148
Fikrimizi təsdiq etmək üçün MEK-in müstəqillik
illərində oxuculara
xidmət sahəsindəki fəaliyyətini ümumiləşdirilmiş şəkildə əks etdirən
cədvələ diqqət yetirək:
MEK-də va onun filiallarında
oxuculara xidmət (1990-2004-cü illər)
İllər
1990 1995 2000
2004
1 Oxucuların
miqdarı
39931 39475
42375
O
cümlədən:
a)MEK
26915 27942
30570
b)filiallar 13016 6485
11805
2 Kitab
verilişi 3147694 3249135
2370806
O
cümlədən:
a)MEK
1832894 2118235
1247333
b)filiallar
1314800 1130900
1132563
Cədvəldən göründüyü kimi, kitabxana müstəqillik dövrünün, xüsusilə
onun ilk illərinin çətinliyinə baxmayaraq öz işini müvəffəqiyyətlə davam
etdirmiş, oxuculara xidmət işinin zəifləməsinə, oxucuların sayının və
kitab verilişinin azalmasına imkan verməmişdir.
Son illərdə kitabxananın maliyyə durumunun yaxşılaşması, maddi-
texniki bazasının
möhkəmlənməsi, kitabxana-informasiya texnologiyası
və texniki avadanlıqla təmin edilməsi, kitabxanada aparılan uğurlu
islahatlar bilavasitə oxuculara kitabxana-informasiya xidmətinin
keyfiyyətcə yaxşılaşdırılmasına səbəb olmuşdur. Kitabxana sözün əsl
mənasında respublikamızda elmin informasiya bazası, ölkəmizin ən
önəmli kitabxana-informasiya mərkəzi kimi formalaşmışdır.
Kitabxananın elmi müəssisə statusu alması onun gələcək inkişafı
149
qarşısında olduqca böyük perspektivlər açmış, MEK kitabxanaşünaslığın,
biblioqrafiyaşünaslığın, kitabşünaslığın və informasiyanın elmi-tədqiqat
və metodik mərkəzinə çevrilmişdir.
2.10. Respublika Elmi Texniki Kitabxanası
müstəqillik illərində
Ölkəmizdə respublika əhəmiyyətli kitabxana statusuna malik olan
kitabxanalar içərisində Respublika Elmi Texniki Kitabxanasının
özünəməxsus yeri və tarixi rolu olmuşdur. Bütün Azərbaycan xalqı kimi
RETK-nın əməkdaşları da ölkəmizin müstəqilliyini böyük sevinc və
iftixar hissi ilə qarşılamışdır. Müstəqilliyin ilk illərində meydana çıxan
hər cür çətinliyə baxmayaraq kitabxana öz fəaliyyətini bilavasitə
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli mədəniy-
yətimizin,
elmimizin, ideologiyamızın, texnikamızın inkişafına,
oxuculurın informasiya təminatının ödənilməsinə yönəltdi. Kitabxana işi
müstəqilliyin tələb etdiyi yeni şəraitə, milli ideologiyaya, yeni
demokratik prinsiplərə uyğun qurulmağa başladı.
90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatında baş verən böhran
sosial, mədəni sahəyə, xüsusilə kitabxana
işinə olduqca mənfi təsir
göstərdi. Kitabxananın maliyyələşdirilməsi üçün ayrılan vəsait ciddi
surətdə ixtisar edildi. Məhz buna görədir ki, 80-ci illərlə müqayisədə 90-
cı illərin əvvəllərində RETK-ya daxil olan yeni elmi-texniki ədəbiyyatın
və müxtəlif informasiya daşıyıcılarının miqdarı 15-20 dəfə azalmışdı.
Təkcə bunu göstərmək kifayətdir ki, son illər kitabxanaya rus və əcnəbi
dillərdə xaricdə nəşr olunan kitablar demək olar ki, alınmamışdır. Elmi-
texniki referativ jurnalların alınmaması respublikada
texniki elmlərin
öyrənilməsinə, elmi araşdırmalar aparılmasına olduqca mənfi təsir
göstərirdi. Kitabxana binasının darısqallığı, namünasibliyi, maddi-texniki
avadanlığın köhnəlməsi oxuculara xidmət işini müasir tələblər
səviyyəsində təşkil etməyə imkan vermirdi.
Bütün göstərilən çətinliklərə baxmayaraq respublikada yaranmış
sabitlik, iqtisadiyyat və mədəniyyət sahəsində baş verən tədrici inkişaf
150
RETK-mn fəaliyyətinə ciddi təsir etdi. Kitabxananın
işi dirçəlməyə və
tədricən inkişaf etməyə başladı. Hər şeydən əvvəl Azərbaycan
Respublikasının Nazirlər Kabineti kitabxananın təşkilati cəhətdən
tabeçiliyində məqsədyönlü dəyişiklik etdi. 1993-cü ildə kitabxananı
Azərbaycan Respublikası İqtisad Nazirliyinin tabe-çiliyindən alıb
Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin
tabeçiliyinə verdi. Kitabxana 2002-ci ilə, - Azərbaycan Dövlət Elm və
Texnika Komitəsi ləğv edilənə qədər onun nəzdində fəaliyyət göstərdi.
Kitabxananın Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin
tabeçiliyinə keçməsi onun inkişafında geniş imkanlar açmışdı. Bu komitə
RETK-nın profilinə uyğun olduğundan kitabxananın işini,
onun inkişaf
perspektivlərini və istiqamətlərini daha düzgün müəyyənləşdirmək
imkanına malik idi.
Bu dövrdə Elm və Texnika Komitəsinə görkəmli alim, akademik Azad
Mirzəcanzadə başçılıq edirdi. Dünya şöhrətli alim, Azərbaycan elminin
korifeylərindən biri olan Azad Mirzəcanzadə kitabın böyük dostu,
dövrün
ən çox kitab oxumuş adamlarından biri, kitab xəzinəsinin mahir bilicisi,
elmin, mədəniyyətin inkişafında və yayılmasında kitabxanaların və
kitabxanaçıların rolunu yüksək qiymətləndirən bir şəxsiyyətdir. Azad
Mirzəcanzadə öz çıxışlarında Azərbaycan elmi-texniki fikrinin
inkişafında, elmi-texniki tərəqqidə mühüm rol oynayan nüfuzlu ziyalılar
kollektivinin yetişib formalaşmasında, xüsusilə neftçi kadrların
hazırlanmasında bu qocaman kitabxananın fəaliyyətinə yüksək qiymət
verirdi. RETK-nın qocaman oxucusu olan Azad Mirzəcanzadə
kitabxananın inkişafı üçün mühüm tədbirlər həyata keçirdi. Kitabxananın
maliyyə vəziyyəti yaxşılaşdırıldı, maddi-texniki bazası möhkəmləndirildi,
binası təmir edildi. Yeni texniki vasitələrlə və avadanlıqlarla təchiz edildi,
kitabxananın komplektləşdirilməsi, xarici dildə olan kitabların,
patentlərin, jurnalların alınması üçün vəsait ayrıldı.
Kitabxana həmçinin
kitabxana işinin kompüterləşdirilməsi üçün ciddi tədbirlər görməyə səy
göstərirdi. Az bir müddət içərisində kitabxanaya kompüterlər və digər
texnoloji avadanlıqlar alındı. Kitabxananın işində yeni şəraitlə əlaqədar
ciddi islahatlar aparılmağa başlandı, strukturunda dəyişikliklər edildi,
yeni şöbələr yaradıldı və espublika patent fondunun fəaliyyətini yenidən
qurmaq üçün tədbirlər görüldü.