151
2000-ci il dekabr ayının 12-də Azərbaycan Elm və Texnika
Komitəsinin qərarı ilə ölkə miqyasında RETK-nın təntənəli yubileyi qeyd
edildi. Yubiley iclasında respublikanın geniş kitabxana ictimaiyyəti
iştirak edirdi. Yubiley iclasını Azərbaycan Elm və Texnika Komitəsinin
sədri, akademik A.Mirzəcanzadənin aparması kitabxananın işinə böyük
dövlət qayğısının nə-ticəsi idi.
Yubiley iclasında 70 illik inkişaf yolu haqqında kitabxananın
direktoru Hicran Əfəndiyeva məruzə etdi.
Məruzədən sonra yubilyarı professor Abuzər Xələfov, kitabxana
işçilərindən Solmaz Bağırova, Mail Əhmədov, Əmin Əfəndiyev, Tamila
İsmixanova və b. təbrik etdilər.
Yubiley mərasimini yekunlaşdıran akademik Azad Mirzəcanzadə son
sözündə Azərbaycanın müstəqilliyi şəraitində RETK-nın kollektivinin
qarşısında çox böyük vəzifələr durduğunu qeyd etdi. O, qısa müddət
ərzində oxuculara xidmət işinin daha da yaxşılaşdırılması, kitabxana
kitabının hər bir oxucuya çatdırılmasını, kitabxana işinin
komplektləşdirilməsində dönüş yaradılmasını, İnternet şəbəkəsinə
qoşulmasını, kitabxananın maddi-texniki bazasının
möhkəmləndirilməsini, müasir kitabxana-informasiya avadan-lıqlarının
alınmasını, yeni düşüncə tərzinə malik gənc kitabxanaçı kadrların işə cəlb
edilməsini məsləhət gördü. Kitabxananın kollektivinə gələcək
fəaliyyətində böyük uğurlar arzuladı.
Müstəqillik dövrünün ilk illərinin çətinliklərinə baxmayaraq RETK
kitab fondunun komplektləşdirilməsi, yeni ədəbiyyatın və dövri nəşrlərin
alınması, xarici ölkə kitabxanaları, ilk növbədə isə Rusiya kitabxanaları
ilə qırılmış əlaqələrin bərpası sahəsində mühüm işlər görə bildi. Kitablara
və dövri mətbuata abunə yazılışına başlandı. 1994-cü ildən başlayaraq
kitabxanaya ayrılan vəsait tədricən artmağa başladı. Bunu cədvəldən
aydın görmək olar:
152
İllər Ayrılan vəsaitin miqdarı manat
1994 100.381.000
1995 240.122.000
1996 280.752.000
1997 302.451.000
1998 350.512.000
1999 446.543.000
2000 546.437.000
2001 312.496.000
2002 322.924.000
2003 369.190.000
2004 446.543.000
Rəqəmlərdən göründüyü kimi, göstərilən dövrdə kitabxanaya ayrılan
vəsait ilbəil artmışdır. Əgər kitabxanaya 1994-cü ildə 100.381.000 manat
vəsait ayrılmışdırsa, bu vəsait 2004-cü ildə 446.543.000 manata
çatmışdır. Doğrudur, ayrılan vəsait kitabxananın yeni ədəbiyyatla, dövri
nəşrlərlə tam və hərtərəfli təkmilləşməsi üçün kifayət etməsə də, yeni
nəşrlərdən bir neçə nüsxə almağa imkan verirdi. Kitabxana büdcə
vəsaitindən əlavə sponsorların, qeyri-dövlət təşkilatlarının, xarici
təşkilatların, SOROS fondunun köməyindən, ayrı-ayrı şəxslərin, kitab
müəlliflərinin hədiyyələrdən də bəhrələnirdi.
1994-cü ildə Milli Məclis “Kitabxana işi haqqında” Azərbaycan
Respublikasının Qanununu qəbul etdi. Ulu öndər Heydər Əliyev
tərəfindən imzalanmış bu qanun respublikanın kitabxana həyatında böyük
hadisə olduğu kimi, RETK-nın işinə də mühüm təsir etdi. Kitabxana öz
işini bu qanuna müvafiq həyata keçirməyə başladı. Qanunun 8-ci
maddəsinə görə, RETK-ya respublika əhəmiyyətli elmi-sahəvi kitabxana
statusu verildi. Qanunun 15-ci maddəsinə əsasən, RETK-ya dövlət və
qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya
müəssisələri və digər hüquqi şəxslər tərəfindən nəşr edilən çap
məhsullarından profilinə uyğun olaraq iki pulsuz məcburi nüsxə almaq
hüququ verildi. Kitabxana bu hüququndan istifadə etməsi nəticəsində öz
fondunu respublikada nəşr edilən yeni texniki profilli kitablarla ardıcıl
153
olaraq komplektləşdirmək imkanı əldə etdi. Bütün bunların nəticəsidir ki,
kitabxana müstəqillik illərində 646.077 nüsxə yeni nəşr edilmiş ədəbiyyat əldə
etməyə müvəffəq olmuşdur.
Büdcənin ilbəil əsaslı surətdə artmasına nisbətən kitabın az alınmasının
obyektiv səbəbi ölkədə kitabın bahalaşması idi. Dövlət nəşriyyatları olduqca
zəifləmişdi, kitab nəşri əsasən özəl nəşriyyatlar tərəfindən həyata keçirilirdi.
Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq özəl nəşriyyatlar kitab bazarını
ələ keçirərək, kitabı istədikləri qiymətə satırdılar. Beləliklə, Azər-baycan kitab
bazarında sovet dövrünə nisbətən kitabın qiymətinin qat-qat bahalaşması prosesi
gedirdi ki, bu da kitabxanaların komplektləşdirilməsi işinə mənfi təsir göstərirdi.
Müstəqillik illərində kitabxana fondlarının komplektləşdirilməsində müəyyən
zəiflik hiss edilsə də, bu oxuculara xidmət işinin təşkilinə qətiyyən mənfi təsir
göstərməmiş, oxucuların sayı, kitab verilişi və kitabxana fondunun dövriyyəsi
müntəzəm olaraq artmışdır.
1993-2004-cü illərdə RETK-nın oxuculara
xidmət sahəsində fəaliyyəti
154
Son illərdə oxuculara xidmət sahəsində göstəricilərin azalması
kitabxananın yeni binaya köçməsi ilə əlaqədardır. Fondun yeni binaya
köçürülməsi zamanı kitabxana bir neçə müddət öz fəaliyyətini
dayandırmalı olmuşdur ki, bu da xidmət prosesinə öz mənfi təsirini
göstərmişdir.
Müstəqillik illərində kitabxana oxuculara xidmət işinin təşkilində öz
ənənəvi iş üsullarından müvəffəqiyyətlə istifadə edirdi. Kitabxanada ən
geniş yayılmış iş üsullarından biri kütləvi tədbirlər idi. Kitabxana fonda
daxil olan yeni kitablar haqqında oxuculara məlumat vermək, oxucuların
sorğularını öyrənmək üçün kütləvi tədbirlərin müxtəlif növlərindən,
daimi sərgilərdən, yeni kitab sərgilərindən, mövzu sərgilərindən, yeni
jurnalların sərgilərindən, informasiya günlərindən, mütəxəssis
günlərindən, normativ texniki sənədlərin sərgilərindən geniş istifadə
etmişdir. Sərgilər təşkil edilərkən onun tərtibatına ciddi diqqət yetirilir, ən
zəruri kitablar nümayiş etdirilir. Kitabxana işçiləri sərgiyə tamaşa edən
oxucular arasında geniş izahat işi aparır, kitabları necə əldə etmək
haqqında onlara izahat verirlər. Kitabxanada keçirilən informasiya və
mütəxəssis günləri, normativ-texniki sənədlərin sərgisi xüsusi maraq
doğururdu. Belə günlərdə əsasən ziyalılar, mühəndislər, mütəxəssislər və
şəbəkə kitabxanalarının kitabxana işçiləri, biblioqraflar daha çox iştirak
edirdilər. Kitabxana 1994-2002-ci illərdə 230-dan artıq kütləvi tədbir
keçir-mişdir ki, belə tədbirlərdə yüzlərlə oxucu istifadə etmiş, onlara
xeyli kitab və jurnal verilmişdir. Xüsusilə RETK-da keçirilən mütəxəssis
və informator günləri oxucuların daha böyük marağına səbəb olmuşdur.
Belə tədbirlərin keçirilməsində görkəmli mütəxəssislərin, alimlərin
iştirakı onların səmərəliliyini artırır, daha maraqlı və məzmunlu olmasını
təmin etmişdir.
Müstəqillik illərində RETK öz fəaliyyətini informasiya cəmiyyətinin
tələblərinə uyğun qurmaq, oxucuların informasiyaya durmadan artan
tələbatını ödəmək məqsədi ilə kitabxana işini avtomatlaşdırmağa, yeni
kitabxana və informasiya texnologiyası ilə təmin etməyə, kitabxana işinin
kompüterləşdirilməsi üçün əməli addımlar atmağa başlamışdır. 1999-cu
ildə Dövlət Elm və Texnika Komitəsi kitabxananın komputer-
ləşdirilməsini, İnternet sisteminə qoşulmasını təmin etmək üçün
Dostları ilə paylaş: |