251
Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar
qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə
olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.
Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət
mülkiyyətidir.
Maddə 14. Kitabxana fondlarının təchizi
Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan,
profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını
birinci növbədə almaq hüququna malikdir.
Bu hüquq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy-
yənləşdirilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri,
nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar,
məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında
miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab
mübadiləsi yolu ilə təmin edilir.
Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə komplekt-
ləşdirilməsi müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydalarla tənzimlənir.
Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana
fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.
Maddə 15. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı
Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti
orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr
edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir.
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə rnəşğul
olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan
252
çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə,
qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına,
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət
Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz məcburi
nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal
redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər.
Maddə 16. Kitabxanaların mübadilə fondları
Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil
olmayan çap məhsulları və digər materiallar müəyyən olunmuş qaydada
bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.
Qeyri-profıl, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə
fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri həmin
fonda verilir.
Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab
mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün əlavə
kitab alınmasına vəsait ayırırlar.
Maddə 17. Depozitar kitabxanalar
Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə
edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar
fondlara verilir.
Maddə 18. Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və
onlardan istifadə edilməsi
Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər
materialların uçotu, mühafizəsi və istifadəsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə
məsuliyyət
Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki
şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla
253
vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar.
İtirilmiş və ya yararsız vəziyyətə salınmış çap əsərləri və digər
materiallar kitabxana ilə razılıq əsasında başqa müvafiq çap əsərləri və
materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının
milli-mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələrə şamil
edilmir.
Nadir nüsxələr fonduna vurulan zərərə görə məsuliyyət mövcud
qanunvericiliklə tənzimlənir.
Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə
qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV fəsil
KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ
Maddə 20. Kitabxana xidməti və onun vəzifəsi
Kitabxanalar çap əsərlərindən və digər informasiya daşıyıcılarından
səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya və
informasiya xidmətləri göstərir.
Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək,
informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi
daşıyır.
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və
beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və
kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks
vasitələrlə təşkil edilir.
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya
ədəbiyyatı nümunələrinin etibarh şəkildə toplanması, qorunması və
gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş
təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən
vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.
Maddə 21. Kitabxanaların hüquqları
Kitabxanaların hüquqları aşağıdakılardır:
Dostları ilə paylaş: |