Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə46/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   42   43   44   45   46   47   48   49   ...   92

 
142
Kitabxana müstəqillik illərində beynəlxalq  əlaqələrin yenidən 
qurulması sahəsində böyük tədbirlər həyata keçirməyə başladı. SSRİ 
dövründən fərqli olaraq beynəlxalq  əlaqələrin yaradılması sahəsində 
yaranmış əlverişli şərait kitabxanaya qısa müddət içərisində dünyanın 63 
dövləti ilə  əlaqə yaratmağa imkan verdi. Hazırda AMEA Mərkəzi Elmi 
Kitabxanası dünyanın 63 dövlətinin 610 kitabxanası, təşkilatları, 
cəmiyyətləri, elmi mərkəzləri, nəşriyyatları ilə  əlaqə saxlayır. Bu 
əlaqələrin intensivliyi nəticəsində  təkcə 1994-2004-cü illərdə kitabxana 
kitab mübadiləsi yolu ilə 35859 nüsxə elmi ədəbiyyat almağa müvəffəq 
olmuşdur ki, bu da olduqca böyük nailiyyətdir. Kitabxananın xarici 
dillərdə  ədəbiyyatla zənginləşməsində kitabxananın Azərbaycanda 
fəaliyyət göstərən xarici ölkə  səfirlikləri ilə  əlaqələr yaratmasının və 
əməkdaşlığının böyük rolu olmuşdur. Bu əməkdaşlıq sayəsində Fransa 
səfirliyinin köməyi ilə 2002-ci ildə kitabxanada Azərbaycan və Fransa 
arasında dövlətlərarası dostluq əlaqələrinin möhkəmlənməsində və elmi-
mədəni  əlaqələrin təşkilində mühüm rol oynayan “Azərbaycan-Fransa 
elmi-mədəni  əlaqələr zalı” açılmış, bu zal üçün Fransadan 1000 avro 
dəyərində qiymətli  ədəbiyyat gətirilmişdir. Həmçinin Səudiyyə 
Ərəbistanı Krallığının Azərbaycandakı  səfirliyi tərəfindən kitabxanaya 
ərəb dilində 600 nüsxə kitab, Almaniya səfirliyi vasitəsilə “A1man 
tədqiqat cəmiyyəti” tərəfindən Leopold Qmelinin 734 cildlik “Kimya 
məlumat kitabı” hədiyyə verilmişdir. Son illərdə kitabxananın 
fəaliyyətində müxtəlif müsabiqələrdə  iştirak etmək, qrantlar almaq da 
xüsusi əhəmiyyət kəsb etmişdir. Kitabxana qrantlar vasitəsilə əldə etdiyi 
vəsait hesabına kitab fondunun təkmilləşməsinə, kitabxananın yeni 
avadanlıqla təchiz edilməsinə, kitabxana binasının təmir edilməsinə nail 
olmuşdur. Bu işdə Açıq Cəmiyyət İnstitutunun Soros fondu kitabxanaya 
yaxından kömək etmiş, 2000-ci ildə kitabxanada müasir avadanlıqla, 
kompüterlərlə təchiz edilmiş internet zalı açılmışdır. 
Mərkəzi Elmi Kitabxana Azərbaycan elminin baş qərargahı olan Milli 
Elmlər Akademiyasının informasiya bazası kimi ölkəmizdə dövlətçilik, 
azərbaycançılıq ideyalarının, milli ideologiyanın təbliğində mühüm işlər 
görür. Kitabxana 2003-cü ildə ümummilli liderimiz, müstəqil Azərbaycan  


 
143
dövlətçiliyinin memarı Heydər  Əliyevin elmi-nəzəri irsini təbliğ etmək 
üçün “Azərbaycan dövlətçiliyi və Heydər  Əliyev kitabxanası” təşkil 
etmişdir. Heydər Əliyevin əsərlərini onun haqqında əsərləri, dövlətçiliyə, 
azərbaycançılığa, milli ideologiyaya aid əsərləri özündə  əks etdirən bu 
kitabxana oxucularəın böyük marağına səbəb olmuş, geniş oxucu 
auditoriyası ilə  əhatə edilmişdir. Müasir Azərbaycan cəmiyyətinin elmi-
nəzəri  əsaslarının geniş elmi müddəalarla  şərh edildiyi, onun gələcək 
inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi bu dərin məzmunlu  əsərlər 
sosial-iqtisadi sahənin bütün tədqiqatçıları üçün qiymətli mənbə kimi 
böyük böyük əhəmiyyət kəsb edir. Burada Heydər  Əliyev kitabxanası 
üçün ayrıca bina ayırmış, dövlətçiliyə, azərbaycançılığa, 
azərbaycanşünaslığa, milli ideologiyaya dair çox qiymətli və  zəngin 
ədəbiyyat fondu yaradılmışdır. Hazırda kitabxananın fondunda 1000 
nüsxədən artıq  ədəbiyyat toplanmış, onun elektron kataloqu yaradılıb 
oxucuların istifadəsinə verilmişdir. 
Kitabxananın  əməkdaşları oxucuların daimi sorğusunu nəzərə alaraq 
Azərbaycan dövlətçiliyinə dair mövzu biblioqrafik göstəriciləri tərtib 
edir, geniş kütləvi işlər aparırlar. Burada görkəmli alimlərin, 
mütəxəssislərin bilavasitə  iştirakı  və köməyi ilə keçirilən elmi-kütləvi 
tədbirlər respublika elmi ictimaiyyətinin diqqətini cəlb edir. Kitabxanada 
hər il müxtəlif mövzularda orta hesabla 130-150 sərgi təşkil edilir və 
oxucuların marağına səbəb olur. Təkcə 2003-2005-ci illərdə kitabxananın 
sərgi zalında “Azərbaycan Xalq Cümhuriyyəti-85”, “Azərbaycanın alim 
qadınları”, “Qafqaz müharibələri”, “Azərbaycanın neft strategiyası”, 
“Xəzər dənizinin problemləri”, “Avtomatlaşdırma texnologiyaları  və 
kitabxanalar”, “Azərbaycan alimlərinin respublikanın iqtisadi inkişafında 
rolu”, “Heydər  Əliyev-80”, “M.Ə.Sabir-140”, “Nəsirəddin Tusi-800” və 
s. adlı sərgilər təş-kil edilmişdir. 
Son zamanlar sərgilərin təşkilində müasirlik, sistemlilik, elmilik, 
əyanilik və kütləvilik daha çox hiss edildiyindən onun praktik əhəmiyyəti 
artmış, seyriçilərin və istifadəçilərin sayı çoxalmışdır. 
Müstəqillik illərində kitabxana öz işini informasiya cəmiyyətinin 
qarşıya qoyduğu vəzifələrə uyğun olaraq həyata keçirmək, 
 
 
 
 
 


 
144
oxuculara kitabxana-informasiya xidmətini beynəlxalq standartlar 
səviyyəsində  təşkil etmək üçün mühüm struktur və  təşkilati islahatlar 
aparılmışdır. Bu islahatların həyata keçirilməsinə, kitabxananın maddi-
texniki bazasının yaradılmasına, kadr potensialının daha da 
möhkəmlənməsinə  və  təkmilləşməsinə AMEA rəhbərliyinin kitabxana 
işinə daimi qayğısının və 1998-ci ildə kitabxana işinin yaxşılaşdırılması 
haqqında qəbul etdiyi qərarın böyük rolu olmuşdur. İslahatlar nəticəsində 
demək olar ki, kitabxananın ayrı-ayrı  şöbələrinin işi yenidən qurulmuş, 
onların nizamnamələri təsdiq edilmişdir. Eyni zamanda şöbələr arasında 
əlaqələrin genişlənməsinə, yeni şöbələrin yaradılmasına, kitabxananın 
kadr tərkibinin yaxşılaşdırılmasına, yüksək ixtisaslı, elmi dərəcələri olan 
kadrlarla təmin edilməsinə, kadr korpusunun cavanlaşdırılmasına xüsusi 
diqqət yetirilmişdir. Kitabxana rəhbərliyinin seçki yolu ilə yerləşdirilməsi 
işin demokratikləşməsinə müsbət təsir göstərmişdir. Kitabxana 
ictimaiyyətinin mütləq səs çoxluğu ilə seçilmiş, respublikanın istedadlı 
kitabxana işi təşkilatçılarından biri kimi tanınmış filologiya elmləri 
namizədi Aybəniz  Əliyeva-Kəngərli qısa zaman kəsiyində kitabxana 
işində böyük dönüş yaratmağa müvəffəq olmuş, kitabxana kollektivinin 
və respublika kitabxana ictimaiyyətinin böyük hörmətini qazanmışdır. 
2003-cü ildə ulu öndər Heydər  Əliyevin fərmanı ilə  Mərkəzi Elmi 
Kitabxanaya elmi müəssisə statusunun verilməsi burada həyata keçirilən 
islahatlara daha böyük təkan verməklə onun kitabxanaşünaslıq, 
biblioqrafiyaşünaslıq və informasiya sahəsində apardığı elmi-
tədqiqatların daha intensiv xarakter almasına, aktual elmi problemlərin 
həllində yaxından iştirak etməsinə və elmi dərəcələri olan yüksək ixtisaslı 
mütəxəssisləri kitab-xana işinə cəlb etməsinə imkan yaratmışdır. 
Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və informasiya 
sahəsində elmi-tədqiqat işlərinin mərkəzlərindən biri və metodik mərkəz 
kimi fəaliyyət dairəsini  əsaslı surətdə yaxşılaşdırmağa müvəffəq 
olmuşdur. 
Son dövrlərdə kitabxananın oxuculara xidmət işinin təşkili, onun 
səmərəliliyi, nadir nəşrlərin mühafizəsi və konservasiyası, 
 
  
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə