Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə33/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

97 
 
dunu  (evini)  əks  etdirən  adətlər  baxımından  ən  məşhurlarından 
biridir. Bütün türk və türkmən sülalələrinin feodal və patriarxal 
təşkilatlanmasında xana tabe olduğunu bildirir (yuxarı baxın). 
Ölüm əsnasında belə öz bəyinə bağlı qalan Beyrək bir az da 
Karolinqlərin
1
 «Orlando»su
2
, oğuzların da Paladinidir. 
«Dədə  Qorqud  kitabı»ndakı  iki  hekayədə  görüldüyü  kimi, 
oğuz qəhrəmanlıqlarını göstərir  və  bir çox  variantı zamanımıza 
qədər gələn şifahi ənənəni qoruyub-saxlayır
3

 
*** 
Əgər  «Dədə  Qorqud  hekayələri»  ilə  digər  xalq  ədəbiyya-
tının bənzərlikləri üzərində ciddi bir araşdırma aparsaq, görərik 
ki, duyğularda olduğu qədər, təşbehlərdə belə tamamilə türk mü-
hitinin  məhsulu  vardır.  Orxon  kitabələrində  qardaşı  Bilgə  xa-
qanın  ölümünə  ağlayan  Gültəkinin  cümlələri  ilə  «görür  gözüm 
görmez  teg...  boldı»  və  «menüm  görür  gözlərim  görməz  oldı» 
sözləri  «Dədə  Qorqud  kitabı»nın  V  hekayəsindəki  sözlərdir  və 
bənzərlik  də  doğru  olaraq  diqqəti  cəlb  etmişdir
4
. Əski  mətnləri 
xatırladan yalnız bu cümlə deyildir. Üslub, epik və ahəngdarlıq, 
hislərin ifadəsində oxşarlıqlar vardır. 
«Dədə  Qorqud  kitabı»ndakı  türkmənlərin  həyat  tərzinə  daha 
                                                
1
 Karolinq İmperatorluğu VIII-XIX əsrlərdə bugünkü Fransa, Almanya, 
Şimali  İtaliya,  Hollandiya,  Belçika  və  İsveçrə  daxil  olmaqla  Qərbi  və  Orta 
Avropanın böyük bir hissəsini əhatə edən ərazidə yerləşirdi – Q.Şəhriyar. 
2
  «Çılğın  Orlando»  XVI  əsrdə  Lüdovik  Ariosto  tərəfindən  italyan 
dilində yazılmış bir epik poemadır. Əlimizə keçən variantlardan ilki 1516-cı 
ildə  hazırlanmışdır,  amma  qəbul  edilən  ən  son  və  tam  variantı  1532-ci  ildə 
yayınlanmışdır – Q.Şəhriyar. 
3
  Bu  kitabda  təqdim  etdiyim  III  hekayə  ilə  bağlı  şərhə  baxın  (E.Rossi 
özünün  «Racconti  epico-cavallereschi  dei  Turchi  Oğuz.  Tradotti  e  annotati 
con «facsimile» del ms. Vaticano» (Turco 102, Città del Vaticano, 1952) əsə-
rini nəzərdə tutur. Yuxarıda qeyd etyimiz kimi, təqdim etdiyimiz bu yazı hə-
min  əsərin  ön  sözüdür  və  burada  kiçik  ixtisarla  təqdim  olunur.  Müəllif  də 
məhz buradakı izahından bəhs edir – Q.Şəhriyar). 
4
 Çiftçioğlu H.Nihal, Azerbaycan Yurt Bilgisi, I, 1932, s.60-61. 


98 
 
yaxın  yaşayan  Orta  Asiya  türklərinin
1
  xalq  ədəbiyyatı  ilə  müsəl-
man qırğız və Qara qırğızların bütpərəst kalmıklara qarşı döyüşləri 
və qədim ənənələri əks etdirən «Yoloi» və «Manas» dastanları ara-
sında bir çox yaxınlıqlar olması təbiidir. Kafirlərlə mücadilə, əsir 
edilmiş qohumların azad edilməsi kimi epizodların yanında çoban-
lıq, ovçuluq, yayda yaylaqlara köç, ata minmə və ox atmaqda üs-
tünlük kimi həyata baxışları, ədəbi terminlər arasında bənzərliklər 
vardır. Qara qırğızların «Manas» dastanında bu misraları görürük. 
 
Bir döböldöi et kıldı,  
Bir köldöi sorpo kıldı, 
Aç arıgın toidurdu
2

 
Bunlar  da  bizə  «Dədə  Qorqud  kitabı»nın  I  hekayəsindəki 
cümlələrini xatırladır: 
 
Aç görsən, doyurgil, 
Təpə kimi ət yıggıl, 
Göl kimi qımız sağdur
3

«Manas» dastanında da aşağıdakı misralar yer alır: 
 
Koc komokoi sır naiza, 
Koltukka kısıp aldı deit
4

 
Bu  misralar bizə  «Dədə  Qorqud kitabı»ndakı deyimləri  xa-
                                                
1
  XIX  əsrdə  Şiefner  və  Radlov  tərəfindən  tədqiq  edilmişdir.  G.Viener 
«The Kazak Heroic Epos» (Royal Central Asian Journal, Ekim, 1951, s.279-
291) adlı məqaləsində bu kitabın adını çəkir: А.С.Орлов. Казахский герои-
ческий эпос. Москва, 1945. 
2
 Radloff, Proben, V, s.139, tərcümə V, s.140-141. 
Sammelt` Feisch gleich einem Hügel, 
Brühe einem See`e gleich, 
Machte satt die Hungerleider. 
3
Vatikan  nüsxəsi,  vərəq  615  s.  Buna  bənzər  deyimlər  nüsxənin  başqa 
yerlərində də mövcuddur, vərəq 6413, s. 
4
Radloff, V, s.179, tərcümə V, 180.  
Seine Lanze, mit zwei Quasten,  
Presste unter seinen Arm er. 


99 
 
tırladır (ətraflı məlumat üçün bax: lüğət «koltuk»). 
Hekayələrin ayrı-ayrılıqda təfsirləri göstərir ki, Qafqaz türk-
lərinin xalq  ədəbiyyatında da eyni oxşarlıqlar vardır:  ahəng bən-
zərliyi mənalıdır, bəzən deyimlərin uygunluğu yalnız dil qohum-
luğu  ilə  deyil.  Şərait  və  inanc  bənzərlikləri  olduğuna  dair  şüb-
hələrlə  eyni  bənzərliyə  də  inana  bilərik.  Balkarlardan  eşitdiyi 
«Taudu» hekayəsini qeydə alan V. Prohl ölməkdə olan bir şəxsin 
intiqamını almaq üçün bu sözləri söylədiyini yazır: meni kanımı 
almasa  ahırette on  parmagım  on  kısı  bolub  zagasına
1
  zabıssılla
2
 
(əgər qanımın intiqamını almazsa, o biri dünyada on barmağım on 
adam  olup  boynuna  yapışsın).  Bu,  «Dədə  Qorqud»dakı  XII 
hekayədə ölməkdə olan Beyrəyin söylədiyi sözlərə çox yaxındır. 
Qafqaz  Azərbaycanındakı  tayfaların  qoyunun  dəyərini  və 
xəracını toplamaqla məqsədi güdən sayacı şərqisinin dastansaya-
ğı  mahiyyət  daşımaması  ilə  yanaşı,  «Dədə  Qorqud  hekayələri» 
ilə dil və təbiətlə bağlı bənzərlikləri vardır
3
.
 
 
Anadoluda isə  «Dədə Qorqud hekayələri» orijinal bir görü-
nüş olaraq xalq ədəbiyyatı ilə yaxınlığı olub
4
  yazılı ədəbiyyatda 
heç bir təsiri yoxdur. «Dədə Qorqud kitabı»na material və sənət 
baxımından  ən  yaxın  olan  dastansayağı  roman  «Koroğlu»dur. 
                                                
1
 Balkarlarda «zaga» Anadolu türkcəsində «yaka» mənasını verir
.
 
2
 W.Pröhle. Balkanische studien. Keleti Szemle, XVI, 1915-1916, s.139. 
3
  Ahmet Caferoğlu.  La  canzone  del «sayagı» nella letteretura  popolare 
dell Azerbaigian. Aninali Ist. Sup. Orientale di Napoli, IX, 1936, s.45-69. 
4
«Seyrək yaxınlığı olub» deməkdəki məqsədim eyni tip əsərlərdəki bən-
zərliklərə  çox  rast  gəlməməyimizdir.  Müxtəlif  vəsilələrlə  şifahi  və  ya  cönk-
lərdə  olan müxtəlif  variantlar hiss  və  sənət  baxımından  böyük  fərq  göstərir. 
Hekayə və nağıllarda Kunoş tərəfindən də toplananlarda göründüyü kimi çox 
az yaxınlıq mövcuddur. Anadoluda köçəri və ya  yarımköçəri həyat yaşayan 
türklərin  xalq  şeirlərində  «Dədə  Qorqud  kitabı»ndakılara  bənzər  deyimləri 
tapmaq  üçün  ciddi  araşdırma  aparmağa  ehtiyac  vardır.  Nüzhət  tərəfindən 
Adana bölgəsindən toplanan bir türküdə deyilir: 
Ay qaranlıq, seçəmədim yolumu,  
Fələk qırdı qanadımı, qolumu. 
Bən kəndimə layıq görməm ölümü, var  
Get, ölüm, mən gəncliyə doymadım. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə