269
III fəsil
DÖVLƏTİN MƏDƏNİYYƏT
SAHƏSİNDƏ VƏZİFƏLƏRİ
Maddə 11. Milli mədəniyyətin qorunub saxlanması, onun
inkişafına yardım göstərilməsi
Dövlət milli mədəniyyətin (Azərbaycan xalqının, o cümlədən
Azərbaycan Respublikasının ərazisində tarixən yaşayan və ya
məskunlaşmış bütün etnik qrupların özünəməxsus mədəniyyətinin)
qorunub saxlanmasına, onun inkişafına təminat verir. Milli mədəniyyət
sahəsində həyata keçirilən fəaliyyət dövlətin himayəsindədir.
Maddə 12. Milli mədəniyyət sərvətlərinin mühafizəsi
Dövlət milli mədəniyyət sərvətlərinin mühafizəsini təmin edir.
Dövlət Azərbaycan Respublikasından çıxarılmış milli mədəniyyət
sərvətlərinin geri qaytarılmasını təşkil edir.
Respublika ərazisinə qaytarılan milli mədəniyyət sərvətlərinə görə
gömrük rüsumu və digər rüsumlar alınmır.
Milli mədəniyyət sərvətlərinin mühafizəsinin və onlardan istifadənin,
habelə milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından
kənara çıxarılmasının qaydalarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə 13. Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan
subyektlərin hüquqlarının və azadlıqlarının müdafiəsi
Dövlət mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan
subyektlərin hüquqlarına və azadlıqlarına təminat verir.
Müvafiq dövlət orqanları mədəniyyət və ya yaradıcılıq fəaliyyəti ilə
məşğul olan subyektlərin hüquqlarının və azadlıqlarının pozulmasına
yönəldilmiş hərəkətlərin qarşısını almalıdırlar.
Maddə 14. Mədəniyyət sərvətlərindən istifadənin təminatı
Dövlət maddi və mənəvi mədəniyyət sərvətlərindən hər kəsin bərabər
hüquqlarla istifadə etməsinə təminat verir.
270
Dövlət mülkiyyətində olan mədəniyyət sərvətlərindən istifadə rejimini
müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.
Maddə 15. Mədəniyyət təsisatlarının yaradılması və inkişafına
yardım
Dövlət mədəniyyət sərvətlərinin yaradılması, çoxaldılması və
yayılması, mədəniyyət fəaliyyəti sahəsində vasitəçilik fəaliyyəti ilə
məşğul olan təşkilatların, müəssisələrin və idarələrin yaradılmasına və
inkişafına yardım göstərir.
Maddə 16. Əhalinin mədəniyyət xidmətlərilə minimum təmin
olunması
Müvafiq icra hakimiyyəti orqanı əhalinin mədəniyyət xidmətlərilə
minimum təmin olunması üçün dövlət mədəniyyət təsisatları (kitabxana,
muzey, klub, kinoteatr, teatr, sərgi və konsert salonları, musiqi və
incəsənət məktəbləri) normalarını müəyyən edir.
Maddə 17. Mədəniyyət fəaliyyətinə dövlət müdaxiləsinin məh-
dudlaşdırılması
Dövlətin mədəniyyət fəaliyyətinə müdaxiləsi zorakılığa, irqi, milli və
dini müstəsnalığa çağırışların, ümumbəşəri mənəvi dəyərlərə zidd
fəaliyyətin, parnoqrafiyanın, narkomaniyanın təbliğinin qadağan
olunması, onların qarşısının alınması ilə məhdudlaşır.
Bu maddənin birinci hissəsində göstərilən hər hansı mədəniyyət
fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən yalnız
məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada qadağan edilə bilər.
Mədəniyyət fəaliyyətinə müdaxilənin digər formalarına yol verilmir.
Maddə 18. Mədəniyyət sahəsində inhisarın qarşısının alınması
Mədəniyyət sahəsində inhisarın qarşısının alınması Azərbaycan
Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydaya müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
271
Maddə 19. Mədəniyyət statistikası
Müvafiq icra hakimiyyəti orqanları mədəniyyət sahəsində rəsmi
statistika aparırlar və statistik məlumatların düzgünlüyünə, vaxtında
toplanmasına cavabdehdirlər. Azərbaycan Respublikasında mədəniyyət
sahəsində statistik məlumatlar açıqdır.
IV fəsil
MƏDƏNİYYƏT FƏALİYYƏTİ VƏ ONUN NÖVLƏRİ
Maddə 20. Dövlət mədəniyyət sistemi və onun vəzifələri
Azərbaycan Respublikasının dövlət mədəniyyət sistemi dövlətə
məxsus mədəniyyət sərvətlərindən, bu sərvətlərin və milli mədəniyyətin
inkişafı, mühafizəsi, təbliği və artırılması ilə məşğul olan mədəniyyət
müəssisələri şəbəkəsindən, mədəniyyəti idarə edən orqanlardan, milli-
mədəni əmlakın bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi ilə məşğul olan digər dövlət mədəniyyət
təsisatlarından ibarətdir.
Dövlət mədəniyyət sisteminə dövlətin mülkiyyətində olan aşağıdakı
təsisatlar daxildir:
1. Teatr-konsert
müəssisələri:
opera, balet, dram, musiqili komediya, musiqili dram, gənc
tamaşaçılar, kukla, mahnı, muğam və digər teatrlar;
filarmoniyalar, konsert salonları və sarayları, musiqi zalları, sirklər,
folklor qrupları, peşəkar orkestrlər və musiqi kollektivləri;
teatr-studiyalar, teatr-emalatxanalar, eksperimental və tədris teatrları,
teatr, musiqi və təsviri sənət mərkəzləri;
2. Kitabxana
müəssisələri:
milli kitabxana;
kütləvi, gənclər, uşaq, korlar, şəhər, rayon, kənd, qəsəbə kitabxanaları
və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;
sahə kitabxanaları, elmi kitabxanalar;
3. Muzey
müəssisələri:
bədii və incəsənət, tarix və tarix-diyarşünaslıq muzeyləri;
272
ədəbiyyat, teatr və musiqi profilli, memorial, xatirə muzeyləri, muzey
qoruqlar;
4. Rəsm qalereyaları və sərgi salonları;
5. Zooparklar, akvariumlar, planetarilər, nəbatət bağları;
6. Mədəniyyət və tarix profilli arxivlər;
7. Klub
və asudə vaxtın təşkili müəssisələri:
şəhər, rayon, qəsəbə, kənd mədəniyyət sarayları və evləri, klublar,
klub tipli müəssisələr;
mədəniyyət və istirahət parkları, asudə vaxt mərkəzləri;
8. Təhsil və tədris müəssisələri:
mədəniyyət profilli ali və orta ixtisas təhsil müəssisələri, ixtisasartırma
kursları, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam və xoreoqrafiya
məktəbləri;
9. Elmi,
metodiki
mərkəzlər və kabinetlər:
mədəniyyət üzrə elmi-tədqiqat institutları və mərkəzləri;
mədəniyyət, muzey işi üzrə elmi-metodik mərkəzlər, musiqi təhsili
üzrə metodik kabinet, muzey sərvətlərinin və xatirə əşyalarının elmi
bərpa mərkəzi;
10. Mədəniyyət və incəsənətin təbliği və yayımı müəssisələri:
mədəniyyət və incəsənət profilli nəşriyyatlar, qəzet, jurnal və bülleten
redaksiyaları, informasiya mərkəzləri, informasiya-reklam müəssisəsi,
bədii-istehsalat müəssisələri, kinoteatrlar, kinostudiyalar, televiziya, radio
və sairə.
Dövlət mədəniyyət sisteminin başlıca vəzifəsi milli mədəniyyət
sərvətlərinin, dünya mədəniyyəti nümunələrinin etibarlı şəkildə toplanıb
qorunaraq gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş
təbliğindən, Azərbaycan xalqının adət və ənənələrinə bağlı, milli, mənəvi
və mədəni, bəşəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən
vətəndaşlar yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.
Maddə 21. Mədəniyyət fəaliyyəti və onun növləri
Mədəniyyət sərvətlərinin yaradılması, toplanması, tədqiqi, təbliği,
yayılması, nümayişi və qorunması mədəniyyət fəaliyyəti hesab olunur.
Dostları ilə paylaş: |