Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə38/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

112 
 
isə  Annemari  von  Qaben  «Qədim  türk  dilinin  qrammatikası» 
(A.von Gabain. Alttürkische Grammatik. 1941, 285-290) əsərində 
təhlil etmişdir. 
Monqol şeirindəki qafiyə və başlanğıc heca üçün aşağıdakı 
tədqiqat  işindən  yararlana  bilərsiniz:  F.W.Cleaves.  The  Sino-
Mongolian Inscription of 1362. Harvard Journal of Asiatic Stu-
dies, XII, 1949, s.67-68 və s.128, 236-dakı qeydlər. 
«Dədə Qorqud hekayələri»nin mənsur hissəsində də müəy-
yən bir ahəng vardır
1
. Hadisələrdə iştirak edən şəxslər arasındakı 
əlaqələr zamanı müşahidə edilən parallellik və bənzərliklər das-
tanın boylarına müəyyən məna gücü verir
2
.
 
 
«Dədə Qorqud kitabı»nda üslub və söyləyicilik sənəti 
 
«Dədə Qorqud kitabı»ndakı on iki boy bir-birindən o qədər 
də  fərqli  deyil.  Tamamilə  mifoloji  mətnlərdən  qaynaqlanan  V 
boy («Dəli Domrulun Əzrail ilə mücadiləsi») ilə VIII boy («Ba-
satın Təpəgöz adlanan div ilə mücadiləsi») və eyni zamanda mə-
həbbət  dastanlarına  xas  olan  xüsusiyyətləri  özündə  əxz  etdirən 
III  (Beyrək  bəy)  və  VI  (Qanturalı  bəy)  boydan  başqa  səkkiz 
                                                                                                     
qnostik  (içə  qapalı)  bir  dindir.  III  əsrdə  Babildə  ortaya  çıxan  bu  din  bütün 
dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaqla, 
məzdəkilik, buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürlərini özün-
də əxz etdiyindən, eyni zamanda sinkretik xüsusiyyət daşımaqdadır. Mani öz 
dinini yaymaq üçün biri fars digər altısı süryani dilində yeddi kitab və yetmiş 
risalə yazmışdır. Manilik ən parlaq dövrünü VIII əsrdə Uyğur dövlətinin milli 
dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim türk dilində «Men-
gü»  və  cağatay  türkcəsində «Tanrı»  deməkdir.  Manixeist  uyğurlar  ölümdən 
sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini («re-enkarnasiya» və 
ya «yenidən təcəssüm») qəbul edirdilər – Q.Şəhriyar. 
1
  P.N.Boratav.  Folklor  ve  Edebiyat.  İstanbul,  1939,  s.86-92;  Cevat 
Emre. Türk Dilbilgisi. İstanbul, 1945, s.568-570. 
2
  P.N.Boratavın  «Halk  Hikâyeleri  ve  Halk  Hikâyeciliği»  adlı  kitabının 
118-ci səhifəsində diqqəti bir türkmən aşığının söylədiyi «Salman bəy heka-
yəsi» ilə «Kəl oğlan» nağılındakı oxşar ritmik xüsusiyyətə cəlb edir. 


113 
 
hekayə tamamilə dastansayağı qəhrəmanlıqlarla zəngindir: atanı 
azad edən oğul (I, VII, XI), oğlu azad edən ata (II, IV), kafirlərin 
əlindən qardaşını azad edən qardaş (X), döyüşdə atasının yerinə 
keçən  gənc  qəhrəman  İmran  (IX),  sultanına  sədaqətini  ölümlə 
ödəyən  Beyrək  və  intiqamının  alınması  haqqında  son  hekayə 
(XII).  Bəzi  hissələr  isə  təkrarlanır:  V,  VII  və  IX  boylardakı 
Allaha  yalvarma,  II  və  IV  boylarda  oğlundan  xəbər  gözləyən 
ana, döyüşlərdə iştirak edən qəhrəmanlara verilən vəsf, ləqəb və 
s. Lakin bütün bu təkrarlar söyləyicinin təqdimatında bir bütün-
lük meydana gətirir və bu da «Dədə Qorqud kitabı»nın vəsfidir. 
İndi  burada  açıqlamağa  ehtiyacı  olan  məqam  bu  bütünlüyün, 
tamlığın  söyləyicinin  və  ya  toplayıcının  təsviridir,  yoxsa  ozan-
ların söyləyicilik ənənəsinin davamıdır?. 
Hekayələr  çox  zaman  oğuzların  bəylərindən  olan  Bayındır 
xan (I, III, VII, IX boylar) və ya Qazan bəyin (I, IV, X, XII boy-
lar)  təşkil  etdikləri  toplantı  və  ziyafətlərdə  başlayır,  sonra  hadi-
sələrin  keçmişinə  toxunur.  Bəzi  hallarda  Dədə  Qorqudun  gəlib 
gənc qəhrəmanlara ad verməsi  istənilir, çətin  zamanlarda sıxıntı-
lardan azad olmaları haqda xəbərdarlıq etməsi də arzu edilir (III 
və VIII boylar). Vəziyyətə nəzarəti və müharibə etmək lazım gə-
lərsə,  buna  oraya  yetişən  Oğuz  bəyləri  qərar  verirlər.  Onların 
meydan müharibəsinin baş verəcəyi yerə gəlməsi, ən tanınmış alp 
ərənlərin adlarının sadalanması və məşhur hadisələrin yada salın-
ması ilə davam edir (II və IV boylar. Eyni zamanda bəylərin VII, 
XI, XII boylarda apardıqları yoxlamalar da diqqəti çəkir). Hekayə 
düşmənlərə  qarşı  bir  zəfər,  bir  qohumun  azad  edilməsi,  asilərin 
cəzalandırılması (XII boy), gəlinin qaçırılması (III və VI boylar), 
böyük  bir  dərddən  qurtulma  (V  boydakı  ölüm,  VIII  hekayədəki 
Təpəgöz)  və  s.  bu  kimi  hadisələrdən  sonra  Dədə  Qorqud  ortaya 
çıxır. Bütün on iki hekayə də eyni şəkildə sona yetir. Dədə Qor-
qud gəlib qopuz ilə bir oğuznamə çalıb söyləyir. Bu zaman bəzən 
qəhrəmanın adını çəkir, oğuzların qazi və alp ərənlərini məth edir, 
ölənlərə isə rəhmət diləyir, həyatın amansızlığı və dünya nemət-


114 
 
lərinin  keçici  olduğunu  söyləyir.  Dədə  Qorqud  (və  ya  hekayəçi) 
sonra xanına müraciət edir, sədaqətini ərz edir və onu məth edir, 
gücünü  artırması  üçün  Allaha  yalvarır,  qohumlarının  cənnətdə 
olmasını və öldüyü zaman dininə bağlı qalmasını niyaz edir. 
Hekayələr  dinləyicilər  üçün  yazılmışdır,  burada  oxucular 
nəzərə  alınmır.  Hər  bir  hekayənin  sonunda  görünən  Dədə  Qor-
qudun yalvarışları ozan tərəfindən toplantını təşkil edən ev və ya 
çadır sahibinə yönəlir. 
Hekayəyə başlamaq və bəzi yerlərdə dayanmaq məqsədi ilə 
qopuzun müşayəti altında mənsur mətnlər oxunur (soylama). 
«Dədə  Qorqud  kitabı»ndakı  söyləmə  üslubu  türk  nağıl  və 
dastanlarından  çox  ciddi  şəkildə  fərqlənir.  Bunu  başlanğıc  və 
son hissələri təhlil  edərkən görmüşdük. Hadisələri qısaltmaq  və 
marağı itirməmək üçün mətnə bir neçə yeni motivlər əlavə edilə-
rək müdaxilə edilir. Kunoş tərəfindən toplanan nağıllarda da bu 
müdaxilənin şahidi oluruq: «az gedər, uz gedər, dərə, təpə düm-
düz gedər» və ya nağıllarda «vaxt tez gəlir» və s. 
Türk  ənənəsində  mövcud  olmayan  iki  xüsusiyyət  «Dədə 
Qorqud  hekayələri»ndə  diqqəti  cəlb  edir:  «at  ayağı  külük  ozan 
dili  cevük»
1
,  «eyegülü  ulalar,  kabargalu  büyür»
2
,  «saylamagıla 
Oğuz  begleri  tükense  olmaz»
3
  ifadələri  bütün  Oğuz  bəylərinin 
adlarının çəkilməməsi üçündür. 
«Kimi»  və  ya  «sanasın»  sözləri  də  «Dədə  Qorqud  kita-
bı»nda  bir  bənzətmə  məqsədi  ilə  istifadə  edilmişdir  (Vatikan 
nüsxəsi, yarpak 94). 
Dastanda bəzi rəqəmlərə də sıx rast gəlirik. Bunlardan yed-
di,  qırx  (hər  bir  qəhrəmanın  qırx  adamı,  qadın  qəhrəmanın  da 
qırx kənizi vardır) sayları ənənəvi şərq inanclarında mövcuddur 
                                                
1
  Vatikan  nüsxəsi,  vərəq  61v-də  belədir.  Türkiyədəki  aşıqlar  «külük» 
sözünü  istifadə  etmələrinə  baxmayaraq,  mənasını  bilmirlər.  Mən  də  burada 
tərcüməsini verdim. Qırğızlarda «külük» «qaçış atı» deməkdir. 
2
 Drezden nüsxəsində belədir (Kilisli, s.143, Gökyay, s.99). 
3
 Vatikan nüsxəsi, vərəq 90-da belədir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə