261
ÖZƏLLƏŞDİRMƏYƏ MÜNASİBƏTDƏ
DÖVLƏT MÜLKİYYƏT OBYEKTLƏRİNİN
TƏSNİFATI
Dövlət Mülkiyyətində olan müəssisə və obyektlər 1995-1998-ci
illərdə özəlləşdirmə imkanlarından asılı olaraq aşağıdakı qruplara
bölünür:
1. Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər.
2. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən
müəssisə və obyektlər.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
özəlləşdirilən müəssisə və obyektlər.
4. Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, DƏK-in
qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər.
5. Özəlləşdirilməsi məcburi sayılan müəssisə və obyektlər.
Proqrama bu əlavədə göstərilən hallardan başqa, özəlləşdirmənin
qarşısında məhdudiyyətlərin qoyulmasına yol verilmir.
1. ÖZƏLLƏŞDİRİLMƏSİ QADAĞAN OLUNAN
MÜƏSSİSƏ VƏ OBYEKTLƏR
1. Yerin təki, meşə fondu, su ehtiyatları, hava məkanı, Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasının məxsus olan sektorunun
suları və resursları, geostasionar orbitlərdə peyk rabitəsini yerləşdirmək
və istifadə etmək hüququ.
2. Qorunan
və xüsusi qaydada istifadə olunan təbiət əraziləri.
3. Azərbaycan xalqının tarixi və mədəni irs obyektləri (nadir
mədəniyyət və təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika
obyektləri, o cümlədən dövlət muzeylərində, arxivlərdə və kitabxanalarda
saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr).
4. Azərbaycan Respublikasının büdcə vəsaitləri, milli valyuta
ehtiyatları, Pensiya fondu və dövlət büdcədənkənar fondları, Azərbaycan
Respublikasının Milli Bankının vəsaitləri, Ləl-cəvahirat fondu, habelə
qızıl ehtiyatı.
262
5. Azərbaycan Respublikasının Milli Bankı, pul nişanlarının, dövlət
xəzinə biletlərinin, istiqrazların və digər dövlət qiymətli kağızlarının
buraxılmasını və saxlanmasını təmin edən müəssisə, idarə və təşkilatlar.
6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, habelə Milli
Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi qoşunlarının operativ
idarəçiliyində olan ştat və ehtiyat əmlakı.
7. Silahların iştənilən növünün sistem və elementlərini hazırlayan və
təmir edən, hərbi sursat, partlayıcı maddələr və pirotexnika məmulatlarını
istehsal edən müəssisə və obyektlər, habelə göstərilmiş sahələrdə iş görən
elmi-tədqiqat və təcrübi konstruktor idarələri (göstərilən müəssisə və
obyektlər dövlət konversiya proqramına uyğun olaraq, Azərbaycan
Respublikası Prezidentinin qərarı və Milli Məclisin razılığı ilə
özəlləşdirilə bilər.)
8. Mülki
müdafiə və səfərbərlik təyinatlı obyektlər.
9. Maliyyələşdirilmə mənbəyindən asılı olmayaraq dövlət
mülkiyyətində olan bütün tip təhsil müəssisələri (Ali və orta ixtisas təhsil
müəssisələri Azərbaycan Respublikası Prezidentinin qərarı və Milli
Məclisin razılığı ilə özəlləşdirilə bilər.)
10. Büdcə vəsaiti hesabına maliyyələşdirilən bütün müəssisə, idarə
və təşkilatlar.
11. Geologiya, kartoqrafiya-geodeziya, hidrometeorologiya xidməti,
ətraf mühiti və təbiəti mühafizə xidməti müəssisə və idarələri.
12. Sanitar-epidemioloji, baytarlıq, meşə və bitkilərin mühafizəsi
xidməti müəssisə və idarələri, dövlət bitkilərinin karantin müfəttişliyi,
texniki nəzarət müfəttişlikləri.
13. Patent xidməti, standartlaşdırma və metrologiya idarələri, habelə
maşın-sınaq stansiyaları.
14. Dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və
qurğuları, habelə onların istismarı müəssisə və obyektləri.
15. Dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və
tunellər habelə onlara xidmət edən idarə və təşkilatlar.
16. Narkotik və zəhərli maddələr istehsalı müəssisələri, habelə onları
əkən, becərən, emal edən və saxlayan müəssisələr.
263
17. Tədris, hidroqrafiya, reyd donanması, xilasetmə işlərini həyata
keçirən və neft dağılmış sahələri təmizləyən donanma, gəmi hərəkəti
müfəttişliyinin əmlakı.
18. Dövlət damazlıq
və cins toxumçuluq təsərrüfatları, seleksiya -
hibrid mərkəzləri, dövlət toxumçuluq müfəttişlikləri, kənd təsərrüfatı üzrə
sort-sınaq laboratoriya və stansiyaları.
19. Bərk sənaye və məişət tullantılarını, maye və bərk radioaktiv
tullantıları basdırmaq üçün müəssisə, obyekt və avadanlıqlar, heyvanlar
basdırılmış sahələr.
20. Müalicə-istehsalat və islah-əmək müəssisə və obyektləri.
21. Bakı metropoliteni.
22. Qəbiristanlıq və krematoriyalar.
23. Əhalinin sosial müdafiə təşkilatları və idarələri, uşaq evləri,
körpələr evləri, qocalar evləri, əlillər, uşaqlar və qocalar üçün qospital və
sanatoriyalar, habelə psixiatriya, psixonevroloji, yoluxucu, onkoloji,
narkoloji və dəri-zöhrəvi xəstələrin, İÇV yoluxmuşların və QİÇS
xəstələrinin müalicə və profilaktikası təşkilat və idarələri.
(Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləsdirilməsinin Dövlət Proqramı//Azərbaycan.-1995-
ciil.-21noyabr.)
264
5.5. MƏDƏNİYYƏT HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət
siyasətinin əsas prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, milli
mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanılmasının və inkişafının,
mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasının,
mədəniyyət sahəsində fəaliyyətin hüquqi əsaslarını və beynəlxalq əlaqə
for-malarını müəyyən edir.
Bu Qanun bütün xalqların mədəni özünəməxsusluğunun mənbəyi olan
şifahi xalq yaradıcılığının, adət-ənənələrin qorunmasına və inkişafına,
daha çox insanın mədəni irsdən və mədəniyyət sərvətlərindən istifadəsini
təmin etmək məqsədilə bu sərvətlərin yaradılmasına, artırılmasına və
yayılmasına təkan verir, habelə yaradıcı işçilərin sosial müdafiəsini təmin
edir.
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri və
vəzifələri
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin
əsas prinsipləri aşağıdakılardır:
sosial və maddi vəziyyətindən, miili, irqi, dini və cinsi
mənsubiyyətindən asılı olmayaraq hər kəsin mədəniyyət sərvətlərinin
yaradılmasında, istifadəsində və yayılmasında hüquq bərabərliyi;
hər kəsin istedadının, əqli imkanlarının üzə çıxarılmasının və
yaradıcılıq azadlığının təmin edilməsi;
milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib hissəsi kimi inkişaf
etdirilməsi.
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin
vəzifələri aşağıdakılardır:
mədəni həyat tərzinin formalaşdırılması;
Dostları ilə paylaş: |