Türk folkloru dünya alimlərinin gözü ilə


On iki hekayənin xülasəsi. Türk və digər millətlərin



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə26/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

76 
 
On iki hekayənin xülasəsi. Türk və digər millətlərin  
dastan və hekayələri ilə müqayisələr 
 
Hekayələrin müqayisəsi bir çox araşdırmaların mövzusudur. 
Bir-biri  ilə  əlaqəsi olmayan  millət, ölkə  və  dövrlərdə də  müştə-
rək insani duyğularla ətraf mühitin vəhdəsi sayəsində ortaya çı-
xan  bənzərliklər  olduqca  çoxdur.  Xatirə  və  ya  mətn  başda  ol-
maqla S.Tompsonun «Motif Index of Folk-literature» (Helsinki, 
1932) adlı altı cildlik əsərində folklor motivlərinin sistematik in-
deksləri vardır.  
V.Ruben  «Dədə  Qorqud  kitabı»  haqqında  «Ozean  der  Mär-
chenströme,  Teil  I:  Die  25  Erzählungen  des  Dämons  (Vetâla-
pancavimsati)  Mit  einem  Anxang  über  die  12  Erzählungen  des 
Dede Korkut» (Helsinki, 1944, FF Communications, No. 133) ad-
lı  kitabının  son  yüz  səhifəsində  tədqiqat  aparmışdır.  Burada  da 
Rubenin metodunu izləyərək qısa bir arayış verməkdə fayda var. 
On iki hekayədən hər birinin xülasəsini verib sonra digər millətlə-
rin xalq dastançılığının əlaqəsini və oxşarlığını ortaya qoyacağıq.  
 
I. Dirsə xan oğlu Buğac xanın hekayəsi 
Bayındır  xan  oğuz  bəylərinə  bir  ziyafət  verir.  Qonaqlarına 
bəyaz, qırmızı və qara rəngdə çadır qurdurur. Qara rəngli çadırı 
uşağı olmayanlar üçün hazırladır. Uşağı olmayan Dirsə xan ona 
qarşı edilən bu hərəkətdən mütəəssir olaraq ziyafəti tərk edir və 
evinə  gələndə  ona  bir  övlad  bəxş  etməyi  bacarmayan  həyat 
yoldaşına  həqarət  edir.  Həyat  yoldaşı  onu  sakitləşdirir  və  İlahi 
lütfü qazanması üçün qurban kəsib sədəqə  verməyə təşviq edir. 
Nəticədə,  bir  oğul  sahibi  olur.  Uşaq  yekəpər  və  cəsur  böyüyür. 
Hələ gənc yaşında ikən Bayındır xanın önündə bir buğanı öldü-
rərək  qələbə  qazanır.  Dədə  Qorqud  çağırılır,  o  da  gənci  təqdir 
edərək Buğac (bəlkə daha doğrusu, Boğac) adını verir. 
Atasının  əmri altına daxil olan Buğac  ətrafındakı  qırx atlını 
kölgədə qoyur. Onlar da qısqanclıqlarından Buğacı atasının qar-


77 
 
şısında haqsızlıq və ağılsızlıq etməkdə, eyni zamanda anası ilə əl-
bir olaraq onu öldürmək istəməkdə ittiham edirlər. Dirsə xan qırx 
xainin  yalanlarına aldanır və  bir ov  əsnasında oğlunu oxla  yara-
layır. Yurduna dönən Dirsə xandan Buğacın anası hüzn və sevgi 
dolu  sözlərlə  xəbər  alır.  Onun  dönmədiyini  görəndə  kənizlərini 
(incəbel qız) götürərək oğlunu axtarmağa çıxır. Buğac ölməmişdi. 
İki köpəyi onu qarğalardan qoruyurdu. Xızır İlyas onu görmüş və 
toxunmuşdu. Anası onu tapır və müalicə etmək üçün süd verir və 
dağ çiçəklərindən dərman hazırlayır. Sonra gizlincə evə gətirir. 
Buğacın  döndüyünü  görən  qırx  xain  Dirsə  xanın  bu  alçaq 
iftiralardan  xəbərdar  olub  intiqam  almasından  qorxurlar.  Onun 
əl-qolunu bağlayıb əsir kimi kafirlərə satmağa qarar verirlər. Bu-
ğac anasının təşviqi ilə atasını qaçıranları qovur və onları ələ ke-
çirir. Atasını azad edərək yurduna dönür.  
V.Ruben  (s.199-202)  Orta  Asiya  türkləri  arasında  hələ  də 
davam edən, ilk ovdan əvvəl və sonra advermə ənənəsini ortaya 
qoyur  (Radlov.  Proben-I,  89,  358;  II,  579;  Schiefner.  Helden 
sage der Minnussinskischen Tataren. XI, 31, 105, 206, 252). Ad 
şaman inanclarında ruhdur. Digər millətlərin dastan və folkloru 
ilə qarşılaşdıraraq müxtəlif motivləri tədqiq edir, məsələn, ata ilə 
oğulun  bilərəkdən  və  ya  bilməyərəkdən etdikləri  münaqişələrin 
mövzusu  (Yunanıstandakı  Oidipus  ilə  Laius,  Almanyadakı  İl-
debrando  və  Adubrando,  iranlıların  «Şahnamə»sindəki  Rüstəm 
ilə  Söhrabın)  və  ana  südündən  dərman  kimi  istifadə  olunması 
(qırğızlardakı haqda ətraflı məlumata bax: Radlov, V, 5152 vd.) 
kimi. Eyni zamanda türk dastansayağı hekayələrinə bənzəyənləri 
də mövcuddur, yəni atasını qaçıranları təqib və ələ keçirmə mo-
tivi Tarba Kıncınınkinə bənzəyir (Saqay hekayəsi, Radlov, II, n. 
X).  Çox  doğru  olaraq  Ruben  burada  «Dədə  Qorqud  hekayə-
si»nin əxlaqi yüksəkliyinə işarə edir. 
 
II.Salur Qazanın evinin yağmalanması hekayəsi 
Qazan xan oğuz bəylərinə verdiyi bir ziyafət əsnasında uzun 
sürən ətalətdən sonra vücudlarını hərəkətə gətirmək üçün onları 


78 
 
bir ov məclisinə dəvət edir. Yurdunu qorunmaq üçün oğlu Uru-
zu üç yüz atlı ilə birlikdə orada saxlayır. 
Qazanın  Aladağa  ova  çıxdığı  zaman  gürcü  kafirlər  yurda 
hücum  edir  və  Uruzu,  anasını,  Qazanın  qadın  və  qızlarını  əsir 
götürürlər. Xəzinəsini, at və dəvələrini də aparırlar. Lakin qoyun 
sürüsünü  yağmalaya bilmirlər, çünki Qaracuk Çoban  böyük bir 
sapand ilə onları qoruyur. 
Qazan  gördüyü  qorxulu  yuxuda  taleyinin  bu  acı  xəbərini 
alır.  Yurduna  gəlir  və  xarabalığı  görür.  Ağlamağa  başlayır  və 
yolda sudan, qurddan və köpəyindən xəbər alır. Köpəyini izləyə-
rək Qaracuk Çobanı tapır və baş verənləri öyrənir. Ailəsini azad 
etməyə gedir. 
Bu əsnada kafirlərin rəisi Qazanın həyat yoldaşını şərab pay-
lamaq üçün gətirmək istəyir. Lakin əsir qadınlar arasında hansının 
onun həyat yoldaşı olduğunu seçə bilmir. Bunun üçün oğlu Uruzu 
öldürüb  bişmiş  ətini  qadınlara  verməyi  qərara  alır.  Əti  yeməyi 
rədd edən anasıdır. Bu xəbəri eşidən Uruz anasına xəyanət etmə-
məsi üçün xəbərdarlıq edir. Əti yeməsini, düşmənlərə xidmət edə-
rək  ərinin  şərəfini  alçaltmamasını  söyləyir.  Bu  əsnada  Qazan  ilə 
Çoban, daha sonra da digər oğuz bəyləri yetişirlər, düşmənin yur-
dunu dağıdaraq əsirləri azad edir və mallarını da geri alırlar. 
Rubenin  bu  hekayə  ilə  bağlı  müqayisələri  (s.204-206)  xü-
susi  motivlərlə  bağlıdır:  Çobanın öz  bəyinin  yardımına gəlməsi 
(bununla  bağlı  s.32-yə  baxın.  Qaracuk  Çoban  üçün  və  V.Bar-
toldun «Encyclopédie de l`Islam»dakı «Çoban» maddəsində Ru-
benin  s.  205-dəki  şübhələrini  aradan  qaldıran  qeydlər  var),  su, 
qurd  və  köpəklə  xəbərləşmək  (müştərək  bir  folklor  motividir. 
Bunun  üçün  Hindistanda  bənzərliklər  axtarmaq  lazımsız  bir 
işdir),  qadınlara  Uruzun  ətini  verərək  anasını  tanımaq  (bu  da 
Hz.Süleymanın hökmü ilə hind, Afrika və türk folklorunun mo-
tivləri ilə müqayisəlidir). 
 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə