265
milli və dünya mədəniyyəti sərvətlərinə qovuşmağa yönəldilən təhsil
sisteminin inkişaf etdirilməsi;
mədəniyyət sahəsində inhisara yol verilməməsi;
dövlət mədəniyyət sisteminin müxtəlif mənbələrdən maliyyə-
ləşdirilməsinin uzlaşdırılması;
yaradıcılıq fəaliyyətinin bütün sahələr üzrə yüksəlişi üçün şərait
yaranmasına kömək etmək məqsədilə ictimai müzakirələrin müxtəlif
formalarından, ekspertiza və müsabiqələrdən istifadə etməklə
mədəniyyətin inkişaf istiqamətlərinin hazırlanması;
mədəniyyət sərvətlərinin qorunması və artırılması;
Azərbaycan Respublikasının mədəniyyət potensialının inkişafına,
mühafizəsinə və ondan hərtərəfli istifadə olunmasına, mədəniyyət
sahəsində geniş miqyaslı beynəlxalq əməkdaşlığa şərait yaradılması;
dövlət mədəniyyət sisteminin elmi və mütərəqqi metodlarla
idarəçiliyinin təmin edilməsi;
tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması, qorunması və
bərpası üçün müvafiq tədbirlərin görülməsi;
mədəniyyətin inkişafına dair milli proqramların hazırlanması və
həyata keçirilməsi, beynəlxalq proqramların hazırlanmasında iştirak
edilməsi;
görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi üçün
tədbirlər görülməsi;
mədəniyyətin inkişafı fondlarının yaradılmasının təmin edilməsi;
Azərbaycan Respublikasında milli mədəniyyətin tərəqqisi və müasir
dünya mədəniyyəti ilə inteqrasiyasını;
milli ənənələrin dirçəldilməsi və inkişafını, əhalinin mənəvi
tələbatının ödənilməsini təmin edən mədəniyyət əsərlərinin yaradılması
üçün hə-vəsləndirici tədbirlərin görülməsi;
mədəniyyət və incəsənətin nailiyyətlərindən istifadə edilməsində
vətəndaşların konstitusiya hüquqlarının, əhalinin zəngin milli və dünya
mədəniyyəti sərvətlərindən faydalanmasının təmin edilməsi;
mədəniyyət təsisatlarının normal fəaliyyətinin, onların ma-
liyyələşdirilməsinin və maddi texniki bazasının möhkəmləndirilməsinin
təmin edilməsi;
266
mədəniyyətin ixtisaslı kadrlara olan ehtiyacının təmin edilməsi;
Maddə 2. Azərbaycan Respublikasının mədəniyyət sahəsində
qanunvericiliyi
Mədəniyyət sahəsində qanunvericilik bu Qanundan və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Mədəniyyət sahəsini tənzimləyən normativ hüquqi aktlarla
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 3. Tarix və mədəniyyət abidələrinin qorunması
Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər tarix və
mədəniyyət abidələrini qorumağa borcludurlar.
Tarix və mədəniyyət abidələrinin qorunmasının qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
Maddə 4. Mədəniyyət sahəsində yerli özünüidarə orqanlarının
səlahiyyətləri
Yerli özünüidarə orqanları bu Qanundan irəli gələn bütün hüquqların
və azadlıqların sərbəst həyata keçirilməsinə şərait yaradırlar.
Maddə 5. Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət
Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Azərbaycan Respublikasının mülki, cinayət, inzibati və digər
qanunvericiliyi ilə müəyyən edilir.
267
II fəsil
MƏDƏNİYYƏT SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN
HÜQUQLARI, AZADLIQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 6. Mədəniyyət hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin I
hissəsinə uyğun olaraq hər kəsin mədəni həyatda iştirak etmək,
mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ
vardır.
Mədəni sərvətlərdən isıtifadə hüququ yalnız Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada
məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər
mədəniyyət hüququna malikdirlər.
Maddə 7. Yaradıcılıq azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I
hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq azadlığı vardır.
Hər kəs öz maraqlarına və qabiliyyətinə uyğun istənilən yaradıcılıq
fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Bu hüquq həm peşəkar,
həm də həvəskar əsasda həyata keçirilə bilər. Müəlliflik hüququ, əqli,
mülkiyyət hüququ, yaradıcılıq fəaliyyətinin nəticələrindən sərbəst istifadə
etmə və dövlət tərəfindən dəstəklənmə baxımından yaradıcılıq fəaliyyəti
ilə məşğul olan şəxslər bərabər hüquqludurlar.
Hər kəsin özünün yaradıcılıq fəaliyyətinin nəticələrinə mülkiyyət
hüququ vardır. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikası vətəndaşının özünün yaradıcılıq
fəaliyyətinin nəticələrini nümayiş etdirmək, satmaq, habelə bu məqsədlər
üçün xarici ölkələrə aparmaq hüququ vardır.
268
Maddə 8. Mədəni özünəməxsusluq hüququ
Hər kəsin özünün milli mədəni özünəməxsusluğunu qoruyub
saxlamaq, mənəvi, estetik və digər dəyərləri sərbəst seçmək hüququ
vardır.
Dövlət şəxsi mədəni özünəməxsusluq hüququna təminat verir.
Maddə 9. Mədəniyyət sahəsində ictimai birliklər və müəssisələr
yaratmaq hüququ
Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mədəniyyət sahəsində
ictimai birliklər, müəssisələr yaratmaq, habelə bu sahədə sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
Maddə 10. Mədəniyyət sahəsində vəzifələr
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin 2-ci
hissəsinə uyğun olaraq hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə
yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini
qorumalıdır.
Hər kəs:
mədəniyyət sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə əməl etməli;
xalqın mədəni ənənələrinə hörmət etməli;
Azərbaycan xalqının, o cümlədən Azərbaycan Respublikasının
ərazisində yaşayan bütün etnik qrupların mədəniyyətinə, dilinə, adət və
ənənələrinə hörmət bəsləməli;
uşaqların və yeniyetmələrin estetik tərbiyəsinə, mədəni inkişafına
qayğı göstərməli;
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər
vəzifələri yerinə yetirməlidir.
Heç kəs və ya heç bir təsisat bütövlükdə mədəniyyət fəaliyyətini və ya
mədəniyyət fəaliyyəti növünü inhisarda saxlamamalı və vətəndaşların
sərbəst mədəniyyət fəaliyyətinə mane olmamalıdır.
Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər mədəniyyət sahəsində Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələri yerinə yetirməlidirlər.
Dostları ilə paylaş: |