145
kitabxana işinin avtomatlaşdırılması sahəsində apardığı elmi işlər uğurlu
nəticələr vermişdir.
Kitabxana eyni zamanda kollektivin elmi-tədqiqat işinin nəticələrini
işıqlandırmaq üçün dövri elmi nəşrlər buraxmağa nail olmuşdur. Bu elmi
əsərlərdə Azərbaycan kitabxana son nailiy-yətlərinin işıq üzü görməsi
respublika kitabxanaşünaslıq ictimaiyyətinin böyük rəğbətinə səbəb
olmuşdur. Kitabxananın elmi araşdırmalarının nəticələri son dövrdə nəşr
edilən elmi əsərlərin 4 nömrəsində öz əksini tapmışdır. Bu əsərlərdən
başqa kitabxana 2000-2004-cü illərdə “Orucov qardaşları mətbəəsi”,
“Qafqaz ərazilərinin və xalqlarının təsvirinə dair materiallar toplusu”,
“ABŞ Konqres Kitabxanası”, “Füzuli sehri”, “AMEA kitabxana
sisteminin fəaliyyətini tənzimləyən sənədlər toplusu” (1-2-ci buraxılış),
“Vebiblioqrafiya” kimi elmi, nəzəri və metodik əsərlər çap etdirmişdir.
Hazırda kitabxana statusuna müvafiq elmi-tədqiqat və nəşriyyat
fəaliyyətini genişləndirmək üçün böyük perspektiv əhəmiyyət kəsb edən
proqram hazırlamışdır. Bu proqramda respublikamızda kitabxana-
şünaslıq, biblioqrafiyaşünaslıq və informasiya sahəsində əsaslı elmi-
tədqiqat işlərinin aparılması və yüksək ixtisaslı kadr hazırlamaq üçün
kitabxananın yanında aspirantura şöbəsinin açılması nəzərdə tutulmuşdur.
AMEA Mərkəzi Elmi Kitabxanası öz statusuna görə həm
akademiyanın kitabxana sisteminin metodik mərkəzidir. Kitabxananın
metodik funksiyasının təşkilində onun bütün yaradıcı kollektivi və aparıcı
şöbənin təcrübəli əməkdaşları iştirak edirlər. Kitabxana bir qayda olaraq
elmi-tədqiqat institutları kitabxanalarının kom-plektləşdirilməsində, yeni
kitablar alınmasında, oxuculara xidmət işinin yeni forma və metodlarının
formalaşdırılmasında, şəbəkə kitabxanalarının fəaliyyətini tənzimləyən
təlimatların,
əsasnamələrin, müxtəlif normativ sənədlərin
hazırlanmasında yaxından iştirak edir. Kitabxana həmçinin kitabxanaçı
kadrların peşə səviyyəsini yüksəltmək və qabaqcıl iş təcrübəsini yaymaq
üçün kurslar, seminarlar, praktikumlar, təcrübi konfranslar keçirir.
Mərkəzi Elmi Kitabxananın ayrı-ayrı aparıcı şöbələrində fəaliyyət
göstərən metodistlər vaxtaşırı olaraq şəbəkə kitabxanalarının işi ilə tanış
olur, mənfi və müsbət cəhətləri aşkara çıxarır, işin yaxşılaşdırılması üçün
146
tədbirlər görülməsində bilavasitə iştirak edirlər.
Son zamanlar MEK müasir dövrün ən mühüm problemi olan
kitabxana işinin kompüterləşdirilməsində, onların İnternetə şəbəkəsinə
qoşulmasında, müasir informasiya texnologiyası ilə təmin edilməsində,
kitabxanaçı-informator kadrların hazırlanmasında yaxından iştirak edir.
Müstəqillik illərində MEK-in metodik təminat sistemi daha da
təkmilləşdirilmiş, yeni iş forma və metodlarının aşkara çıxarılıb
ümumiləşdirilməsi, oxuculara kitabxana-informasiya xidmətinin daha da
təkmilləşdirilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir.
Müstəqillik şəraitində dövlətimiz, xalqımız, alimlərimiz, ziyalılarımız
və bütün qəbildən olan mütəxəssislərimiz qarşısında duran ən mühüm
vəzifə müasir Azərbaycan cəmiyyətinin informasiyalaşdırılmasıdır. Məhz
buna görədir ki, AMEA və onun nəzərində fəaliyyət göstərən MEK
dövlət əhəmiyyətli məsələlərin həllini ön plana çəkmiş və mühüm
tədbirlər həyata keçirməyə başlamışdır. Bu tədbirlər içərisində MEK-in
informasiya fəaliyyəti kitabxana işi təcrübəsində yeni mərhələnin
başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu mühüm işdə 2003-cü ildə
MEK-də yaradılmış “Kitabxana proseslərinin avtomatlaşdırılması”
şöbəsinin mühüm əhəmiyyəti olmuşdur. Kitabxana işinin bütün fəaliyyət
sahələrinin bütövlükdə avtomatlaşdırılmasını və computerləşdi-rilməsini
qarşısına məqsəd qoyan bu şöbə qısa zaman kəsiyində ölkəmizdə və
xarici ölkələrdə kitabxana işinin kompüterləşməsində baş verən prosesləri
öyrənməklə, dünya təcrübəsindən istifadə əsasında öz işini yerli şəraitə
uyğun qurmağa müvəffəq olmuşdur. Kitabxana rəhbərliyinin ciddi səyi
nəticəsində bu şöbə qısa müddətdə kitabxana-informasiya texnologiyası
ilə, kompüterlərlə, digər texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş,
kompüter texnologiyası, elektron kitabxana-informasiya proqramları ilə
işləməyi bacaran mütəxəssislərlə komplektləşdirilmişdir.
Şöbə 2002-ci ildə kitabxana-informasiya proseslərinin avto-
matlaşdırılmasının əsas istiqamətlərinin təxmini planını hazırlamışdır. Bu
planda kitabxana-informasiya işi sahəsində görüləcək işlər ardıcıl olaraq
147
öz əksini tapmış, avtomatlaşdırılmış kitabxana-informasiya sistemi
proqramlarının mərhələlər üzrə həyata keçirilməsi müəyyənləşdirilmişdir.
Şöbə ilk gündən öz işini düşünülmüş və təcrübədə sınanmış elmi əsaslar
üzərində qurduğundan tezliklə ilk müvəffəqiyyətlər qazanmağa nail
olmuşdur. Bu plan əsasında kitabxana fondunun komplektləşdirilməsinə,
Azərbaycan dilində ədəbiyyatın elektron kataloqunun yaradılmasına,
oxucuların qeydiyyatına, biblioqrafik informasiya xidmətinə, beynəlxalq
kitab mübadiləsinə, elektron kitabxananın yaradılmasına başlanmışdır.
2002-ci ildə MEK-in Web saytı yaradılmış, burada kitabxananın
tarixi, strukturu, fondları, zalları, şəbəkə kitabxanaları və MEK-ə daxil
edilən yeni ədəbiyyat haqqında məlumat yerləşdirilmiş, həmçinin yeni
xidmət növü kimi saytın “Elektron xidmət” rubrikası təqdim edilmişdir.
MEK-də az bir müddətdə oxucuları maraqlandıran mövzulara
(«Heydər Əliyev şəxsiyyəti Rusiya mətbuatında”, “İlham Əliyev”, “Bakı-
Tbilisi-Ceyhan”, “Terrorizm”, “Rusiyanın müasir ədəbi jurnallarının
elektron kitabxanası”, “Gender problemi” və s.) dair elektron məlumat
bazalarının yaradılması alimlərin və mütəxəssislərin böyük marağına
səbəb olmuşdur.
MEK Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumuna daxil
olmuş, EBSCO elektron məlumat bazasından, 40 min xarici tammətnli
elmi jurnaldan internet vasitəsib istifadə etməyə başlamışdır. MEA
həmçinin kitabxana işinin kompüterləşdirilməsi sahəsində son vaxtlar
daha da irəliyə getmiş, kitabxana işini kompleks şəkildə
kompüterləşdirmək üçün 2005-ci ildən Rusiyanın “İRBİS-64”
(avtomatlaşdırılmış kitabxana informasiya sistemi) proqramını tətbiq
etməyə başlamışdır.
Müstəqillik illərində kitabxana AMEA-nın əsas informasiya
ehtiyatları bazası kimi oxuculara xidmət işini ön plana çəkmiş və demək
olar ki, bu sahədə çox əhəmiyyətli uğurlar əldə etməyə müvəffəq
olmuşdur. Doğrudur, 90-cı illərin əvvəllərində AMEA maliyyə çətinliyi
ilə üzləşdiyindən elmi işçilərin bir hissəsini itirmiş, elmi-tədqiqat işlərinin
aparılmasında böyük çətinliklərlə üzləşmişdi. Bu vəziyyət kitabxana işinə
də öz mənfi təsirini göstərmişdi. Kitabxana yeni ədəbiyyatla, dövri
mətbuatla lazımi səviyyədə komplektləşdirilmədiyindən və AMEA-ya
olan qeyri-normal münasibətdən oxucularının bir hissəsini itirmişdi.
Lakin bu vəziyyət uzun sürmədi. 1994-cü ildən başlayaraq
respublikamızın ümumi inkişafı fonunda kitabxana işində də canlanma
baş verdi. Oxuculara xidmət işi qaydaya düşdü və oxucuların sayı ilbəil
artmğa başladı.
Dostları ilə paylaş: |