Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə90/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   84   85   86   87   88   89   90   91   92

 
293
hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət 
formasından asılı olmayaraq bütün müəssisə, idarə  və  təşkilatlar, 
vətəndaşlar tərəfindən sənədləşdirilmiş informasiyanın təqdim olunma 
qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Dövlət sirri təşkil edən və konfidensial informasiyanın 
formalaşdırılma və  işlənmə qaydaları Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilir. 
 
Maddə 9. Milli informasiya ehtiyatları 
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və 
mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə  və 
təşkilatlar, vətəndaşların informasiya ehtiyatları  və ya onların müəyyən 
hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə  əsasən milli 
informasiya ehtiyatları elan edilə bilər və milli sərvət kimi mühafizə 
edilməlidir. 
 
Maddə 10. Daxilolma növünə görə informasiya ehtiyatları 
Daxilolma növünə görə informasiya ehtiyatları açıq və  məh-
dudlaşdırılmış ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyi və 
müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə daxilolma növünə görə 
məhdudlaşdırılmış  sənədləşdirilmiş informasiya istisna olmaqla dövlət 
informasiya ehtiyatları istifadə üçün açıqdır. 
Məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları hüquqi 
rejiminə görə dövlət sirli və konfidensial ola bilər. 
Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları  və 
mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunu 
ilə müəyyən edilir. 
Dövlət sirrinə aid edilməyən, lakin vətəndaşların, idarə, müəssisə  və 
təşkilatların qanuni marağının qorunması  məqsədi ilə  məxfiliyi təmin 
edilməli olan informasiya konfidensial xarakter daşıyır. Konfidensial 
informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə  və yayılmasına 
yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş 
hallarda yol verilə bilər. 
 
  
 
 
 
 


 
294
III fəsil 
İNFORMASİYA EHTİYATLARINDAN  
İSTİFADƏ OLUNMASI 
 
Maddə 11. İnformasiya ehtiyatları ilə işləməyə buraxılma hüququ 
Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra 
hakimiyyəti orqanlarının qərarları ilə müraciət növünə görə 
məhdudlaşdırılmış  sənədləşdirilmiş informasiya istisna olmaqla dövlət 
informasiya ehtiyatları ilə  işləməyə buraxılmaqda istifadəçilər bərabər 
hüquqlara malikdirlər və  məlumatlardan istifadə edilməsinin zəruriliyini 
informasiya ehtiyatlarının mülkiyyətçisi və ya sahibkarı qarşısında 
əsaslandırmağa məcbur deyillər. 
İstifadəçilər tərəfindən qanuni əsaslarla dövlət informasiya 
ehtiyatlarından  əldə olunmuş informasiyadan kommersiya məqsədləri 
üçün törəmə informasiya məhsulunun yaradılmasına yalnız alınma 
mənbəyinə istinad edilməklə istifadə olunmasına icazə verilir. Bu halda 
istifadəçiyə  məxsus olan mənfəət dövlət informasiya ehtiyatlarından 
alınmış informasiyadan deyil, törəmə informasiya məhsulunun 
yaradılması nəticəsində olur. 
İstifadəçilərə informasiya ilə  işləməyə buraxılmanın qaydası, bu 
qanunun tələblərinə  əməl edilməklə müvafiq icra hakimiyyəti orqanı  və 
mülkiyyətçi tərəfindən müəyyən edilir. Bu qaydalar və göstərilən 
xidmətlər haqqında məlumatların verilməsi üçün haqq alınmır. 
İnformasiya ehtiyatlarından istifadə edənlərə haqqı ödənilmədən və ya 
xidmətlərə çəkilən xərcləri qismən ödəməklə təqdim olunan informasiya 
xidmətlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyən olunur. Göstərilmiş xidmətlərə  çəkilmiş  xərclərdəki fərqin 
kompensasiyası dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər 
mənbələrdən ödənilir. 
 
Maddə 12. Fiziki və hüquqi şəxslərin özləri barəsində 
informasiyaya buraxılmaq hüququ 
Fiziki və hüquqi şəxslər barəsində  sənədləşdirilmiş informasiyanın 
siyahısı və onların informasiya sistemlərində istifadə 
 
  
 
 
 


 
295
edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilir. 
Fiziki və hüquqi şəxslər özləri barəsindəki sənədləşdirilmiş 
informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 
edilmiş hallar istisna edilməklə, maneəsiz olaraq buraxılmaq, bu 
informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan 
kimlərin və hansı məqsədlə istifadə etdiyini bilmək hüququ vardır. 
 
Maddə 13. İnformasiya ehtiyatları mülkiyyətçisi və ya 
sahibkarının məsuliyyəti 
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına, 
istifadəçilərin hüquqlarının  əsassız olaraq məhdudlaşdırılmasına görə 
mülkiyyətçi və ya sahibkar, habelə  vəzifəli  şəxslər Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada 
məsuliyyət daşıyırlar. 
 
IV fəsil 
İNFORMASİYALAŞDIRMA, İNFORMASİYA 
SİSTEMLƏRİ, TEXNOLOGİYALARIVƏ ONLARIN 
TƏMİNAT VASİTƏLƏRİ 
 
Maddə 14. İnformasiya sistemləri, texnologiyaları  və onların 
təminat vasitələrinin yaradılması və istehsalı 
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və 
mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə  və 
təşkilatlar, vətəndaşların informasiya sistemləri, texnologiyaları  və 
onların təminat vasitələrinin yaradılması  və istehsalında bərabər 
hüquqları vardır. 
Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların 
təminat vasitələrinin yaradılması  və istehsalı sahəsində elmi və  təcrübi-
layihə işlərinin aparılmasına şərait yaradır. 
İnformasiyalaşdırmanın aparıcı istiqamətlərinin müəyyən edilməsi
onun inkişafı üçün müvafiq tədbirlərin görülməsi, dövlət informasiya 
sistemlərinin yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə