Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə36/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

106 
 
«Kitabi-Dədə Qorqud»un dili, xüsusilə Drezden nüsxəsində 
Azərbaycan  türkcəsinə  daha  çox  yaxındır.  Mən,  mənüm,  mana 
kimi  sözləri (hərçənd  ben,  benüm,  bana şəklinə düşmüşdür) və 
«dikəc» feilinə baxmayaraq, Vatikan nüsxəsində ben, benim de-
yilir (yeganə istisna hal 60-da «menüm» imlasıdır) və «diyicək» 
feili  istifadə  olunur.  Hər  iki  nüsxədə  də  -y  ende  və  -y  üp-dür 
gerundifı ilə lüğət eynidır. «Binə bilməz» forması da bütövlükdə 
Azərbaycan  dilindədir.  Lakin  hər  iki  mətndə  də  gələcək  zaman 
şəkilçisi olan -iser yoxdur. 
Türkmən  ədəbi  dili  ilə  Qafqazda  danışılan  türkcə  bənzər-
likləri  mətndə  mövcuddur.  V.Prohl  tərəfindən  «Keleti  Szemle» 
dərgisinin X (1909) və XV-XV (1914-1916) saylarında araşdırı-
lan Balkar və Qaraçay dillərinə aid çalışmalara baxa bilərsiniz. 
Bununla  yanaşı,  «Dədə  Qorqud»un  mətni  öz  miqyasında 
yeganədir.  Dil  baxımından  orijinaldır.  Dil  və  mədəniyyət  sahə-
sində onunla müqayisə ediləcək bir mətn əldə edilməmişdir. 
«Kitabi-Dədə  Qorqud»un  dili  XIV-XV  əsrlərdə  Anadolu-
nun  şərqində  və  cənubunda  (Suriyanın  şimalına  qədərki  bölgə-
də)  yaşayan  oğuzların  dilidir.  Səlcuqi  və  arxaik  Osmanlı  döv-
rünə aid dil  ilə  bağlı çox  bənzər xarakteristik  əlamətlərə sahib-
dir.  Bu  dildən  indi  Azərbaycan  və  türkmən  dediyimiz  dil  mey-
dana  gəlmişdir.  Oğuz türkcəsi  və  ya  türkməncə  dediyimiz  dilin 
izləri  Səlcuqilər  zamanında  bu  yörələrin  sakinləri  olan  köçəri 
tayfaların, Ağqoyunlu və Qaraqoyunlu ilə ilk dövr Osmanlı döv-
lətinin dilində mövcuddur. «Kitabi-Dədə Qorqud»un dili ilə bağlı 
morfoloji  və  leksikoloji  tədqiqatları  Qaziantep  ilə  olan  bənzər-
liklər Ömer Asım Aksoy
1
, Maraşla bağlı olanlar J.Deninin qram-
matikasındakı  qeydlərdə,  Ərzurum  və  Qars  tərəflərdəki  bənzər-
liklər də Rasanen və Ə.Cəfəroğlu tərəfindən təhlil edilmişdir. 
«Dədə  Qorqud»un  mətnlərindən  olan  Vatikan  və  Drezden 
nüsxələrini müqayisə etdiyimiz zaman, görürük ki, mətn əsasən 
                                                
1
Eyni mövzu haqqında ətraflı məlumat üçün bax: Muhtar Göğüş. Kitab-ı 
Dede Korkut. Gazi-Antep Dili ve Göreneği, Gaziantep, 1938. 


107 
 
Şərqdə qələmə alınmış və sonradan yazıya alınarkən Qərb türk-
cəsinə  uyğunıaşdırılan  bir  mətnlə  hazırlanmışdır.  Drezden  nüs-
xəsi böyük ölçüdə Şah İsmayılın «Divan»ında istifadə edilən dil 
ilə  hazırlanmışdır.  V.Minorski  bu  əsəri  nəzərdən  keçirmişdir: 
BSAS,  X,  1942,  s.1006-1053.  «Dədə  Qorqud  hekayələri»  dil 
baxımından daha çox qərbə meyillidir, tarixi hadisələrlə coğrafi 
mühit də eyni şəkildə qərbi əks etdirir.  
 
«Dədə Qorqud kitabı»ndakı vəzn və ahəng 
 
«Dədə Qorqud hekayələri» şeir ilə qarışıq nəsir şəklindədir. 
Şeir müxtəlif heca və sərbəst vəzn ilə yazılmışdır. Ərəb və  fars 
ədəbiyyatından keçən ədəbi dilin şeirindən heç bir iz yoxdur. 
Şeir parçalarının vasitəsi ilə hekayəçi tərəfindən «Dədə Qor-
qud» mətninə məxsus bir feil ilə xəbər verir: «soy soylamaq» və 
yaxud  da  daha  sadə  bir  şəkli  ilə  «soylamaq»  (bunu  «söyləmək» 
feili ilə qarışdırmaq olmaz). «Soylamaq» şeirdə söyləmək demək-
dir.  Əlyazma  mətninin  yalnız  bir  yerində  (Vatikan  nüsxəsi  63b, 
Drezden nüsxəsi üçün bax: Kilisli, s.8; Gökyay, s.8) «soylama»

mötərizəyə  salınmış  və  şeir  mənasını  verməsi  üçün  işarə  qoyul-
muşdur
2
.
 
«Soylama»  feilinin  hələ  də  Anadolunun  şərq  bölgələ-
rində  istifadə edildiyini müəyyənləşdirən Əhməd Cəfəroğlu «şər-
qi» və «şeir» mənasını verdiyini qeyd etmişdir
3

Bu  misraların  vəzni  və  hecaları  hər  hansı  bir qaydaya tabe 
                                                
1
 Burada yalnız bir tək mübtədanın olduğu anlaşılır. Sonrakı keçid müstəqil 
bir  parçanın  başlanğıcıdır.  Toplayıcı  burada  şeirin  başladığına  işarə  edir.  Bəzi 
hallarda  şeirin  «soylamış»  feili  ilə  başlayan  qismində  dualar, suallara  cavablar, 
yeni suallar və s. yer alır. Dinləyən və ya oxuyanın diqqətini çəkmək üçün «baxa-
lım əfəndimiz (xanım) nələr demiş» sözləri ilə başlayır.  
2
  Şərq  əlyazlamalarında  və  ya  ərəbcə,  farsca,  türkcə  nəşr  olunmuş  ki-
tablarda nəzm, şeir, beyt, misra, məsnəvi kimi terminləri mötərizə içərisində 
və  ya  fərqli  mürəkkəblə  yazmaq  adət  idi.  Beləliklə,  oxucuya  bundan  sonra 
mənzum parçanın olacağı xəbərdar edilirdi.  
3
  Ahmet  Caferoğlu.  Doğu  İllerimiz  Ağızlarından  Toplamalar.  I:  Kars, 
Erzurum, Çoruh İlbaylıkları Ağızarı, İstanbul 1942, s.276.  


108 
 
deyil.  Bu  mövzu  üzərinə  qiymətli  bir  əsər  qələmə  alan  Pertev 
Naili Boratav
1
 çağdaş Qərb şairlərinin istifadə etdiyi sərbəst vəzn 
üçün  misal  göstərir.  Bəzi  türk  şairlərin  də  təqlid  etdikləri  bu 
sərbəst mətnlər «Dədə Qorqud kitabı»nda metrik sxem daxilində 
sərbəst sayılmaz. Metrik sxem vardır və hər biri qrup və  ya sətir 
içərisində  mövcuddur.  Bunu  da  tanınmış  vəzn  hesabları  içində 
tutmaq  mümkün  deyil.  Mənim  qənaətimə  görə,  bu  sərbəstlik  və 
fərqlilik sətirlərin əzbər söylənməsi və  ya yüksək səslə  yaxud da 
intonasiya  ilə  oxunmasından  irəli  gəlirdi.  Heç  bir  şübbə  yoxdur 
ki,  bu  şərqiləri  söylərkən  qopuz  da  çalırdılar.  Mətnin  bir  çox 
yerində  «qopuzumu  gətirin!»  əmrindən  sonra  şeir  söylənməsi 
bunu  isbat  edir  (I,  II    III  hekayələrə  baxın).  Nəsrin  şeir  ilə 
birlikdə  səslənməsi  ənənəsi türk xalq  ədəbiyyatındakı qəhrəman-
lıq və məhəbbət dastanlarının davamıdır. Türk ozan və ya aşığı da 
Homerin əsərlərini oxuyan, şərqi söyləyən və ya rapsodiçilər
2
 ki-
mi musiqişünas və ya müğənni olan kantoçulara
3
 bənzəyirdilər. 
«Soylamaq» feilinin imlası Drezden və Vatikan nüsxələrin-
də  eyni  şəkildə  yazılmışdır.  Lakin  bu  feili  işarələyən  ulduzlar 
Vatikan nüsxəsində Drezden nüsxəsindən daha çoxdur və ya da-
ha böyük qeydlər və izahlar vardır.  
Vatikan nüsxəsində mətni yazanın (86) işarəsi də vardır. II 
hekayədəki Qazan bəyin qurd ilə danışması səhnəsində şeir qis-
minə  keçərkən  «soylama»  sözü  ayrı  yazılmışdır.  Vatikan  nüs-
xəsinı yazan oxuduğu mətni çox yaxşı anlayan birisi idi və mən-
sur hissələri yazarkən çox diqqət edirdi. Nüsxənın bu xüsusiyyə-
ti necə böyük bir əhəmmiyyətə malik olduğunu isbat edir. 
Kilisli  Rüfət  əsəri  nəşr  edərkən  soylamaların  vəzn  ölçüsün-
dən xəbər verərək kitabına yerləşdirir. Qafiyələrini də göstərərkən 
                                                
1
 Folklor ve Edebiyat, İstanbul 1939, s.86-92. 
2
Yunan dilindəki «rappo» sözündən əmələ gələn «rapsodi» «Dədə Qor-
qud»  sənətində  də  «dastan  qoşmaq»,  türkcə  «şeir  kompozisiyası»  mənası 
verən qoşmadan əmələ gəlmişdir. 
3
 Kantoçu – teatr səhnəsində oynanılan oyun növlərindən biri. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə