Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə76/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   72   73   74   75   76   77   78   79   ...   92

 
244
 
Hamınıza bir daha hörmət və ehtiramımı bildirirəm. Sizinlə, xarici 
ölkələrin burada iştirak edən nümayəndələri, səfirləri ilə görüşdüyümə 
görə məmnun qaldığımı qeyd edirəm. Sağ olun. 
 
(Əliyev H. “Xalqımız Azərbaycanın elmi, mədəni potensialından 
bundan sonra da çox bəhrələnməlidir”: M.F. Axundov adına Dövlət 
Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabın 
təqdimat-sərgisində  çıxışı, 3 iyun 1995-ci il//H.Əliyev. Müstəqillik 
yollarında.C.3.-B.: Azərbaycan Nəşriyyatı, 1997.-s.397-402.) 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
245
5.2. KİTABXANA İŞİ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASININ 
QANUNU 
 
Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət 
siyasətinin  əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin 
ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi 
tələblərini, kitabxanaların maliyyələşdirilmə  mənbələrini, kitabxa-
nalardan istifadə sahə-sində  vətəndaşların hüquq və  vəzifələrini, 
kitabxana işi sahəsində beynəlxalq  əməkdaşlığın prinsiplərini müəyyən 
edir. 
 
I fəsil 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 1. Əsas anlayışlar 
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 
Kitabxana - elm, informasiya, mədəniyyət, təhsil və  tərbiyə 
müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb 
mühafızə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, 
cəmiyyətin intellektual və  mənəvi potensialının inkişafına xidmət 
göstərən sosial institut; 
kitabxana işi - elm, informasiya, mədəniyyət, təhsil və  tərbiyə 
fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana 
fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, 
informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf 
kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik 
təminatını əhatə edən fəaliyyət sahəsi; 
kitabxanaçı  - kitabxana işi sahəsində  fəaliyyət göstərən müvafiq 
ixtisaslı mütəxəssis; 
sənəd - informasiyanın mətn, səsyazma və  təsvir formasında qeydə 
alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və 
ya qorunması məqsədini daşıyan maddi obyekt; 
kitabxana fəaliyyəti - oxucuların sərbəst surətdə informasiya almaq 
hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə 
 
 
 


 
246
və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını 
ödəmək məqsədi ilə həyata keçirilən fəaliyyət; 
      mərkəzləşdirilmiş kitabxana sistemləri - eyni sistemə aid 
olan kitabxanaların vahid strukturda könüllü birləşməsi; 
      kitabxana fondu - ictimai istifadə məqsədilə kitabxananın və-
zifələrinə uyğun  şəkildə formalaşmış çap əsərləri və digər məlu-
mat daşıyıcılarının məcmusu. 
 
      Maddə 2. Kitabxana işi sahəsində Azərbaycan Respubli-
kasının qanunvericiliyi 
       Kitabxana  işi sahəsində Azərbaycan Respublikasmm qanun-
vericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq 
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. 
       Azərbaycan Respublikasmm tərəfdar çıxdığı dövlətlərarası 
müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin 
beynəlxalq müqavilələr tətbiq edilir. 
       
 Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin  əsas 
prinsipləri və dövlətin vəzifələri 
       Kitabxana  işi sahəsində dövlət siyasətinin  əsas prinsipləri 
aşağıdakılardır: 
      kitabxanalarda  mühafizə olunan mədəni sərvətlərdən və in-
formasiya vasitələrindən istifadənin hamı üçün açıq olması; 
      milli  sərvət olan kitabxanalara dövlət qayğısı, onların fond-
larının toxunulmazlığı və üstün maliyyələşdirilməsi. 
      Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 
kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və 
həyata keçirilməsi; 
      kitabxana  fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının 
qəbul və tətbiq edilməsi; 
      kitabxana  işinin avtomatlaşdırılması  və kitabxana fondlarının 
tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron 
mübadilə sistemlərindən (internetdən və s.) istifadə  və milli 
fondların həmin sistemlərdə əks olunması; 


 
247
    milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldi-
lən informasiya sisteminin yaradılması; 
    dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət 
kitabxanaların milli və xarici ədəbiyyatla ardıcıl təchizatı siste-
minin yaradılması; 
     xarici  ölkə kitabxanalarında saxlanılan, milli sərvət hesab 
olunan nadir kitabların və  əlyazmaların (imkan olmadıqda su-
rətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin 
olunması; 
    dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət ki-
tabxanalarının müasir avadanlıq və texniki vasitələrlə  təchiz 
edilməsi; 
    kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin 
həyata keçirilməsinə köməklik göstərilməsi; 
   kitabxana  kadrları hazırlayan və ya onların ixtisasının artı-
rılmasını  həyata keçirən təhsil müəssisələrinin yaradılması  və 
fəaliyyətinin təşkili; 
  təbii fəlakət, silahlı münaqişə  və müharibə zamanı kitabxana 
fondlarının mühafizəsinin təmin olunması; 
  qeyri-dövlət kitabxanalarmm inkişafma şərait yaradılması; 
kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması; 
kitabxana fondlarının statistik uçotunun aparılması. 
 
Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri 
Kitabxana fəaliyyətinin  əsas istiqamətləri sənəd-informasiya 
fondlarının formalaşmasından, mühafizəsindən və bu materialların 
hüquqi və  fıziki  şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda 
toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan 
verən vahid informasiya məkanının yaradılmasından ibarətdir. 
 
II fəsil 
KİTABXANA SİSTEMİ 
 
Maddə 5. Kitabxana sisteminin təşkilinin əsasları 
Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, 
idarələrarası, sahəvi, sahələrarası  və kompleks xidmət prin-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə