248
siplərinə əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və qeyri-
dövlət kitabxanaları təşkil edir.
Maddə 6. Kitabxana sisteminin tərkibi
Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və
qeyri-dövlət kitabxanaları daxildir.
Dövlət kitabxanalarına aşağıdakılar daxildir:
Milli Kitabxana;
Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;
şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi
kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar) və onların
filiallari, mərkəzləşdirilmiş kitabxana sistemləri;
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;
dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları;
Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və
onun filialları;
dövlət təhsil müəssisələrənin kitabxanaları.
Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:
bələdiyyə kitabxanaları;
ictimai birliklərin kitabxanaları;
özəl və digər kitabxanalar;
xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.
Maddə 7. Milli Kitabxana
Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində
dövlət siyasətini həyata keçirən, milli nəşriəri, xarici ölkələrdə nəşr
olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini,
dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər
məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi
və dövlət kitab saxlayıcısıdır.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq
sahəsində elmi-tədqiqat işləri üzrə apancı müəssisə və əlaqələndirici,
ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks
kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək,
kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq
və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
249
Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.
Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunur və
xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.
Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək
haqlarına müvafiq əlavələr müəyyən edilir.
Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək
qadağandır.
Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün
qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahəsi verilə bilər.
Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar
Respublika əhəmiyyətli elmi sahəvi kitabxanalar elm sahəsinə görə
ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş
kitabxana-biblioqrafiya və informasiya müəssisələridir;
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə
fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, kitabxanalararası
abonement və metodik mərkəz funksiyasını yerinə yetirir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaları fəaliyyəti bu
Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan
Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının,
Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin əmək haqlarına
müvafiq əlavələr müəyyən edilir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 9. Kitabxanaların digər informasiya orqanlan ilə əlaqələri
Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli istifadə
məqsədi ilə elmi-texniki və digər informasiya orqanları, arxivlər, başqa
idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır.
250
Bu əlaqələr birgə fəaliyyət proqramları və müqavilələr əsasında həyata
keçirilir.
Maddə 10. Kitabxanaların yaradılması və yenidən təşkili
Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil
olunur.
Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna
hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi və s.)
müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Maddə 11. Kitabxanalann özəlləşdirilməsi və icarəyə verilməsi
Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında
fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda saxlanılan sərvətlərin,
onların yerləşdiyi binaların və sahələrin) özəlləşdirilməsi və icarəyə
verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir.
III fəsil
KİTABXANA FONDU
Maddə 12. Kitabxana fondunun tərkibi
Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap
məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar,
əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir.
Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola
bilər.
Maddə 13. Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu
Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxana-
lararası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar
mühafizə və mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış
sisteminə malik olan kitabxana fondlarından ibarətdir.
Dostları ilə paylaş: |