Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə89/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   84   85   86   87   88   89   90   91   92

 
290
 
 
 
rın cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin 
yaradılması; 
informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın 
mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi. 
 
II fəsil 
İNFORMASİYA EHTİYATLARI 
 
Maddə 4. İnformasiya ehtiyatlarının hüquqi rejimi 
İnformasiya ehtiyatları fiziki, hüquqi şəxslərin və dövlətin münasibət 
obyektləridir. Onlar Azərbaycan Respublikasının informasiya ehtiyatları 
hesab olunur və digər ehtiyatlar kimi qanunla qorunur. 
İnformasiya ehtiyatlarının hüquqi rejimi aşağıdakı normalarla 
müəyyən edilir: 
informasiyanın sənədləşdirilməsi qaydaları; 
sənəd və sənəd massivləri üzərində mülkiyyət hüququ; 
işləməyə buraxılmaq növünə görə informasiyanın kateqoriyaları; 
informasiyanın mühafizə olunmasının hüquqi qaydaları. 
 
Maddə 5. İnformasiyanın sənədləşdirilməsi 
İnformasiyanın sənədləşdirilməsi onun informasiya ehtiyatlarına daxil 
edilməsinin mütləq şərtidir. İnformasiyanın sənədləşdirilməsi Azərbaycan 
Respublikasının təhlükəsizliyi, kargüzarlıq, sənəd və sənəd massivlərinin 
standartlaşdırılması  məsələlərinin təşkilinə cavabdeh olan müvafiq icra 
hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalar əsasında həyata 
keçirilir. 
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə 
informasiya sistemlərindən, o cümlədən avtomatlaşdırılmış sistemlərdən 
alınmış  sənəd vəzifəli  şəxs tərəfindən imzalandıqdan sonra hüquqi 
qüvvəyə malik olur. 
İnformasiya və telekommunikasiya sistemlərində dövr edən sənəd 
elektron imzası vasitəsilə də təsdiq edilə bilər. 
Elektron imzası avtomatlaşdırılmış informasiya sistemində onun 
identikləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini təmin 
edən proqram-texniki vasitələr olduqda Azərbaycan Respublikasının 


 
291
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və hüquqi qüvvəyə malik 
olur. 
 
Maddə 6. İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları  və 
onların təminat vasitələri üzərində mülkiyyət hüququ 
İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları  və onların təminat 
vasitələri üzərində mülkiyyətin Azərbaycan Respublikası qanunveri-
ciliyində nəzərdə tutulmuş bütün formalarına yol verilir. 
Fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni 
yolla  əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış 
informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnologiyalarının 
və onların təminat vasitələrinin mülkiyyətçisidirlər. 
Azərbaycan Respublikasının büdcə vəsaitləri və dövlət idarə, müəssisə 
və  təşkilatlarının vəsaitləri hesabına yaradılan,  əldə edilən, toplanan 
informasiya ehtiyatları, sistemləri, texnologiyaları  və onların təminat 
vasitələri dövlət mülkiyyətidir. 
İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları  və onların təminat 
vasitələri üzərində mülkiyyət hüququnun həyata keçirilməsi qaydası 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 
Sənədləşdirilmiş informasiyanı Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlarına 
və müvafiq təşkilatlara təqdim edən subyektlər bu sənədlərə mülkiyyət və 
onlardakı informasiyadan istifadə etmək hüquqlarını itirmirlər. Bu 
sənədlərə dövlət və onları  təqdim etmiş subyektlər birgə sahibkarlıq 
hüququna malikdirlər. 
İnformasiya məhsulu və xidmətinin qiymətləri Azərbaycan 
Respublikasının qanunvericiliyinə müvafiq olaraq icra hakimiyyəti 
orqanları tərəfindən və ya bağlanmış müqavilələrlə müəyyən edilir. 
İnformasiya proseslərində  iştirak edən, informasiya məhsulu və 
xidmətlərini azad realizə edən bütün fiziki və hüquqi şəxslər ümumi 
informasiya bazarının iştirakçıları sayılırlar. 
  
 
 
 
 
 


 
292
İnformasiya istifadəçiləri informasiya məhsul və xidmətlərinin 
mülkiyyətçiləri, sahibkarları, vasitəçilərini, informasiya növünü və 
işlənmə üsulunu, informasiya məhsulları 
və xidmətlərinin 
nomenklaturasını, Azərbaycan Respublikası qanunvericiliyində  nəzərdə 
tutulmuş hallar istisna olmaqla, azad seçmək hüququna malikdirlər. 
İnformasiyanın işlənmə vasitələri üzərində mülkiyyəti hüquqi 
informasiya ehtiyatları üzərində mülkiyyət hüququ yaratmır. 
İşlənmə vasitələrinin birgə istifadə olunması halında ilkin sənədlər 
sahibkara məxsus olur, törəmə  məhsulun məxsusluğu isə müqavilə ilə 
müəyyən olunur. İnformasiya ehtiyatlarının mülkiyyətçisi onun yaratdığı 
informasiyanın keyfiyyətinə görə məsuliyyət daşıyır. 
Dövlət sirri təşkil edən informasiya ehtiyatları ilə işləmə qaydaları və 
mülkiyyət münasibətləri “Dövlət sirri haqqında” Azərbaycan 
Respublikasının qanununa və digər qanunvericilik aktlarına  əsasən 
tənzimlənir. 
 
Maddə 7. Dövlət informasiya ehtiyatları 
Dövlət informasiya ehtiyatlarının formalaşdırılmasında dövlət 
hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət 
formasından asılı olmayaraq bütün müəssisə, idarə  və  təşkilatlar, 
vətəndaşlar iştirak edə bilərlər. 
Dövlət hakimiyyət orqanları onların sərəncamında olan dövlət 
informasiya ehtiyatlarını formalaşdırır və  səlahiyyətləri daxilində 
onlardan istifadəni təmin edirlər. 
Dövlət hakimiyyət orqanları  və  təşkilatlarının dövlət informasiya 
ehtiyatlarının formalaşdırılması sahəsindəki fəaliyyəti dövlət 
büdcəsindən, xüsusi vəsaitlərdən və digər fondlardan maliyyələşdirilir. 
Dövlət informasiya ehtiyatlarının formalaşdırılması  və xidmətlərin 
göstərilməsi sahəsində ixtisaslaşan təşkilatların fəaliyyəti xüsusi razılıq 
əsasında həyata keçirilir. 
 
Maddə 8. Dövlət informasiya ehtiyatlarının formalaşdırılması 
üçün sənədləşdirilmiş informasiyanın təqdim olunması 
İnformasiya ehtiyatlarının formalaşdırılması və işlənməsinə cavabdeh 
olan orqan və təşkilatların siyahısı, eləcə də dövlət 
 
  
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə