Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə24/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

70 
 
*** 
«Dədə Qorqud hekayələri»ndə Oğuz boyunun siyasi və sosial 
quruluşu  bəzi  müəlliflərin  qeydlərinə  görə,  həqiqətə  oxşar  gös-
tərilir. Xan Qam oğlu Bayındır xan
1
 xanlar xanı ünvanı ilə hamıya 
rəhbərlik edir. İç və Daş Oğuz olaraq bilinən 24 boy və ya sancaq 
başıdır
2
.  Onun  vəkili  Bəylər  bəyi  Salur  Qazandır.  Bir  neçə  dəfə 
həqiqi  bir  xan  mahiyyətində  görülməkdədir.  O,  Bayındır  xanın 
kürəkəni, Uruz bəyin atası və Borlu xatunun «uzun boylu» həyat 
yoldaşıdır.  Digər  bəylər  arasında:  Qazan  bəyin  qardaşı  Qara 
Günə, Qıyan Səlcuq oğlu Dəli Dündar, Qara Günə oğlu Qara Bu-
daq, Beyrək bəy, Qazılıq Qoca oğlu Yegnək bəy, Qazan bəyin da-
yısı Uruz Qoca, qanlı bığlı Əmən, Əylik Qoca oğlu Alp Ərən, Alp 
Rüstəm.  Digər  qəhrəmanlardan  Dəli  Domrul,  Qaracuq  Çoban, 
Əgrək, Səgrək, Bəkil, Basat və s.-nin adını çəkmək olar. 
Bunlardan  hansının  İç  Oğuz,  hansının  Daş  Oğuzlara  bağlı 
olduqları anlaşılmır. Lakin III və XII hekayələrdən belə məlum 
olur  ki,  Daş  Oğuzlar  arasında  Uruz  Qoca  (bəzi  yerlərdə  Arız 
Qoca), oğlu qorxunc və cəsur Basat, Əmən, Alp Rüstəm, Dönə-
bilməz, Dölək, Dündar var idi. 
Bəylərlə  –  Qazan  bəy  və  Bayındır  xan  arasındakı  münasi-
bətlər, dəvətlər, illik və ya mövsümi ziyafətlərdə (toy), divan top-
lantılarında,  yürüşlərdə  və  hücumlar  zamanı  görülür.  Bəylərdən 
hər birinin yeri (yurd, ordı, orda, ordu), torpağı və yaylaqları vardı. 
Vəzifələrinə «has beg (xüsusi bəy), inaq (nazir), doquz qoca 
                                                                                                     
İki ayrı nəsildən doğulan  Dionis bir qəhrəmandır və İran ənənəsində İskən-
dər, Bizans epik ənənəsində də Dionis Akritas adını alır. S.Impellizeri. l`Epo-
pea di Bisanzio. II Digenis, Firenze, 1940, s.54. 
1
  Qədim türk hökmdarları  Kağan (xaqan – Q.Şəhriyar)  ünvanına  xan  və 
qam  da  əlavə  edilirdi.  Qam  hörmət  və  təzim  ünvanı  olmalıdır  (qamlar  Orta 
Asiya türk şamanlarıdır). 
2
 Ziya Gökalpın fikrincə (Türk Türesi, İstanbul, 1339, s.79), dində daxi-
li, yəni müqəddəs məna ifadə edən söz dindən kənarda xarici,  yad mənasını 
ifadə edir.  


71 
 
başı, bin bügdür başı, bin başı» deyə ayrılırdılar
1
. Qəhrəmanlara 
verilən ünvanlar qazi, ərən, alp idi. 
Bəylər toplantılara iştirak etdikləri zaman Bayındırın yaxud 
da Qazanın sağına və soluna otururlar. Beləliklə, sağ bəyləri və 
sol  bəyləri deyə  ayrılırdılar.  Onlara  bir az  yaxın  olanlar  eşikdə, 
rəiyyət ən sonda otururdular. Xan hamıya şərab və yemək verir. 
Bütün bəylər üzlərini  xana çevirərək diz çökür
2
  və  hörmət  mə-
nasında əlini öpürlər. «Dədə Qorqud» hekayələrində Oğuzlardan 
keçən  adətlərdən  olan  totemə  (türkcə  «uyqun»)  görə,  ayrılma, 
toplantılar  əsnasında  boyların  sıralanması  nisbəti  ilə  xanlarına 
qurban  edilmiş  heyvanların  ətlərini  ikram  etmək  «ülüş»  və  ya 
«söğük»
3
  adətinə  aid  məlumat  yoxdur.  Yalnız  Bayındırın  dəvət 
etdiyi  qonaqlarını  müxtəlif  rənglərdəki  çadırlarda  oturtduğunu 
görürük.  Qara  olan  çadıra  oğlu  olmayanlar  dəvət  edilirdilər. 
Onlar  da  qara  bir  keçə  üzərinə  oturub  qara  qoyunun  qaynamış 
ətini  yeməyə  məcburdular.  Oğlu  olmayanlar  Tanrının  qəzəbinə 
uğramış sayılırdı (I hekayə). 
Xan  ilə  bəylər  arasındakı  əlaqələr  məsuliyyətsiz  və  mən-
fəətsiz  bir  mütiliyə  məcbur  edəcək  qədər  deyildi.  Köçəri  Oğuz 
türklərinin dövlət təşkilatı hər iki tərəfə də bir çox məcburiyyət, 
vəzifə, imtiyaz və hüquq yükləməkdə idi. Xan sosial həmrəyliyi 
təmin  etmək  vəzifəsini  daşıyan  böyük  bir  ailə  başçısı  idi
4
.  Xan 
                                                
1
 Lüğətə bax. 
2
«Dədə  Qorqud»  hekayələrində  buna  bənzər  toplantılar  Yazıçızadənin 
«Səlcuqnamə» adlı əsərində də təsvir edilir (Houtsma neşri, Recueil, III, türlü 
yerler). Münəccimbaşının «Səhayifül-Əkbər» əsərində də türkmən bəylərinin 
Osmanlı sülaləsinin qurucusu Osman Qaziyə  bağlılıqlarını təcəssüm etdirən 
adətlərini aşağıdakı  kimi  təsvir  edir  (c.  3,  s.278);  روغا ناخ هدعا ق ىس  هرزوا  وا 
ودن ك  ز يد  بوك چ  ىزاغ  ىخد  ره  هن ير ب  رر ب    حد ق  زم ق  ىد نوص   بول ا  ةعاطعا  شو ن 
رل ي ت يا. 
3
  N.H.Orkun,  Ülkü,  V  (1935).  Abdülkadir  İnan.  Orun  ve  Ulüş  Meselesi. 
Türk  Hukuk  ve  İktisat  Tarihi  Mecmuası,  I,  1931,  s.121-133;  Houtsma  nəşri, 
türkcə «Səlcuqnamə» haqqında ətraflı məlumat üçün bax: Recueil, III, s.204-205. 
4
 L.Cahun. Introduction à l`Histoire de l`Asie. Paris, 1896; Ziya Gökalp. 
Türk Medeniyeti Tarihi, s.180, 315, 317; W.Barthold, 12 Vorlesungen, s.204-


72 
 
xalqını yedirməyə, geyindirməyə, məcbur idi. Orxon kitabələrin-
də Bilgə Kağan aşağıdakı sözləri ilə öyünür: «Qagan olurup yoq 
cigan  budunug  qop  qubratdum:  Cıgan  budunug  bay  qıldım:  az 
budunug  öküş  qıldım...  yalın  budunug  tonlug  qıldım»  (Xaqan 
oldum, fəqir və  yoxsul xalqı topladım, fəqir xalqı zəngin etdim, 
xalqı çoxaldıb... çılpaq xalqı geyindirdim)
1

Nizaməlmülkün  «Siyasətnamə»  adlı  kitabında  Səlcuq  sul-
tanlarının təbələrini cömərtliklə süfrəsinə dəvət etməsindən bəhs 
olunur
2
. «Dədə Qorqud kitabı»nın XII boyunda Qazan bəyin hər 
üç ildən bir bütün Oğuz bəylərini dəvət etdiyi və hamısının hazır 
olduğu  anda  xatununun  əlindən  tutaraq  uzaqlaşdığı  və  bəylərin 
qalan şeyləri ələ keçirmələrinə icazə verdiyi söylənilir. Bu qəri-
bə adətə yağma (talan – Q.Şəhriyar) deyilirdi (XII boydakı «yağ-
malamaq»  və  «yağmalandırmaq»  feili  bu  ifadədən  törəmişdir). 
Bu söz Səlcuq türkləri vasitəsilə sonradan ümumi ziyafət, süfrə 
mənasını verən «xani-yağma» şəklində iranlılara keçmişdir. Ha-
fizdə  türklərin  yağma  oyununa  aid  Şiraz  gözəllərinə  söylənən 
məşhur misralarının birində işarə edilir: 
نان چ د ندر ب درب ص ل ه ك نا كرو ت ناوخ ارامغ ي
3
.
 
 
«Xan səbrlə gözlədi ki, türkləri yağmalasın»
4

«Dədə  Qorqud kitabı»nın  XII  boyunda  qeyd  olunan  Səlcuq 
türklərinin  bu  adəti
5
  türk  xanları  ilə  təbələrinin  əlaqələri  baxı-
mından dəyərlidir. V.Bartold Qazan bəy  ilə  yanaşı hərəkət edən 
Çobanın iştirak etdiyi bölümünü şərh edir və tənqid etməkdən də 
                                                                                                     
205. 
1
 Annamarie von Gabain. Alttürk. Grammatik, s.248-249, 253. 
2
 Siyâsetnâme. Schaefer neşri, s.115, tərcümə 137, 167, 168. 
3
 Oxunuşu:Yoğmara xan turkan ke səbr dəl bərdənd çenan.  
4
Hafız.  Divan.  Qazvini  gazel,  Arberry,  «Orient  pearls  at  rondom 
strung», BSOAS, XI-4, 1946, s.699-712. 
5
«Alp», İsl. Ans. fasikül 5, 1941, s.383; O.Turan. Le droit terrien sous 
les  seljoukides  de  Turquie.  Revue  des  Etudes  Islamiques,  1948»,  s.25-49, 
Türkçesi Belleten, XII n. 47, 1948, s.549-574. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə