237
Heydər Əliyev ağıllı, möhkəm iradəli və ehtiyatlı olan görkəmli siyasətçidir.
Mixail Qorbaçov,
keçmiş SSRİ-nin sabiq prezidenti
Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci
adam tanımıram.
Nikolay Baybakov,
keçmiş SSRİ Dövlət Plan Komitəsinin
sabiq sədri
XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olub: Atatürk və Heydər
Əliyev.
Karen Dəmirçyan,
Ermənistan KPMK-nin sabiq
I katibi
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan
Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda
hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğuria həyata keçirilməsi,
sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.
II İohan Pavel,
Roma papası
Sülh yaradanlar müqəddəsdirlər, çünki onlar tanrının övladlarıdırlar. Mənim
bu fikrim bütünlüklə Azərbaycan prezidenti Heydər Əliyevə aiddir.
Arximandrid Aleksandr,
Provoslav kilsəsinin başçısı
238
Prezident Heydər Əliyev həqiqətən böyük siyasi təcrübəyə malik
şəxsiyyətdir.
Ayətullah Seyid Əli Xameneyi,
İranın Ali dini rəhhəri
XX əsrin siyasi tarixini dünyanın ən nüfuzlu simalan ilə bir cərgədə duran
Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür.
Şeyxülislam Hacı Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Heydər Əliyev cənablan başda olmaqla Azərbaycan dövləti düzgün, xalqların
arzu və istəyinə uyğun milli siyasət yeridir.
Patriarx II İlya,
Gürcüstan katalikosu
239
5. HEYDƏR ƏLİYEVİN KİTABXANA İŞİNƏ DAİR
ÇIXIŞLARI, İMZALADIĞI QANUNLAR,
FƏRMANLAR VƏ SƏRƏNCAMLAR
5.1. M.F.Axundov adına Dövlət Kitabxanasında
“Vətənə, dövlətə, xalqa sədaqət andı”
miniatür kitabın təqdimat-sərgisində çıxış
3 iyun 1995-ci il
Hörmətli xanımlar və cənablar, hörmətli dostlar!
Bu gün biz büraya - Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən
biri olan Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana
xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka
mənbəyidir. Ona görə də kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini
nümayiş etdirən amillərdən biridir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə
gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət
və ehtiram hissi duyuram.
Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək
istəyirəm. Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın miniatür
kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sərginin ilk
dəfə şahidi oluruq. Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə
Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə
məzmununa və formasına görə müxtəlif, çox maraqlı, nəfis kitablar
buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox ölkələrində də Azərbaycanı təmsil
edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda miniatür kitab nəşrinin
tarixi qısadır. Mən çox məmnunam ki, bu gün Azərbaycanda yazıçılarımızın,
şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də
görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar
hadisə, böyük nailiyyətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını,
Azərbaycan Respublikasının “Kitab” Cəmiyyətini, buraya toplaşanları təbrik edir
və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş, təşəbbüs gələcəkdə də davam
etdiriləcəkdir.
240
Burada mənim Azərbaycan prezidenti vəzifəsinə başlayarkən andiçmə
mərasimində soylədiyim nitqin də miniatür nəşri nümayiş etdirilir. Bu
gün həmin kitabı mənə təqdim etdilər. Mən bundan çox məmnunam.
Doğrudan da, mən nitqlər söyləyirəm, çıxışlar edirəm, lakin bunların
kitab şəklində çıxmasını o qədər də gözləmirəm və hesab edirəm ki,
haradasa dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmişlər. Güman
edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən mənim üçün də çox
əhəmiyyətli olan andiçmə mərasimində söylənilmiş nitq nəfis şəkildə
buraxılmışdır. Bu, mənim üçün də əlamətdar hadisədir. Bu işin
təşəbbüsçülərinə, kitabı nəşr edənlərə - ilk növbədə Azərbaycan
Respublikasının “Kitab” Cəmiyyətinə və onun rəhbəri Zərifə xanım
Salahovaya təşəkkür edirəm. Eyni zamanda Amerikanın “Stark
enterprayz” firmasının bu işdə fəaliyyətini, təşəbbüsünü yüksək
qiymətləndirir və təşəkkürümü bildirirəm.
Burada Zərifə xanım xoş sözlər söylədi və arzularını bildirdi. Güman
edirəm ki, bunlar bizim ümumi arzularımızdır və hamımız çalışmalıyıq
ki, bu arzular yerinə yetsin. Azərbaycanda kitab nəşri inkişaf etsin,
miniatür kitablar kolleksiyası da genişlənsin.
“Stark enterprayz” firmasının nümayəndəsi, həmvətənimiz cənab
Nisanovun nitqində məni sevindirən cəhət ondan ibarətdir ki, Azərbaycan
vətəndaşları-burada böyümüş, yaşamış və bu torpağa bağlı olan insanlar
Azərbaycanı unutmurlar və indi buradan uzaqlarda olsalar da, ölkəmizə
kömək edir, Azərbaycanla əlaqələrini saxlayırlar.
Nisanovlar ailəsi Bakıda məşhur ailədir. Onların bir neçə nəsli mənim
xatirimdədir. Güman edirəm ki, siz də Nisanovlar ailəsindənsiniz. Mən
bu ailənin keçmişini də bilir, onları tanıyıram. İndi belə başa düşdüm ki,
Nisanovlardan biri Amerika Birləşmiş Ştatlarında yaşayır, ancaq doğma
Vətəni kimi Azərbaycanı unutmamışdır və mənsub olduğu firma ilə
bərabər ölkəmizə kömək edir, iqtisadi və başqa əlaqələr qurur. Mən bu
təşəbbüsü bəyənir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu iş
davam edəcək, Azərbaycanda doğulub böyümüş, indi ondan kənarda olan
adamlar Azərbaycanı unutmayacaq, doğma
Dostları ilə paylaş: |