Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə31/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

91 
 
Əvvəldə də söylədiyimiz kimi (III bölüm) XII  əsrin  əvvəl-
lərində  misirli  bir  tarixçi  Təpəgöz  hekayəsinin  türklər  arasında 
bilindiyini yazır və daha qədim mənbələrə istinad edir. Zəki Və-
lidinin  aşkarlayıb  O.Ş.Gökyayın  yayınladığı  bir  hekayə  Hafız 
Dərvişin  farsca  qələmə  aldığı  «Risaleyi-musiqi»  adlı  əsərində 
vardır  (XVIII  əsr).  Ozanın  əvəzinə  qəddar  gücü  və  cadugərliyi 
ilə  tanınan  Bekdi  Zamanın  əfsanəsindən  (Bayındır  və  Qazan 
xanın  oğuzları)  bəhs  olunur:  bunu  da  Yetim  Qazan  qardaşla-
rından  birinin  intiqamını  almaq  üçün  öldürmüşdür
1
.
 
Hekayədə 
hadisələr  oğuzlar  arasında  cərəyan  edir.  Dədə  Qorqudun  da  adı 
çəkilir. Ancaq Təpəgözün tam qarşılığı yoxdur. 
Türkiyədə  yaxın  zamanlara  qədər  eyni  hekayə  yaşlı  ozan-
ların dilində dolaşırdı. M.Cevdet 1918-ci ildə «Yeni Mecmua»-
da yazdığına görə, hələ uşaq ikən Bayındırlı Mehmed Çavuşdan 
bu hekayəni dinləmişdi. Əli Rza Yalman da «Cenupla Türkmen 
Oymakları»  adlı  kitabında  (c.  IV,  s.32-34)  dilənçidən  duyduğu 
hekayənin bir parçasını aşağıdakı kimi nəql etmişdir: gənc, cəsur 
Pusat aslan ovuna getməyə alışmışdır. Bir gün Qafqaz dağlarının 
ətəyinə gələndə gənc Təpəgözü görür və onu qəsəbəyə gətirərək 
tərbiyə etməyə çalışır (hekayənin davamını qeyd etməmişdir). 
Çorum vilayətində «təpəsində gözü var, gözü var»
2
 misrası 
ilə başlayan bir Təpəgöz hekayəsi təsbit edilmişdir.  
Qırşəhir  vilayətində  Əhməd  Cəfəroğlu  tərəfindən  toplanan 
bir  Təpəgöz  mətninin  «Dədə  Qorqud  hekayəsi»  ilə  əlaqəsi  yox-
dur
3
. «Tək gözlü canavarın əfsanəsi» yalnız Qafqaz hekayələrində 
                                                                                                     
dövr nəzərdə tutulur – Q.Şəhriyar) türk tədqiqatçılarından bəziləri bunun türk 
mənbələrindən  gəldiyini  irəli  sürür.  O.Ş.Gökyay  adı  çəkilən  əsərində 
(s.XXXVII) Orta Asiya türklərinin «Ər Tüstük» adlı hekayəsinin adını çəkir. 
Türklərin Anadoluya gəldikdən sonra yunanlardan Təpəgöz əfsanəsini dəyiş-
dirdiklərinə dair fikirləri qəbul edilmir. 
1
 O.Ş.Gökyay. Tepegöz Efsanesine Dair, Oluş, 9.4.1939. 
2
 M.R. Kösemihal. Dede Korkut Hakkında.  Halk Bilgisi Haberleri, IX, 
1939, n. 98, Ekim 1939. 
3
M.F.Çelik «Ülkü» (XVIII, 1941, s.450) dərgisində yayınladığı məqalə-


92 
 
görülür  (bəlkə  Qafqaz  miflərinin  çıxış  sahəsidir).  Osetin  dilində 
bir  varianta  görə
1
,  divin  qəhrəmanı  içinə  qoyduğu  bir  heybəsi 
vardır  («Dədə  Qorqud  kitabı»ndakı  Təpəgözün  çəkməsini  xatır-
ladır). Hekayənin Kabardin rəvayətinə görə, bir nəfər şəxs mağa-
ralardan birinə girir və burada tək gözlü div görür. Qapını böyük 
bir  daş  ilə  bağlayır.  O,  isti  şiş  ilə  divi  kor  edir  və  keçi  dərisinə 
(tumac – Q.Şəhriyar) bürünərək qaçır. Sonra bəzi macəralar yaşa-
yıb yenidən oğlanlarını yeyən divin yanına gəlir. Divin yediyi in-
sanların  sümüklərini  toplayır  və  havası  təmiz,  yaşıllığı  bol  olan 
dağın ətəyində üfləyərək onları yenidən dirildir və divi öldürür
2

Osetin dilində bir əfsanəyə görə
3
, Eltaqan adlı yenilməz bir 
div  vardır.  Sozriko  adında  bir  nartlı  onunla  vuruşmağa  cəhd 
göstərir.  Div  öz  qılıncı  ilə  ölmək  istəyir  («Dədə  Qorqud  kita-
bı»nda  da  belədir  və  eyni  zamanda  ətraflı  məlumat  üçün  bax: 
Radloff, VI, s. 217. Ruben də bundan bəhs edir, s.252). 
«1001  gecə  nağılları»ndakı  gəmiçi  Sindbadın  macəraları 
arasında «alov kimi yanan iki gözlü canavar»a rast gəlirik. Sind-
bad və dostları onu isti dəmir ilə kor edirlər. Qaçarkən div sahil-
dən onlara iri daşlar atır (Odisseyə bənzər)
4

Bu  ümumi  mövzunu  daha  çox  əhatələməmək  məqsədi  ilə 
burada  bitirərkən

G.Finamor  tərəfindən  «Tradizioni  Popolari 
Abruzzesi» (Lanciano, 1883, I, s.190 vd.) adlı əsərdə gördüyümüz 
                                                                                                     
sində iddia etdiyinə görə, Qars yörəsində mövcud olan «Arslanoğlu əfsanəsi» 
«Dədə  Qorqud»dakı  Basat  ilə  oxşarlıq  nümayiş  etdirir.  Orada  yaşayanlar 
təpəgözlülərin Sibirdə yaşadıqlarına inanırlar. 
1
Ruben  bu  məlumatı  (s.251)  «Dirr,  Kaukasische  Marchän»  adlı  bir 
əsərdən götürdüyünü yazır. Mən bu əsərin əslini görmədim. 
2
Varşavada çıxan «Şimali Qafqaz» dərgisinin n. 35, Mart 1937 sayında 
türk dilində variantı mövcuddur. 
3
  G.Dumézil.  A  poropos  de  Verethranya.  Mélanges  H.Grégoire,  Bru-
xelles, 1949, s.223-226. 
4
  “Min  bir  gecə  nağılları”nın  italyan  dilində  tərcüməsi.  Millie  e  una 
notte, Torino, 1949, c. III, s.25-28. 
5
  S.Thompson,  Motif-Index  K.  521  1.  Burada  bu  əsərin  adı  çəkilir: 
O.Hackman. Die Polyphamsage in der Volksüberlieferungen. Helsinki, 1904. 


93 
 
«Abbruzzo hekayəsi» olan  «Lu fatte delluocchien fronde» («Tə-
pəgözün  etdikləri»)  başlıqlı  hekayəni  xatırlayaq.  Nağılın  qəhrə-
manı olan şəyird divi kor edir və bir keçi dərisinə bürünərək qaçır. 
Div  ona  sehirli  bir  üzük  verir  («Dədə  Qorqud  hekayəsi»ndəki 
bölümlə müqayisə et). Üzüyü barmağına keçirən gənc hərəkət edə 
bilmir. Ona görə də barmağını kəsir və qaçır. Div
 
kəsik barmağı 
yeyir və şəyirdin ətini yediyi üçün təsəlli tapır
1

 
IX. Bəkil oğlu İmranın hekayəsi 
Oğuz bəyləri ilə bir ziyafətdə olan Bayındır xan Gürcüstan-
dan gələn doqquz tümənin at, qılınc və topuzdan ibarət xəracını 
necə paylayacağına qərar verə bilmir. Dədə Qorqudun tövsiyəsi 
ilə oğuz elinin keşiyini çəkə bilən alpa vermək qərarına gəlirlər. 
Bəkil qəbul edir və Gəncədə qalır. İldə bir dəfə bəyin yanına gə-
lərək  hədiyyələri  verir,  qonaq  edilir  və  iltifat  görür.  Yenə  bir 
ziyarəti zamanı hamı ilə  birlikdə bir ova çıxarkən Bəkil sürətini 
göstərmək  üçün  atı  ilə  bir  ova  yaxınlaşır  və  ovu  yaralamadan 
əsir etməyi bacarır. Bu uğurun ona, yoxsa ata məxsus olduğuna 
dair mübahisə yaranır. Qazan bəy bu uğurun atın olmasına qərar 
verir.  Bəkil  bu  qərarı  təhqir  hesab  edir,  əsəbi  halda  onları  tərk 
edərək yurduna deri qayıdır. 
Bəkilin  həyat  yoldaşı  onu  yenidən  ova  çıxmağa  məcbur 
edir. Atı ilə yola çıxan Bəkil ovu qovarkən yıxılır və ayağı sınır. 
Çətinliklə evə qayıdır və yatağa düşür. 
Bəkilin  başına  gələnləri  öyrənən  düşmənləri  yurdunu  işğal 
etməyə  gəlirlər.  Bəkilin  gənc  oğlu  İmran  atasının  atını  və  sila-
hını  götürür,  düşmənə  qarşı  vuruşmağa  gedir.  Düşmən  əvvəlcə 
onu  Bəkil  sanaraq  qorxur,  gəncin  adını  söyləməsi  ilə  yenidən 
cəsarətlənir. Kafirlərin başçısı İmranı duelə çağırır. Məğlub edil-
diyi anda İmran Tanrıya yalvarır və ondan «40 igidin qüvvətini» 
alır. Düşmənini məğlub edir və barmağını qaldıraraq ona müsəl-
                                                
1
 G.Finamorun «Pitrè`den bir ve Comparetti» əsərindən iki variantın adı 
çəkilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə