244
Hamınıza bir daha hörmət və ehtiramımı bildirirəm. Sizinlə, xarici
ölkələrin burada iştirak edən nümayəndələri, səfirləri ilə görüşdüyümə
görə məmnun qaldığımı qeyd edirəm. Sağ olun.
(Əliyev H. “Xalqımız Azərbaycanın elmi, mədəni potensialından
bundan sonra da çox bəhrələnməlidir”: M.F. Axundov adına Dövlət
Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabın
təqdimat-sərgisində çıxışı, 3 iyun 1995-ci il//H.Əliyev. Müstəqillik
yollarında.C.3.-B.: Azərbaycan Nəşriyyatı, 1997.-s.397-402.)
245
5.2. KİTABXANA İŞİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət
siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin
ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi
tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxa-
nalardan istifadə sahə-sində vətəndaşların hüquq və vəzifələrini,
kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən
edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
Kitabxana - elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə
müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb
mühafızə edən, onların sistemli ictimai istifadəsini təşkil edən,
cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət
göstərən sosial institut;
kitabxana işi - elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə
fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana
fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana,
informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf
kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik
təminatını əhatə edən fəaliyyət sahəsi;
kitabxanaçı - kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq
ixtisaslı mütəxəssis;
sənəd - informasiyanın mətn, səsyazma və təsvir formasında qeydə
alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və
ya qorunması məqsədini daşıyan maddi obyekt;
kitabxana fəaliyyəti - oxucuların sərbəst surətdə informasiya almaq
hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə
246
və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını
ödəmək məqsədi ilə həyata keçirilən fəaliyyət;
mərkəzləşdirilmiş kitabxana sistemləri - eyni sistemə aid
olan kitabxanaların vahid strukturda könüllü birləşməsi;
kitabxana fondu - ictimai istifadə məqsədilə kitabxananın və-
zifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlu-
mat daşıyıcılarının məcmusu.
Maddə 2. Kitabxana işi sahəsində Azərbaycan Respubli-
kasının qanunvericiliyi
Kitabxana işi sahəsində Azərbaycan Respublikasmm qanun-
vericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasmm tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin
beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas
prinsipləri və dövlətin vəzifələri
Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri
aşağıdakılardır:
kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və in-
formasiya vasitələrindən istifadənin hamı üçün açıq olması;
milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fond-
larının toxunulmazlığı və üstün maliyyələşdirilməsi.
Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və
həyata keçirilməsi;
kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının
qəbul və tətbiq edilməsi;
kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının
tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron
mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli
fondların həmin sistemlərdə əks olunması;
247
milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldi-
lən informasiya sisteminin yaradılması;
dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət
kitabxanaların milli və xarici ədəbiyyatla ardıcıl təchizatı siste-
minin yaradılması;
xarici ölkə kitabxanalarında saxlanılan, milli sərvət hesab
olunan nadir kitabların və əlyazmaların (imkan olmadıqda su-
rətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin
olunması;
dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət ki-
tabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz
edilməsi;
kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin
həyata keçirilməsinə köməklik göstərilməsi;
kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artı-
rılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və
fəaliyyətinin təşkili;
təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana
fondlarının mühafizəsinin təmin olunması;
qeyri-dövlət kitabxanalarmm inkişafma şərait yaradılması;
kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;
kitabxana fondlarının statistik uçotunun aparılması.
Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri
Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd-informasiya
fondlarının formalaşmasından, mühafizəsindən və bu materialların
hüquqi və fıziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda
toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan
verən vahid informasiya məkanının yaradılmasından ibarətdir.
II fəsil
KİTABXANA SİSTEMİ
Maddə 5. Kitabxana sisteminin təşkilinin əsasları
Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə,
idarələrarası, sahəvi, sahələrarası və kompleks xidmət prin-
Dostları ilə paylaş: |