Türk dünyasının böyük oğlu


Maddə 30. Mədəniyyət təsisatlarının əmlakı



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə85/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

 
276
 
Maddə 30. Mədəniyyət təsisatlarının əmlakı 
Mədəniyyət təsisatının mülkiyyətində  və ya idarəçiliyində öz 
vəzifələrini yerinə yetirmək üçün zəruri olan istənilən əmlak ola bilər. 
İdarəçiliyində olan əmlakın səmərəli istifadəsinə  və qorunub 
saxlanmasına görə  mədəniyyət təsisatı mülkiyyətçi (təsisçi) qarşısında 
məsuliyyət daşıyır. 
Mədəniyyət təsisatının idarəçiliyində olan əmlakın geri alınmasına 
Azərbaycan Respublikasının qanunvericiliyində  və ya mülkiyyətçi 
(təsisçi) ilə bağlanmış müqavilədə nəzərdə tutulan hallarda yol verilir. 
 
Maddə 31. Mədəniyyət sahəsində dövlət mülkiyyətinin özəlləş-
dirilməsi 
Mədəniyyət sahəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi 
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən 
olunmuş qaydada həyata keçirilir. 
Qanunvericiliklə müəyyən olunmuş qaydada milli status alan 
mədəniyyət təsisatları, tarix, mədəniyyət abidələri, dövlət muzeylərində, 
arxivlərində, kitabxanalarında saxlanılan sərvətlər və onların yerləşdiyi 
binalar və sahələr özəlləşdirilmir. 
 
Maddə 32. Dövlət mədəniyyət təsisatlarının milli və akademik 
statusu 
Dövlət mədəniyyət təsisatlarına milli obyekt statusu onların işinin 
həcminə, ölkənin mədəniyyət tarixində  və  mədəni həyatındakı roluna, 
yaradıcılıq fəaliyyətinin  əhəmiyyətinə, fondlarının zənginliyinə, 
nadirliyinə, milli dəyərlərin qorunması  və  təbliği sahəsində 
nailiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 
Milli statusa malik mədəniyyət təsisatlarının fondları və əmlakı milli 
sərvət hesab olunur və xüsusi əhəmiyyətli obyektlər kimi dövlət 
tərəfindən qorunur. 
Milli mədəniyyətin inkişafında xüsusi xidmətləri olan dövlət 
mədəniyyət təsisatlarına müvafiq icra hakimiyyətinin qərarı ilə 
fərqləndirici akademik statusu verilə bilər. 
 
  
 
 
 


 
277
VI fəsil 
MƏDƏNİYYƏT SƏRVƏTLƏRİ VƏ MİLLİ 
MƏDƏNİYYƏT ƏMLAKI 
 
Maddə 33. Mədəniyyət sərvətləri 
Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, dillər, 
dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər, tarixi toponimlər, 
folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənət  əsərləri, 
mədəniyyət fəaliyyətinin elmi tədqiqatının nəticələri və metodları, tarixi 
və mədəni əhəmiyyəti olan binalar, tikililər, əşyalar, tarix və mədəniyyət 
baxımından unikal ərazilər və obyektlər mədəniyyət sərvətləridir. 
Mədəniyyət sərvətlərinə aşağıdakılar aiddir: 
təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, 
estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq  əsərləri, orijinal bədii 
toplular və montajlar: 
kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, 
fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri; 
əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri 
mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix 
profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi 
yadigarlar, nadir nəşrlər; 
tətbiqi-sənət əsərləri-xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, 
qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı; 
səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri; 
qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey 
əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.); 
şifahi xalq yaradıcılığı nümunələri; 
arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar; 
memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr; 
park və təbii landşaft obyektləri; 
flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya 
baxımından maraqlı muzey əşyaları. 
 
  
 
 
 
 
 
 


 
278
 
Maddə 34. Mədəniyyət sərvətlərinin qeydə alınması 
Mədəniyyət sərvətləri müvafıq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət 
əmlakının Dövlət Siyahısında və  mədəniyyət sərvətlərinin mühafizə 
siyahısında qeydə alınır. 
Siyahılara mədəniyyət sərvəti  əşyasının, obyektinin mənşəyi, onun 
mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə  dərəcəsi haqqında məlumatlar 
yazılır və bunların  əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə 
şəhadətnamə verilir. 
Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından 
asılı olmayaraq muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət 
sərvətlərinin aşkara çıxarılması, uçotu və mühafizəsi ilə həmin təsisatlar 
məşğul olurlar. Bu təsisatlar mədəniyyət sərvətinin siyahılara daxil 
edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məlumat 
verməlidirlər. 
Mədəniyyət sərvətinin qiyməti, mühafizə  dərəcəsi və respublikadan 
kənara çıxarılma imkanı, müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
ekspertiza yolu ilə müəyyən edilir. 
 
Maddə 35. Mədəniyyət sərvətlərinin mühafizə dərəcələri 
Mədəniyyət sərvətlərinin mühafizəsinin qabaqlayıcı, konservasiya, 
bərpa və xüsusi dərəcələri vardır. 
Mühafizənin qabaqlayıcı  dərəcəsi, təbii-landşaft, arxeologiya və 
arxitektura obyektlərinin monumental sənət əsərlərinin tarixi əhəmiyyəti 
və qiyməti müəyyən olunanadək həmin obyektlərə şamil edilir. Müvafiq 
icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan bu mədəniyyət 
sərvətlərinin sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa 
salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi 
qadağandır. 
Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə  çıxarılmalı 
və ya müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında məhdud 
dairədə istifadə edilməli olan mədəniyyət sərvətlərinə aid edilir. Həmin 
mühafizə  dərəcəsi  əlyazmalara, nadir arxiv sənədlərinə, nadir kitablara
qoruqlara və sair mədəniyyət sərvətlərinə şamil olunur. 
 
  
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə