Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   34   35   36   37   38   39   40   41   ...   92

 
118
bu problemə dair ilk dəfə  qəbul edilmiş bu proqram respublikamızın 
təhsil sisteminin yeni elmi-texniki əsaslar üzərində qurulmasını  təmin 
etməklə, təhsilimizin keyfiyyətinin yüksəldilməsinə, dünya standartları 
səviyyəsinə çatdırılmasına səbəb olmaqla ölkəmizdə gənc nəslin yüksək 
intellektual inkişafını təmin edir. Məhz buna görədir ki, respublikamızda 
müstəqillik illərində prezident H.Əliyevin bilavasitə qayğısı  və göstərişi 
ilə məktəb kitabxanalarının miqdarı artmış, onların maddi-texniki bazası 
möhkəmlənmiş, fəaliyyət dairəsi xeyli genişlənmişdir. Hazırda 
respublikamızda Təhsil Nazirliyi sisteminə daxil olan 5 minə yaxın 
ümumtəhsil, internat və peşə  məktəblərinin kitabxanalarında 5 milyon 
nüsxədən artıq ədəbiyyat toplanmışdır. Son zamanlar bu kitabxanalar öz 
ənənəvi xidmət işləri ilə yanaşı, dərslik fon-dunun yaranmasında, 
saxlanmasında, tənzim edilməsində  və yenidən  şagirdlərə verilməsində 
məktəbin pedaqoji kollektivinə böyük köməklik edirlər. 
Ölkəmizdə keçirilən təhsil islahatları, təhsil prosesinin daha da 
təkmilləşməsi və intensivləşməsi məktəb kitabxanalarının qarşısında 
şagirdlərin sinifdənkənar işlərinin təşkilatçısı kimi olduqca mühüm 
vəzifələr qoymuşdur. Məhz bu vəzifələrin həlli məktəb kitabxanalarının 
fəaliyyətinin daha da təkmilləşməsini, informasiya cəmiyyətinin 
tələblərinə cavab verməsini zəruri edir. 
Məktəblərin qarşısında duran vəzifələrin həyata keçirilməsində 
məktəb kitabxanalarının işlərinin yenidən qurulmasına böyük ehtiyac 
duyulmaqdadır. Təhsil və  tərbiyə prosesində bilavasitə  iştirak edən 
məktəb kitabxanaları  təhsilin informasiya təminatındakı  işini gündən-
günə  təkmilləşdirməli, yeni iş forma və üsullarından, kommunikasiya 
texnologiyasından bacarıqla istifadə etməlidirlər. Bütün bunlar isə 
məktəb kitabxanalarına elmi-metodik rəhbərliyin daha da 
təkmilləşməsini, qabaqcıl məktəb kitabxanalarının iş  təcrübəsinin 
ümumiləşdirilməsini və yayılmasını, məktəb kitabxanaları  işçilərinin 
ixtisasının artırılmasını  tələb edir. Bu mühüm iş Respublika Elmi 
Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir. 
 
  
 
 
 
 
 
 
 


 
119
2.6. Respublika Elmi Pedaqoji Kitabxanası 
müstəqillik illərində 
 
Respublika  əhəmiyyətli bu kitabxana ölkəmizdə  təhsilə dair 
ədəbiyyatı toplayıb saxlamaqla, geniş oxucu kütləsinə kitabxana-
informasiya xidməti göstərməklə yanaşı, təhsil kitabxanalarının elmi-
metodik mərkəzi kimi də böyük fəaliyyət göstərir. 
Kitabxananın kollektivi müstəqillik illərində  hər cür çətinliyə 
baxmayaraq maddi-texniki bazanın möhkəmləndirilməsində, yeni 
kitabxana avadanlığı, kitabxana informasiya-texnologiyası ilə  təminat 
sahəsində, kitab fondunun ardıcıl olaraq komplektləşdirilməsində, kadr 
potensialının möhkəm-ləndirilməsində önəmli işlər görməyə müvəffəq 
olmuşdur.  Əgər kitabxananm fondunda 1993-cü ildə 486.532 nüsxə 
ədəbiyyat var idisə, onların miqdarı 2002-ci ildə 512.090 nüsxəyə 
çatmışdır. Həmçinin müstəqillik  əldə etdikdən sonra ideoloji cəhətdən 
köhnəlmiş, yeni dövrün tələblərinə cavab verməyən  ədəbiyyatın, o 
cümlədən marksizm-leninizm ədəbiyyatının kütləvi surətdə kitabxanadan 
çıxarılmasını nəzərə alsaq, onda kitabxananın fondunun yeni ədəbiyyatla 
təmin edilməsinin intensivliyi aşkara çıxır. Müstəqilliyin on illik 
müddətində, yəni 1993-2002-ci illərdə kitabxanaya 300 min nüsxədən 
artıq kitab daxil olmuşdur ki, bu da mühüm göstəricidir. 
Kitabxana müstəqillik illərində oxuculara xidmət işini ön plana 
çəkmiş, pedaqoji ədəbiyyatın təbliği ilə yanaşı, müstəqilliyimizə, milli 
ideologiyamıza, Azərbaycan tarixinə, soy-kökümüzə, xalqımızın mədə-
niyyətinə, vətənpərvərlik tərbiyəsinə dair ədəbiyyat təbliğini ön plana 
çəkmişdir. Məhz buna görədir ki, kitabxananın oxucularının sayı daim 
artmış, kitab verilişi çoxalmışdır. Rəqəmlərə müraciət edək. 1993-2002-ci 
illərdə ki-tabxana 135 mindən çox oxucuya xidmət etmiş, onlara 2 milyon 
nüsxədən artıq kitab vermişdir ki, bu da çox böyük mədəni nailiyyətdir. 
REPK respublika əhəmiyyətli təhsil kitabxanası statusuna malik 
olduğu, təhsil problemlərinə dair aparılan elmi-tədqiqat işlərinə xidmət 
etdiyi üçün böyük audiovizual və dövri mətbuat fonduna malikdir və 
dövrün tələblərinə cavab vermək üçün bu 
 
  
 
 
 


 
120
fondu daim təkmilləşdirir. Bu məqsədlə fondda avtoreferatlar, 
dissertasiyalar, pedaqogika və psixologiya sahələrinə aid elmi-tədqiqat 
hesabatları, mikrolentlər, mikrofişlər saxlanılır. Kitabxananın dövri 
mətbuat fondu da xüsusi maraq doğurur. Kitabxanada respublikamızda 
uzun illərdən bəri nəşr edilən, Azərbaycan pedaqoji fikir tarixində böyük 
xidmətləri olan “Azər-baycan məktəbi” jurnalının arxivinin toplanıb 
saxlanılması diqqətəlayiqdir. 
Kitabxana oxuculara kitabxana-informasiya xidmətini günün tələbləri 
səviyyəsində  təşkil etmək məqsədi ilə  ənənəvi forma və üsullardan 
bacarıqla istifadə etməklə, öz işində ardıcıl olaraq islahatlar aparır, yeni 
metodlardan istifadə edir, xidmət prosesini təkmilləşdirir və yeniləşdirir. 
Kitabxananın son illərdəki nəşriyyat fəaliyyəti də xidmət prosesinin 
yeniləşdirilməsinə yönəldilmişdir. Kitabxanada aparılan məlumat-
biblioqrafiya və informasiya işinin təşkili, biblioqrafik göstəricilərin və 
tövsiyə siyahılarının tərtib edilməsi və  nəşri oxucular üçün çox böyük 
məlumat mənbəyinə çevrilmişdir. Bu baxımdan kitabxananın müxtəlif 
mövzulara aid tərtib və çap etdiyi 200-dən artıq biblioqrafik göstərici 
diqqəti cəlb edir. Elm və  təhsilin müxtəlif sahələrinə, ayrı-ayrı elm və 
maarif xadimlərinə  həsr edilmiş belə biblioqrafik vəsaitlər oxucuların 
elmi araşdırmalarına kömək etməklə, informasiya daşıyıcısı kimi də 
oxucuların sorğularının ödənilməsində iştirak edir. 
Kitabxananın tərtib etdiyi biblioqrafik vəsaitlərin, göstəricilərin və 
metodik vəsaitlərin mövzusu müasir dövrün problemləri ilə 
səsləşdiyindən oxucuların böyük marağına səbəb olmuşdur. Bunlara 
misal olaraq “Dərsdənkənar (sinifdənxaric və  məktəbdənkənar) tərbiyə 
işlərinin təşkili”, “Qəzet və jurnalların cari biblioqrafik göstəricisi”, 
“Yeni jurnalların retrospektiv biblioqrafik göstəricisi”, “Xalq maarifi, 
pedaqogika və pedaqoji elmlərə dair göstəricilər, vəsaitlər”, “Namizədlik 
və doktorluq dissertasiyalarının biblioqrafik göstəricisi”, “Mehdi 
Mehdizadə”, “Əhməd Seyidov” və s. göstəriciləri göstərmək olar. 
Kitabxananın fəaliyyətində məktəb kitabxanalarının metodik təminatı 
mühüm yer tutur. Öz statusuna görə respublika məktəb kitabxanalarının 
metodik mərkəzi hesab edilən REPK 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə