225
Prezident Heydər Əliyevin fəaliyyətini
Atatürklə yan-yana qoyuram, görürəm
ki, bir çox məqamlar üst-üstə düşür.
Doktor Əli Arslan,
Amerikada Azərbaycan Assambleyasının sədri
Azərbaycanın dövlət müstəqilliyinin saxlanılması prezident Heydər Əliyevin
həyata keçirdiyi müdrik siyasət nəticəsində əbədi və dönməz olacaqdır.
Stroub Talbott,
ABŞ dövlət katibinin birinci müavini
Heydər Əliyev ABŞ-ın böyük dostu, islahatçısıdır. Onun ölkəsinin böyük
gələcəyi var və biz onunla sıx əlaqə yaratmaq istəyirik.
Uilyam Riçardson,
ABS-ın BMT yanında daimi nümayəndəsi
Prezident Heydər Əliyev çox çətin şəraitdə nəzərə çarpan irəliləyişə nail
olmuş, Azərbaycanın müstəqilliyinə və gələcək inkişafına təminat yaratmışdır.
Pol Qobl,
“Azad Avropa” “Azadlıq"radiostansiyası direktorunun
translyasiya üzrə müavini
Görkəmli dövlət xadimi prezident Heydər Əliyevin müdrik siyasəti sayəsində
Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu sahəsində müsbət işlər
görülür.
Aven Mur,
Beynəlxalq Yardım
Komitəsinin direktoru
226
Prezident Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda yəhudilər
üçün yaradılan şərait dünyadakı bütün müsəlmanlar
və yəhudilər üçün nümunə
olmalıdır.
Avraam Burq
Ümumdünya Yəhudi Agentliyi
Direktorlar Şurasının sədri
Heydər Əliyev ən görkəmli dövlət xadimi kimi təkrarolunmaz səmimi
atmosfer yarada bilir, elə bir atmosfer ki,
orada hər şey var - inam, dostluq,
fədakarcasına xeyirxahlıq.
Lev Bardaui,
“Soxnu” Yəhudi Agentliyinin
nümayəndəsi
Bu gün Heydər Əliyevdən məşhur və hörmətli olan siyasətçi yoxdur.
Mixail Bakker Avropa
Yəhudiləri icmasının sədri
Heydər Əliyev təcrübəli bir siyasətçidir.
Norman Tils,
Yəhudi icmasının təmsilçisi
Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.
Federiko Mayor,
YUNESKO-nun baş direktoru
Heydər Əliyev Azərbaycanda və keçmiş Sovetlər İttifaqında çox layiqli
dövlət xidmətləri olmuş bir şəxsdir.
Samir Sambar,
BMT Baş Katibinin ictimai
informasiya üzrə müavini
227
Cənab Heydər Əliyev çox lazımlı adamdır. Mən onu özümə müəllim hesab
edirəm.
Daqlas Hörd,
İngiltərənin dövlət katibi
Azərbaycanda son dövrdə baş verən müsbət dəyişikliklər prezident Heydər
Əliyevin həyata keçirdiyi müsbət tədbirlərin nəticəsidir.
Yan Lanq,
Böyük Britaniyanın
ticarət və sənaye naziri
Obyektiv müfəssəl məlumatları Heydər Əliyev
kimi qiymətləndirən ikinci
adam tanımıram.
Reno Monori,
Fransada senatın sədri
Bu gün Azərbaycan Heydər Əliyevin yürütdüyü uzaqgörən daxili və xarici
siyasət nəticəsində dünya siyasətində strateji rol oynayır.
Erve de Şarett,
Fransanın xarici işlər naziri
Heydər Əliyev canlı əfsanədir.
Jan Düre,
Fransa, sovetoloq
Mən Heydər Əliyevin şəxsində uzaqgörən və qətiyyətli
siyasətçi nümunəsi
görürəm.
Akira Amarini,
Yaponiya-Azərbaycan Dostluğu
Parlament Assambleyasının Prezidenti
228
Azərbaycan müstəqillik əldə etdikdən sonra ağır dövr keçmişdir. Heydər
Əliyev prezident vəzifəsinə başladıqdan sonra sabitləşmə və iqtisadi islahatlar
istiqamətində uğurlu iş aparılır. Bunu təkcə mən yox bütün dünya etiraf edir.
Herdl Viqhard,
Almaniyanın Federal İqtisadi
Əməkdaşlıq və İnkişaf Nazirliyinin
dövlət katibi
Hörmətli Heydər Əliyevi biz gəncliyimizdən indiyədək əfsanəvi bir
şəxsiyyət, lider kimi tanıyırıq və təbliğ edirik. Bir türkün böyük bir dövlətlər
birliyinin ən yüksək vəzifəsində çalışmasından vaxtilə biz həmişə böyük
iftixar
hissi keçirmişik. Biz Heydər Əliyevin timsalında Azərbaycanın xilaskarını
görürük. Heydər Əliyev bütün türk dünyasının lideridir. Mən onun zəkası, ağlı,
düşüncəsi, cəsarəti qarşısında baş əyirəm.
Namiq Kamal Zeybək,
Türkiyənin dövlət naziri
Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Azəri xalqının
Cumhurbaşqanı sayın Heydər Əliyevin liderliyi ilə Azərbaycan öz müstəqilliyini,
suverenliyini möhkəmləndirərək bölgənin önəmli bir dövləti olmaq yolundadır.
Hikmət Çətin,
Türkiyə Böyük Millət Məclisinin sədri
Baş komutan Heydər Əlirza oğlu dünya şöhrətli bir liderdir. O, Atatürkün
mənəvi övladıdır!
Dəniz Baykal,
Türkiyə Respublikası Cümhuriyyət
Xalq Partiyasının lideri