Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə29/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

85 
 
Eyni  cavabı  anası  da  ana  sevgisinin  ən  həssas  sözlərindən 
istifadə edərək verir. 
Dəli Domrulun canını almaq üzrə olan Əzrail ona həyat yol-
daşının  yanına  gedib  uşaqlarını  əmanət  etməsi  üçün  sonuncu 
dəfə  fürsət  verir.  Həyat  yoldaşı  onsuz  yaşamağa  razı  olmur  və 
uşaqlarının  yetim qalmamaları üçün həyatını  fəda etməyə  hazır 
olur.  Əzrail  qadının  həyatını  almağa  hazırlaşır.  Dəli  Domrul 
yenidən Tanrıya yalvarır ki, ya bərabər yaşamalarına izn versin, 
ya da bərabər canlarını alsın. Tanrı dualarını qəbul edir və ər ilə 
arvada 140 il ömür verir. Əzrailə də Dəli Domrulun ana-atasının 
ömrünü almasını əmr edir. 
Böyük bir hiss və şeirlə dolu olan Dəli Domrulun dramma-
tik  hekayəsi  Türkiyədə  1934-cü  ildə  Antalyadakı  Zeytunlu  Ab-
dalları  arasında  toplanmış  və  mənzum  şəkildə  olan  bu  variant 
O.Ş.Gökyayın  kitabında  (s.LXXII-LXXII)  yayınlanmışdır.  Gi-
rişi  yoxdur.  Ölüm  qarşısında  olan  Dəli  Domrul  ümidsizcə  ana-
atasına  müraciət  edir.  Gəlinin  ruhu  alınır  və  göyərçin  cildində 
Tanrının hüzuruna gəlir, Əzrail baş verənləri danışır. Tanrı gəli-
nin ruhunu geri qaytarır və min illik ömür verir. Buna bənzəyən 
və  «Mahmudun  şərqisi»  adlı  şifahi  bir  hekayə  Hikmət  Aydın 
tərəfindən  toplanmış  və  İzmirdə  1942-ci  ildə  «Bağ  Mecmue-
si»ndə (no. 5), Fəxrəddin Çəlik də «Ülkü»də (c. XVII, Temmuz 
141,  s.450),  Şərqi  Anadoluda  qarslılar  arasında  duyduğu 
«Mahzuni» adlı bir hekayəni yayınlamışdır. Digər iki hekayə də 
P.N.Boratav tərəfindən «Orients» dərgisinin IV (1951) cildində, 
«Notes  sur  Ezrail  dans  le  folklore  turc»  (s.58-79)  adlı  məqa-
ləsində tədqiqata cəlb olunmuşdur. 
Bu  motiv  klassik  hekayə  olan  «Admet  ilə  Alkesti»ninkinə 
bənzəyir.  Məğzi  də  sevginin  dərəcələnməsidir.  Bu  mövzu  üzə-
rində  çalışan  İ.T.Kakridis  yaxın  keçmişdə  ən  yaxşı  tədqiqat  iş-
lərini qələmə almış və «Homeric Researches» (Lund, 1949) adlı 
əsərinin  sonunda  da  Yunanıstan  və  Qaradənizdəki  yeni  yunan 


86 
 
xalq  şərqilərini  də  araşdırmışdır.  Qaradənizdəki  bir  hekayədə
1
 
Akrit ümidsiz halda ölümə (Əzrail) qarşı mücadilə edərkən ana-
atasına həyatlarının bir hissəsini vermələri üçün xahiş edir. Hə-
yat yoldaşı ona həyatının yarısını və ən gözəlini verməyə hazır-
dır (temsa kai ta kalutera). Politis belə şərqilərdən 72-ni nümunə 
gətirmişdir. Çoxunda qəhrəmanın adı Ghiannisdir
2

 
VI. Qanlı Qoca oğlu Qanturalın hekayəsi 
Qanlı  Qoca oğlu  Qantural  evlənmək  istəyir.  İç oğuzlar  ara-
sında həyat yoldaşı axtarmağa çıxır və tapa bilmir. Atası da İç və 
Daş oğuzlar arasında axtarsa da, tapa bilmir. Sonda Trabzon İm-
peratorunun bir qızı olduğunu öyrənirlər. İmperator yırtıcı  buğa, 
aslan  və  vəhşi  dəvəni  məğlub  edənə  qızını  verəcəyini  söyləyir. 
Bacarmayanların  da  cəzası  ölümdür.  Uşaq  təşəbbüsün  təhlükəli 
olduğunu  öyrənir.  Trabzon  İmperatorunun  hüzurunda  sınaq  ke-
çirilir və sarı donlu Selcan xatun da seyr edir. Qanturalın qırx igi-
di qopuz çalaraq onu ruhlandırır və bundan cəsarət alan qəhrəma-
nımız sıra ilə boğanı, aslanı və dəvəni məğlub edir. Toy hazırlıq-
larına başlanır. Qantural qızı götürüb qaçır. Məqsədi evlənmədən 
ana-atasının  qızı  görməsidir.  Trabzondan  uzaqlaşanda,  oğuz  eli-
nin sərhəddinə çatanda yatır, imperatorun atlıları onlara yetişirlər. 
Şahzadə xəbər verir və gələnlərə qarşı qəhrəmancasına döyüşmə-
yə başlayır. Döyüşün bitdiyini zənn edən şahzadə Qanturalın ana-
atasına  xəbər  aparır  və  onlarla  birlikdə  döyüş  meydanına  gəlir. 
Şahzadə burada Qanturalı atından düşmüş və düşmən tərəfindən 
əl-qolunun  bağlı  olduğunu  görür.  O  saat  araya  girir  və  onu 
qaçırdır. Şahzadə ilə zarafatyana bir münaqişədən sonra Qantural 
ana-atasına yetişir, birlikdə evə geri dönürlər, toy edirlər. 
                                                
1
 N.G.Politis. Akritika asmata. Laografia, I, 1909, s.69-275. 
2
  S.Thomson,  Motif-Index  içindəki:  Mortal  fights  with  Death:  R.  185. 
Çox maraqlı bir araşdırma: A.Lesky. Pontische Lieder als Treger einer Wan-
dermotivs, Actes 3. Bizantinistler Kongresi, Atina, 1932, s.27 vd. Bu  əsərdə 
erməni dilində bir variantın «Zeit. d. Vereins f. Volkskunde»də (XIX, s.368) 
nəşr edildiyindən bəhs edilir. 


87 
 
Onsuz  da  əvvəldə  Turalı  adının  1348-ci  ildə  Trabzona  hü-
cum edən türkmən bəyi Tur Əli və Turali ilə eyni olduğunu söy-
ləmişdim. 
Nişanlı  və  ya  nişanlının  igidlə  bərabər  döyüşməsi  motivi 
türk xalq ədəbiyyatında sıx rast gəlinir;  «Battalnamə»də də qır-
ğızca «Yoloi»də də (Ruben, İndexs, 240) ölüm təhlükəsinə bax-
mayaraq, gəlininə sahib olma mücadiləsi folklorlarında çox sıx
1
 
rast  gəlinir  və  ən  gözəl  nümunəsi  də  «Turandot»  əfsanəsidir 
(Ruben,  s.136,  240-242).  Bu  hekayənin  qəhrəmanı  ilə  qırğızca 
«Yoloi»  dastanının  qəhrəmanı  arasında  çox  dərin  müqayisələr 
aparılır,  eyni  zamanda  Qərbi  Afrikadakı  (Nigeriya)  Soninke 
atlılarının hekayəsində bənzərliklər müşahidə olunur
2

 
VII. Qazılıq Qoca oğlu Yegnəyin hekayəsi 
Bayındır xanın  verdiyi  bir ziyafətdə Qazılıq Qoca bir  yürüş 
üçün icazə istəyir və qocaların yardımı ilə Qaradənizin sahilindəki 
Düzmürt  qalasına  hücum  edir.  Qalanın  komandanı  fövqəladə 
gücə sahib olan biri idi, onu əsir götürdü. Onun gedişindən sonra 
dünyaya gələn Yegnək adlı oğlu on altı il sonra oğuz bəylərinin 
oğlanları ilə münaqişə edərkən ondan əsir olan atasını azad edərək 
qəhrəmanlıq  göstərməsi  tələb  olunur.  Uşaq  atasının  aqibətindən 
hələ  xəbərdar  deyildi.  Dərhal  Bayındır  xanın  yanına  gedərək  24 
oğuz  sancaq  bəyi  ilə  getmək  üçün  icazə  istəyir.  Yolda  yatarkən 
bir yuxu görür: Qaradənizin o bir tərəfində olduğunu görür. Qara 
dağın  üzərində  cəsur  bir  igid  görür;  bu onun  şücaətli,  döyüşkən 
əmisi Emendir. O da əvvəlcə Qazılıq Qocanı azad etməyə çalış-
mış, lakin buna müvəffəq ola bilməmişdir. Buna görə də qardaşı-
nın  oğlunu  belə  ümidsiz  bir  mücadilədən  vaz  keçirməyə  çalışır. 
Yuxu bitdikdən sonra Emen bəyləri ilə  birlikdə görünür və Düz-
                                                
1
 S.Thompson. Motif-Index: H 1161. 
2
 Ruben s.196-da tayfalarında qəhrəmanlıqlarında toplanan təqdirəlayiq 
hadisələrin nələr olduqlarını göstərir ki, bu da bizə «Dədə Qorqud»un on iki 
hekayəsindəki mövzunu bütülüklə anlamağımıza yardım edir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə