf edəcəkdir.
***
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir və
onların mədəniyyəti bu yolla inkişaf edir.
***
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik
mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
***
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
***
Bizim musiqimiz - xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir.
***
Yeni-yeni təhsil ocaqlarının, ali məktəblərin, universitetlərin yaranması indi müstəqil
Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olmasının əsasını
qoymuşdur.
***
Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir.
Hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır,
mənəviyyatını zənginləşdirir.
214
* * *
Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın
inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir.
***
Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli
sərvətidir, milli iftixandır.
***
Xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini
qoruyub saxlamış, zənginləşdirmiş və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə
çevirmişdir.
***
Mədəniyyətimizin, elmimizin, təhsilimizin insanların mənəviyyatını daha da
yüksəklərə qaldırması üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri
vəzifələrdən biridir.
***
Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların
əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları
maarifləndirmişdir.
***
Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən,
elmindən heç vaxt ayrılmasın.
***
Tarix hər şeyi öz yerinə qoyur.
***
Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla
yanaşaq.
***
Tariximiz zəngindir, eyni zamanda əzab-əziyyətli tarixdir.
***
Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini,
milliliyini, öz dilini itirməmişdir.
***
Xalq gərək öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən
heç vaxt ayrılmasın.
***
215
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli
sərvətimizdir, tariximizin parlaq səhifəsidir.
***
Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə
böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail
olubdur.
***
Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli mənəvi
ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik.
***
Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər
bir kəs özü seçir.
***
Ana hər bir insan üçün müqəddəsdir. Təsadüfi deyildir ki, biz Vətənə də Ana Vətən
deyirik, torpağa da. Azərbaycan xalqının ən böyük sərvəti ondan ibarətdir ki, o, əsrlər
boyu qəhrəman, cəfakeş, dözümlü analar yetirmişdir.
***
Hər xalqın, o cümlədən də Azərbaycan xalqının öz milli mənliyi var. O milli mənliyi
də xalqın qabaqda gedən adamları ifadə etməli, təmsil etməlidirlər.
***
İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini
mənsubiyyətindən asılı olmayaraq həmişə insanlan dostluğa, həmrəyliyə, birliyə dəvət
etmişdir.
***
Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr
əsasında tərbiyə edilsinlər.
***
Cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi
hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir.
Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə
etməkdən ibarətdir.
***
216
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.
***
Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən
istifadə edərək gələcəyimizi quracağıq.
***
Azərbaycan xalqı qəhrəman, cəsur, dəyanətli, saf əxlaqlı bir xalq kimi bütün dünyada
tanınıb!
***
Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə
öyrətməyimizdən asılı olacaqdır.
***
Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi
haqqın olsun.
***
İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi
olacaqdır.
***
Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan
da çox qiymətlidir.
***
Xalqımız öz mənəviyyatına, dininə və ənənələrinə sadiqdir.
***
İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların
dünyada layiqli yer tutmasını təmin etmişdir.
***
Xalqımızın içində böyük bir mədəniyyət potensialı, fitri istedad potensialı vardır.
***
Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu
həyatda öz yerini tutmaq, mövqeyini
müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.
***
Xalqımızm birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir!
***
Dostları ilə paylaş: |