257
ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait bütövlükdə kitabxananın
sərəncamında qalır.
Maddə 32. Kitabxana işçilərinin sosial müdafiəsi
Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə təminat verir.
Kitabxana işçilərinin əmək haqları elm və təhsil sahələri işçilərinin
əmək haqlarından aşağı olmamalıdır.
Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla
işçilərə əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar öz
tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar
müəyyən edə bilərlər.
Kitabxana işçiləri öz peşə və sosial hüquqlarını təmin etmək
məqsədilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər
yarada bilərlər.
VI fəsil
YEKUN MÜDDƏALARI
Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq
Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında
həyata keçirilir.
Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər, beynəlxalq
kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana işi
sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər.
Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 1998-ci il
№ 611-1 Q
258
5.3. “KİTABXANA İŞİ HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNUN
TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki
ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının “Kitabxana işi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş dövlət kitabxana
fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu,
mühafizəsi və istifadəsi qaydalarını təsdiq etsin;
- bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər
Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair digər müvafiq
normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini
təmin etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ-hüquqi aktlarının “Kitabxana işi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun
pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik
aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
öz səlahiyyətləri daxilində “Kitabxana işi haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
259
- “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci
maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu
maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 14-cü
maddəsinin ikinci hissəsində , 15-ci maddəsinin birinci hissəsində (ikinci
halda), 17-ci maddəsində, 18-ci maddəsində, 28-ci maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səla-
hiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 15-ci maddəsinin birinci (birinci halda) və ikinci
hissələrində göstərilən “müvafiq icra hakimiyyəti orqanlarının
kitabxanaları” dedikdə Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
kitabxanaları nəzərdə tutulur;
- həmin Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanların”ın səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Mədəniyyət Na-zirliyi öz səlahiyyətləri daxilində
həyata keçirirlər;
- həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 mart 1999-cu il
№ 115
(Kitabxana işi haqqında Azərbaycan Respublikasının
Qanunu//Azərbaycan.-1999-cu il-14 mart.)
260
5.4. “AZƏRBAYCAN RESPUBLİKASINDA
1995-1998-Cİ İLLƏRDƏ DÖVLƏT
MÜLKİYYƏTİNİN ÖZƏLLƏŞDİRİLMƏSİNİN DÖVLƏT
PROQRAMININ” TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq edilsin.
2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29.09.1995-ci il.
Dostları ilə paylaş: |