Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə87/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   84   85   86   87   88   89   90   91   92

 
282
Bu sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda 
olması müddəti, bir qayda olaraq, il ərzində altı aydan çox olmamalıdır. 
Dövlətə  məxsus milli mədəniyyət sərvətlərindən istifadə  nəticəsində 
əldə edilən vəsaitlər milli mədəniyyət sərvətlərinin qorunmasına və 
saxlanmasına sərf edilir. 
 
VII fəsil 
MƏDƏNİYYƏT SAHƏSİNİN 
MALİYYƏLƏŞDİRİLMƏSİ 
 
Maddə 40. Maliyyələşdirmə mənbələri 
Mədəniyyət təsisatları mülkiyyət formasından asılı olaraq dövlət 
büdcəsindən, yerli büdcələrdən, xüsusi mülkiyyətçinin vəsaitləri, habelə 
özlərinin fəaliyyətindən  əldə edilmiş  gəlirlər və Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər mənbələr 
hesabına maliyyələşdirilirlər. 
Dövlət büdcəsindən dövlət mədəniyyət sisteminin maliyyələşdirilməsi 
üçün ayrılan vəsaitin miqdarı  əvvəlki il üçün ayrılmış  vəsaitin 
miqdarından az olmamalıdır. 
Mədəniyyət təsisatları istənilən hüquqi və fiziki şəxsdən, beynəlxalq 
təşkilatlardan hədiyyələr, ianələr və digər maliyyə yardımı almaq 
hüququna malikdirlər. 
 
Maddə 41. Mədəniyyəti maliyyələşdirmə fondları 
Mədəniyyət sahəsinin maliyyələşdirilməsinə  əlavə  vəsait cəlb etmək 
üçün müvafiq icra hakimiyyəti orqanı milli mədəniyyət fondu yaradır. 
Həmin məqsədlə yerli özünüidarə orqanları, ictimai birliklər, hüquqi 
və fiziki şəxslər mədəniyyətin maliyyələşdirilməsi fondlarını yarada 
bilərlər. Bu fondların təşkili və  fəaliyyəti Azərbaycan Respublikasının 
müvafiq qanunvericiliyi ilə tənzimlənir. 
 
Maddə 42. Mədəniyyət sahəsində vəsaitin xərclənməsi 
Mədəniyyətin qorunmasına, saxlanılmasına və inkişafına yönəldilən 
vəsait: 
mədəniyyət təsisatlarının; 
 
  
 
 


 
283
mədəniyyət sahəsində beynəlxalq və milli dövlət proqramlarının; 
mədəniyyət sahəsində dövlət sifarişlərinin; 
mədəniyyət sahəsində sığorta işinin təşkilinin; 
mədəniyyət sərvətlərinin alınması, saxlanması və mühafizəsinin; 
mədəniyyət sahəsində əmək veteranlarına, mədəniyyət xadimlərinə və 
yaradıcı  gənclərə  təqaüdlər, mükafatlar verilməsinin və  fərdi köməklik 
göstərilməsinin; 
mədəniyyət təyinatlı obyektlərin layihələşdirilməsi və tikilməsinin; 
mədəniyyət sahəsində  fəaliyyətin maddi-texniki təminatının 
maliyyələşdirilməsi üçün istifadə olunur. 
Mədəniyyət təsisatları onlara ayrılan vəsaitin təyinat üzrə 
xərclənməsində sərbəstdirlər. 
 
Maddə 43. Mədəniyyət sahəsinin maddi-texniki təminatı 
Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan subyektlərin və 
mədəniyyət təsisatlarının fəaliyyət göstərməsi üçün zəruri olan 
avadanlığın, texnikanın, texnologiyanın alınması, müəyyən edilmiş 
qaydada tikinti işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti və 
yerli özünüidarə orqanları şərait yaratmalıdırlar. 
Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları mədəniyyət və 
yaradıcılıq fəaliyyəti üçün zəruri olan studiyaların, emalatxanaların, 
laboratoriyaların yaradılması üçün mədəniyyət və yaradıcılıq fəaliyyəti 
ilə  məşğul olan subyektlərə  və  mədəniyyət təsisatlarına yardım 
göstərməlidirlər. 
 
VIII fəsil 
MƏDƏNİYYƏT İŞÇİLƏRİ VƏ ONLARIN 
SOSİAL MÜDAFİƏSİ 
 
Maddə 44. Mədəniyyət işçiləri 
Peşəkar yaradıcılıq fəaliyyətilə  məşğul olan və ya mədəniyyət 
təsisatında işləyənlər mədəniyyət işçisidirlər. 
 
 
 
 
 
 
 


 
284
 
Maddə 45. Peşəkar yaradıcı işçinin hüquqları 
Peşəkar yaradıcı işçinin aşağıdakı hüquqları vardır: 
yaradıcılıq sirrinin mühafizə olunması; 
təxəllüsdən istifadə etmək
fəaliyyətinin nəticələrini nümayiş etdirmək və digər kütləvi 
formalarda təqdim etmək; 
yaradıcılıq ittifaqları yaratmaq və onların fəaliyyətində iştirak etmək; 
özünün yaradıcılıq fəaliyyətinin nəticələrindən istifadəyə görə haqq 
almaq; 
mədəniyyəti maliyyələşdirmə fondlarından istifadə etmək. 
 
Maddə 46. Mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları 
Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri üzrə  mədəniyyət işçilərini 
birləşdirməklə peşə ünsiyyəti yaratmaq, mədəniyyət təsisatları  və 
mədəniyyət xadimləri ilə  əlaqə yaratmaq, onların mənafelərini müdafiə 
etmək üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən 
edilmiş qaydada mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları yaradıla 
bilər. 
 
Maddə 47. Mədəniyyət işçilərinin sosial müdafiəsi 
Dövlət mədəniyyət işçilərinin sosial müdafiəsinə təminat verir. 
Peşəkar yaradıcı  işçilər yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi 
fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və 
telefondan istifadə xərclərini vətəndaşlar üçün nəzərdə tutulmuş miqdarda 
ödəyirlər. 
Milli obyekt statusu almış  mədəniyyət təsisatlarının işçilərinin  əmək 
haqları digər oxşar dövlət mədəniyyət təsisatlarının işçilərinə nisbətən 
daha yüksək ödənilir. 
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə  zərərli iş  şəraitində 
işləyən mədəniyyət işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən 
edilir. 
Mədəniyyətin inkişafında yüksək xidmətləri olan pensiyaya çıxmış 
mədəniyyət işçilərinin sosial təminatı Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilir. 
 
  
 
 


 
285
 
 
IX fəsil 
MƏDƏNİYYƏT SAHƏSİNDƏ BEYNƏLXALQ 
ƏMƏKDAŞLIĞIN HÜQUQİ ƏSASLARI 
 
Maddə 48. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq 
Müvafiq icra hakimiyyəti orqanları, mədəniyyət təsisatları, 
mədəniyyət işçilərinin həmkarlar ittifaqları, yaradıcılıq ittifaqları 
Azərbaycan Respublikasın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
başqa dövlətlərin hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq təşkilatlarla 
mədəniyyət sahəsində əməkdaşlığı həyata keçirə bilərlər. 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
Azərbaycan Respublikası  ərazisində beynəlxalq mədəniyyət fondlarının 
və  təşkilatlarının filialları  və nümayəndəlikləri yaradıla bilər. Hər bir 
mədəniyyət təsisatının müvafiq beynəlxalq təşkilatlara daxil olmaq, 
habelə öz sıralarına əcnəbi üzvlər cəlb etmək hüququ vardır. 
Azərbaycan Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş 
hallar istisna olunmaqla mədəniyyət sahəsində beynəlxalq əlaqələrin hər 
hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. 
 
 
Maddə 49. Mədəniyyət sahəsində beynəlxalq mübadilə 
Azərbaycan Respublikası 
mədəniyyət sahəsində beynəlxalq 
mübadilənin inkişafına, milli mədəniyyətin xaricdə yayılmasına, o 
cümlədən peşəkar yaradıcı işçilərin və kollektivlərin, mütəxəssislərin və 
tələbələrin qarşılıqlı  səfərlərinə köməklik göstərir, mədəniyyət 
sərvətlərinin və mədəniyyət fəaliyyəti nəticələrinin, habelə mədəniyyətin 
müxtəlif sahələrində iş təcrübəsinin mübadiləsinə yardım edir. 
 
Maddə 50. Mədəniyyət sərvətlərinin mühafizəsi sahəsində 
əməkdaşlıq 
Azərbaycan Respublikası  mədəniyyət sərvətlərinin mühafizəsinə dair 
beynəlxalq  əməkdaşlığı inkişaf etdirir, milli mədəniyyət sərvətlərinin 
mühafizəsi rejiminin Azərbaycan xalqının xaricdə olan nadir mədəniyyət  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə