Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə84/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   80   81   82   83   84   85   86   87   ...   92

 
273
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
qaydada bütün hüquqi və fıziki şəxslər mədəniyyət fəaliyyəti ilə məşğul 
olmaq hüququna malikdirlər. 
Mədəniyyət fəaliyyəti muzey, ədəbiyyat, təsviri və  tətbiqi sənət, 
kinematoqrafiya, teatr, musiqi, kitabxana, mədəni-maarif, kitab nəşri, 
arxiv, memarlıq, dizayn, televiziya, radio və sair fəaliyyət növlərindən 
ibarətdir. Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri sahəsində 
münasibətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 
 
Maddə 22. Muzey fəaliyyəti 
Elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan, 
onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin və 
maddi nümunələrin  əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və 
nümayişi muzey fəaliyyəti hesab olunur. 
Muzeylərin, yaradılma məqsədlərinə  və muzeylərdəki mədəniyyət 
sərvətlərinin nüfuzuna xələl gətirən kommersiya fəaliyyəti ilə  məşğul 
olmaları, digər muzeylərin kolleksiya toplamaq hüquqlarını pozmaları 
qadağandır. 
 
Maddə 23. Ədəbi, təsviri və tətbiqi sənət, teatr, musiqi və konsert 
fəaliyyəti 
Ədəbi, təsviri və  tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti 
vətəndaşların mədəniyyət sərvətlərindən istifadə hüququnu təmin etmək, 
onların bədii-estetik tələbatını ödəmək, səhnə, musiqi və ifaçılıq sənəti 
sahəsində yaradılan bədii əsərlərdən tam və sərbəst surətdə faydalanmaq 
məqsədilə həyata keçirilir. 
Ədəbi, təsviri və  tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti 
sahəsində yeni bədii dəyərli əsərlərin yaradılması və meydana çıxmasını 
təmin etmək məqsədilə dövlət yaradıcılıq sifarişləri tətbiq olunur. 
 
Maddə 24. Kitabxana fəaliyyəti 
Kitabxana fəaliyyəti vətəndaşların sərbəst surətdə informasiya almaq 
hüququnu təmin etmək, onların kitablara, dövri 
 
  
 
 
 
 


 
274
nəşrlərə  və kitabxana fondunu təşkil edən başqa sənədlərə olan 
tələbatını ödəmək məqsədilə həyata keçirilir. 
Nəşriyyat fəaliyyəti ilə  məşğul olan təsisatlar buraxdıqları çap 
məhsullarının iki nüsxəsini  əvəzsiz olaraq qanunvericiliklə müəyyən 
edilmiş qaydada milli obyekt statusu almış kitabxanalara 
göndərməlidirlər. 
 
Maddə 25. Mədəni-maarif fəaliyyəti 
Mədəni-maarif fəaliyyəti özfəaliyyət  əsasında sərbəst yaradıcılıq 
fəaliyyətinin həyata keçirilməsinin təmin olunmasıdır. Mədəni-maarif 
təsisatı ayrı-ayrı növlərdən olan mədəniyyət xidmətləri göstərə bilər, öz 
tərkibində digər mədəniyyət təsisatı (kitabxana, teatr, incəsənət 
məktəbləri və s.) yarada bilər. 
 
Maddə 26. Kinematoqrafiya fəaliyyəti 
Kinematoqrafiya fəaliyyəti kinofilmlərin yaradılmasına, yayılmasına 
və qorunmasına yönəldilən yaradıcılıq, istehsalat, elmi, texniki və  təhsil 
kompleksini əhatə edir. 
 
V fəsil 
MƏDƏNİYYƏT SAHƏSİNDƏ TƏŞKİLATİ VƏ  
MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ 
 
Maddə 27. Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan 
subyektlər 
Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan fiziki şəxslər, 
mədəniyyət təsisatları  mədəniyyət və yaradıcılıq fəaliyyətinin 
subyektləridirlər. 
Mədəniyyət təsisatları - əsas vəzifəsi mədəniyyət və yaradıcılıq 
fəaliyyəti olan təşkilatlar, idarələr və müəssisələrdir. 
Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri qanunla müəyyən 
olunmuş vergiləri və məcburi ödəmələri verməyə borcludurlar. 
Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri özlərinin 
yaradıcılıq və iqtisadi fəaliyyətlərində sərbəstdirlər. 
 
  
 
 
 


 
275
 Maddə 28. Mədəniyyət təsisatlarının yaradılması, yenidən təşkili 
və ləğvi 
Mədəniyyət təsisatları müvafiq icra hakimiyyəti və yerli özünüidarə 
orqanları, istənilən hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilər. 
Mədəniyyət təsisatlarının yaradılması, yenidən təşkili və  ləğvi 
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş 
qaydada həyata keçirilir. 
Mədəniyyət təsisatının mülkiyyətçisi (təsisçisi) ilə mədəniyyət təsisatı 
arasında münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan 
qanunvericiliyi ilə  və onların öz aralarında bağladıqları müqavilə ilə 
nizam-lanır. 
Mədəniyyət təsisatının mülkiyyətçisi (təsisçisi) ilə mədəniyyət təsisatı 
arasında bağlanmış müqavilədə  tərəflərin öhdəlikləri,  əmlakdan 
istifadənin 
şərtləri və qaydaları, mədəniyyət təsisatının 
maliyyələşdirilməsi qaydası, tərəflərin maddi məsuliyyəti, müqavilənin 
ləğv edilməsinin  əsasları  və  şərtləri, sosial və  əmək məsələlərinin həlli 
qaydaları müəyyən edilə bilər. 
Dövlət mədəniyyət müəssisələrinin yaradılması, yenidən təşkili, ləğv 
olunması və profilinin dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının 
qərarı ilə həyata keçirilir. 
 
Maddə 29. Mədəniyyət sahəsində mülkiyyət münasibətləri 
Mədəniyyət sərvətləri, habelə  mədəniyyət təyinatlı daşınar və 
daşınmaz  əmlak, mədəniyyət təsisatları dövlət, bələdiyyə  və xüsusi 
mülkiyyətdə, habelə mülkiyyətin qarışıq formalarında ola bilər. 
Mədəniyyət sahəsində mülkiyyətçinin hüquqları  və  vəzifələri 
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 
Mədəniyyət sahəsində dövlət mülkiyyəti müvafiq icra hakimiyyəti 
orqanları  tərəfindən idarə olunur. Mədəniyyət sahəsində dövlət 
mülkiyyəti yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada digər 
təşkilatların istifadəsinə  və ya idarəçiliyinə verilə bilər. Bu halda 
mədəniyyət mülkiyyətindən təyinatına uyğun istifadə edilməlidir. 
 
  
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə