254
nizamnamələrində göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi
üsullarını və formalarını müəyyənləşdirmək;
kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləş-
dirmək;
köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə
müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq;
fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın
ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək;
kitabxana birliklərinin yaradılmasında iştirak etmək;
beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana,
biblioqrafiya və informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək.
Maddə 22. Kitabxanaların vəzifələri
Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəni sərvətlərdən
istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təmin
etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür
şərait yaratmalıdırlar.
Maddə 23. Kitabxanalardan istifadə sahəsində oxucuların hüquq
və vəzifələri
Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək
hüququ vardır.
Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər
kitabxanaların nizamnamələri və müvafiq normativ hüquqi aktları ilə
müəyyənləşdirilir.
Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq
qadağandır.
Oxucular kitabxanalardan istifadə qaydalarına əməl etməli, kitab
fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər vəsaitlərin
itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər.
255
V fəsil
KİTABXANA İŞİNİN İDARƏ OLUNMASI
Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi
Azərbaycan Respublikasmda kitabxana işinə dövlət idarəetməsi
müvafiq icra hakimiyyəti orqanları tərəfmdən həyata keçirilir.
Maddə 25. Kitabxana işində ictimaiyyətin iştirakı
Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai
birliklər, hüquqi və fiziki şəxslər, kitabxana fondlarının
zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi,
kitabxanaçılıq proqramlarının və tədbirlərinin hazırlanması və həyata
keçirilməsində iştirak edirlər.
Maddə 26. Kitabxana işinin elmi-metodik və kadr təminatı
Mülkiyyət formasından asılı olmayaraq kitabxanaların elmi-metodik
təminatı Milli Kitabxana və elmi-metodik mərkəz statusuna malik olan
kitabxanalar tərəfindən həyata keçirilir.
Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar ki-
tabxanaşünaslığa, biblioqrafiyaya və informasiyaya dair metodik
materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində
mütərəqqi iş üsullarını ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının
artırılmasını təmin edir.
Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan
şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas təhsili
olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik
olan mütəxəssislər də kitabxanada işləyə bilərlər.
Maddə 27. Kitabxanalarm maliyyələşdirilməsi
Dövlət kitabxanaları və büdcədən maliyyələşdirilən təşkilatların
tabeçiliyində olan kitabxanalar dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki
şəxslərin könüllü ayırmaları və qanunvericilikdə qadağan olunmayan
digər mənbələr hesabına maliyyələşdirilir.
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının
komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və
bu vəsait müntəzəm olaraq artırılmalı-
256
dır. Ayrılmış vəsait kitabxanaların sərəncamında qalır və onların
nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir. İdarə,
müəssisə və təşkilatların, habelə ictimai birliklərin kitabxanaların
təsisçilərinin vəsaitləri hesabına maliyyələşdirilir.
Maddə 28. Dövlət kitabxanalarının büdcədənkənar vəsaitləri
Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə
nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu
xidmət əsasında büdcədənkənar fondlar formalaşdırılır.
Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə əmək sərfi tələb
edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən
xüsusi xidmət növlərinə aid edilir.
Maddə 29. Kitabxanaların inkişaf fondu
Kitabxanalarn maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə
dövlət və qeyri-dövlət inkişaf fondları təsis edilə bilər. Bu fondlar
təsisçilərin payları, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları,
qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən lotereya və digər
məqsədli kommersiya tədbirlərindən daxil olan vəsaitlər hesabına
yaradılır.
Maddə 30. Kitabxanaların maddi-texniki təchizatı
Kitabxanalar kitab fondunun saxlanması və oxuculara xidmət etmək
üçün xüsusi layihə ilə tikilmiş binalarla və kitabxana işini
avtomatlaşdırmaq üçün zəruri vasitələrlə təmin edilməlidirlər.
Maddə 31. Kitabxanaların əmlakı və təsərrüfat fəaliyyəti
Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə verilmiş
əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
istifadə edir.
Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına
torpaq sahələri və əlavə binalar ayrıla bilər.
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada
nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul
Dostları ilə paylaş: |