Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

73 
 
çəkinmir
1
. Lakin II boydakı Qaracuq Çoban, yuxarıda da söylən-
diyi kimi, ənənədəki çoban tipindən daha artıq görünüşə sahibdir. 
*** 
«Dədə Qorqud kitabı»nda təsvir edilən oğuz türklərinin hə-
yat  tərzi  quzu,  at,  dəvə  kimi  heyvan  yetişdirməklə  məşğul  olan 
yarımköçəri kombatantlara
2
 bənzəyir. Qış aylarında düzənliklər-
də  məskünlaşırlar,  yayda  isə  yaylaqlara  göçürlər.  Daima  yürüşə 
və hücuma hazır olurlar. Dəyərli igidlər idi. Bəzəkli çadırları, ipək 
xalıları, altın taxtları
3
,  ətli  və  sərt  şərablı  ziyafətləri,  musiqisi  və 
ov ovlamağı sevirlər. Ata çox ustalıqla minirlər, atlarına çox diq-
qət  yetirirlər.  Bəkilin  qəhrəmanlıqları  münasibəti  ilə  Qazan  bəy 
«at işləməsə, ər öyünməz, hünər atındır» deyir (IX boy). Beyrək 
atı ilə bir qardaş kimi danışır (III boy). Atlar rənglərinə görə adla-
nırdılar
4
.  İgidlər  də  bəzən  atlarına  görə  adlanırdılar:  Qonur  atlu 
Qazan, Boz ayqırlı Beyrək, Boz atlu Beyrək, Boz atlu Hızır
5

Üstünlük verdikləri silah yaydır
6
. Yeddi insan gücü ilə qıv-
rıla  bilən  yayları  (VII  boy),  böyük  və  kiçik  oxları  vardır  (VIII 
boy). Beyrək Odissey kimi geri döndüyü zaman yayını əlinə aldı 
(III  boy),  məhbusda  qalan  yoldaşlarını  xatırlayaraq  ağladı
7
.  Ən 
                                                
1
 W.Barthold, ZVO, VIII, 1898, s.206. 
2
  Kombatant  –  müharib,  ehtiyatda  olan  döyüşçü.  Cenevrə  konvensiya-
sına əsasən hətta hal-hazırda döyüşlərdə iştirak edənlər də kombatant adlanır 
– Q.Şəhriyar. 
3
  VI-VII  əsrlərə  aid  çin  mənbələrində  altın  taxtlar,  möhtəşəm  çadırlar, 
türklərin musiqi və şeirdən duyduqları eşqdə dair bir sıra qeydlər mövcuddur. 
4
 Orhun kitabələrində olduğu kimi, qırğızların «Manas» dastanında (Ağ 
Qula  at),  türk  dastanı  «Koroğlu»da  (Qırat)  və  digər  ölkələrin  qəhrəmanlıq 
dastanlarında da vardır. 
5
  Əbdülqadir  İnan  tərəfindən  tədqiqata  cəlb  edilən  bu  adət  Orta  Asya 
türklərinin xalq ədəbiyyatında müştərəkdir, Ülkü, XI (1938), s.549-551. 
6
 Türklər arasında ox haqqında ətraflı məlumat almaq üçün bax: J.Hein. 
Pogenhanddwerk und Bogensport bei den OsmanenDer Islam, XIV, 1925 və 
XV, 1926. Türklərdə hakimiyyət simvolu olan «ox» haqqında ətraflı məlumat 
almaq üçün bax: Osman Turan, Belleten, IX (1945), s.304-318. 
7
 Vatikan nüsxəsində göstərilən bu məqam Drezden nüsxəsində mövcud 
deyildir (Gökyay, s.40). 


74 
 
çox təkrarladıqları əyləncələrdən biri də hədəfə ox atmaqdır. 
Təkbətək döyüşlərdə istifadə olunan silahlar: qara poladdan 
hazırlanan qılınc, mizraq (cida, yunanca χονταρι (contari) və ya 
χονταριον (contarion) keçməyən gön dəri, qarğı
1
 süngü, bambuq 
qamışı, dəmir, gürz
2
 (altı pərli əmud), altı bucaqlı qalxan. Dəmir 
zireh (don, geyim) geyinirlər, başlarında da dəmir külah olurdu. 
«Dədə Qorqud kitabı»nda odlu silahlara dair  ən kiçik işarə 
belə  yoxdur. Oğuz atlıları qədim dövrün savaşçıları kimi döyü-
şürdülər. Onlar  Firdovsinin  «Şahnamə»sindəki qəhrəmanları  və 
xaçlı ordularına qarşı döyüşən türkləri xatırladırlar. 
«Dədə  Qorqud  kitabı»ndakı  oğuzlar  çadırlarda  iqamət  edir-
lər.  Oğuz  bəyin  evi  Ağca  qaladan  başqa,  daş tikililərə  və  evlərə 
aid qeydlər yoxdur. Çox az yerdə yalnız «ev» olaraq qeyd edilən 
ifadənin, görəsən, bugünkü ev yoxsa çadır (bu, daha ağabatandır) 
mənasını  verib-vermədiyinə  tərəddüd  edirəm.  Lakin  göyə  böyük 
bəyaz çadırlar (ağ ban evi), xan çadırı (bərgah evi), otaq, günlük, 
talvar  tikməkdən  bəhs  edildiyi  zaman  şübhələrimiz  yoxa  çıxır. 
Çadırlar çok gözəl xalılarla bəzənirdi. «Kitab»da isə yalnız  ipək 
xalılar və qara keçələrdən bəhs edilir. Bu da bizə Marko Polonun 
«Millione» adlı əsərində qeyd etdiyi kimi, «Turkomaniada dünya-
nın ən yaxşı və ən parlaq xalıları toxunurdu» cümləsini xatırladır. 
Türkmən çadırlarının keçmişi və ya indiki zamanı haqqında 
aparılan bir tədqiqat mənə və türklərə də qaranlıqda qalan «Dədə 
Qorqud  kitabı»ndakı  bəzi  bölümlərin  daha  yaxşı  anlaşılmasına 
səbəb olurdu. Bu mövzuda yalnız Ə.İnanın  «Ülkü» məcmuəsin-
də  (Ankara,  XIII,  1939,  s.360)  yayınladığı  bir  tədqiqat  işindən 
başqa heç  bir şey  xatırlamıram. Toqatdakı türkmən çadırlarının 
                                                
1
  Marsigli.  Stato  Militaire  del  Impero  Ottomano.  LAja  1782,  part  II. 
s.90:  karki-mesrac:  Qapuqulu  süvarilərinin  və  Asiyalıların  istifadə  etdikləri 
nizə növüdür. 
2
 Farsсa «gürz-i şeşpər», rusca «шестопер», ətraflı məlumat üçün bax: 
P.Kondakov,  «Les  costumes  orientaux  à  la  cour  byzantine»,  Byzantion,  
(1924),  s.7-49.  İstanbul  Hərb  müzeyinin  Sərməd  Muxtar  tərəfindən  hazırla-
nan bölümündə şeşpar dəbilqələrinin nümunələri mühafizə edilir. 


75 
 
1786-cı  ildə  rahib  Sestini  tərəfindən  çəkilmiş  təsvirinin  bu  gün 
də maraq doğurduğunu zənn edirəm: «çadırlar yuvarlaq və qüb-
bə şəkilli idi. Nazik qamışdan düzəldilən qəfəslər ağ bezlə örtülü 
idi  və  yenə  nazik  qamışlardan  ibarət  dairələrlə  əhatələnmişdir. 
Çadırlar bir-birinin eynidır və ortalarında boy (tayfa – Q.Şəhri-
yar) bəyinin  çadırı  vardır. Digərləri kiçik,  lakin gözəldir. Onlar 
içmək və sürülərini suvarmaq üçün daima su kənarında məskun-
laşırdılar. Heyvanlarını sağır, kərə yağı, pendir və qatıq hazırla-
yıb yeyir, ayran adlandırdıqları pendir suyunu içirlər
1

«Dədə  Qorqud  hekayələri»ndə  təbiət  təmiz  (və  ya  müqəd-
dəs), axar su, dağlar, kölgəsi olan bitkilər (gölgəlücə) üçün həqi-
qi bir eşq vardır
2
.  «Dədə  Qorqud»  hər  hekayənin  sonunda  xana 
çevrilərək etdiyi dualarında «suları kəsilməsin, bitkiləri quruma-
sın, atı müharibədə yıxılmasın, qılıncı çarpışma əsnasında qırıl-
masın, ata-anası cənnəti versin, Tanrı ölüm anında imandan ayır-
masın» deyə niyazlar edirdi. 
«Dədə  Qorqud  hekayələri»ndə  zamanı  müəyyənləşdirmək 
üçün tarix tapa bilmərik. Burada gün və ya ay adı yoxdur
3
.
 
 İsti-
qamət, yön, cəhət adlarından

çox az bəhs edilir. Pulla bağlı açıq 
qeydlər yoxdur. Ölçüdən də çox az bəhs edilir
5

 
                                                
1
Domenico Sestini. Viaggio da Constantinopoli a Bassora, 1786, s.54. 
2
Bitkilərlə  bağlı  Uruzun  IV  hekayədə  bitkiyə  yalvarmasından  danışa 
bilərik.  Qafqazdakı  bitki  kultu  haqqında  ətraflı  məlumat  almaq  üçün  bax: 
J.Marquart.  Osteuropäische und ostasiatiche  Streif-züge. Leibzig 1993, s.15. 
«Dədə Qorqud hekayələri»ndə gördüyümüz dağların təsviri şaman inancları-
nın  fonunda  görmədən  izah  edir.  Ətraflı  məlumat  üçün  eyni  zamanda  bax: 
L.P.Patavo,  Dr.Menges  «Materialen  zur  Volkskunde  Türkvölkern.  MSOS, 
37, 1934, s.53-54; F.Köprülü. Influence du Chamanisme turco-mongol sur les 
ordes mystiques musulmans. İstanbul, 1929. 
3
  Vatikan  nüsxəsində  olmayan,  lakin  Drezden  nüsxəsinin  yalnız  giriş 
hissəsində olan bu parçada (Gökyay, s.2) ayindən (cuma) bəhs edilir. 
4
  Bu  təfərruat  daha  sonra  tədqiq  oluna  bilər.  Lüğətdə  gün  ortag,  aları, 
arqıc və s. maddələrinə baxın. 
5
 Lüğətdəki batman, tutam maddələrinə baxın. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə