Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

64 
 
can ədəbiyyatındakı «başa dönmək» Osmanlı ədəbiyyatında isti-
fadə  olunan  «qurban  olmaq»  təbiridir.  «Dədə  Qorqud»da  dəfə-
lərlə  «qara  başım  sana  qurban  olsun»  ifadəsini  görürük.  Böyük 
bir qara qoyunu, bir şəxsin başı ətrafında üç dəfə dolandırıb onu 
xəstəlikdən  və  ya  böyük  bir  fəlakətdən  qurtarma  ənənəsi  keçən 
əsrdə  Xodzko  tərəfindən  İran  türkləri  arasında  araşdırılmış  və 
Azərbaycan  dilindəki  «Koroğlu»  nəşrində  də  göstərilmişdi. 
Şahın ətrafında üç dəfə dönərək bağlılıq göstərmək İran Səfəvi-
lərində  adət  idi.  Eyni  mərasimlər  Başqırd  və  qazax-qırğızlar 
arasında «aynalmaq» və ya  «aylanmaq» kəlmələri  ilə göstərilir. 
Rəşidəddinin  «Camiət-Təvarix»  adlı  əsərində  və  «Baburnamə» 
adlı əsərdə Monqollar arasında olduğu qeyd edilir
1

Eramızın 581-ci ilində bir çinli tarixçinin
2
 qeyd etdiyinə görə, 
türklər bir nəfər öldüyü zaman yeddi dəfə çadırın ətrafında fırlanır, 
bıçaqla  üzlərini  cızırdılar.  Bugünkü  Altay  türklərinin  şamanlıq 
mərasimlərində kəsiləcək qurbanı tutana «baş tutqan kişi» deyilir
3

deyilir
3

«Dədə  Qorqud  hekayələri»ndəki  cənazə  mərasimlərində 
ölən döyüşçünün atının quyruğu kəsilir
4
 və sonra at boğazlanırdı 
boğazlanırdı (IV boy). Bu əski ənənə keçən əsrdə Altay türkləri 
arasında  cənazə  mərasimlərində  icra  olunurdu
5
.  Belə  güman 
edilir ki, at sahibinin arxasınca gedəcək və ona o biri dünyada da 
xidmət  göstərəcəkdir.  Boğazlanmağa  da  səbəb  həyat  mənbəyi 
olan  qanın  yerə  tökülməsinə  əngəl  olmaqdır.  M.Polo  ölən  bir 
                                                
1
  F.Köprülü, adı çəkilən məqaləsi. 
2
  Julien. Documents sur le Turcs occidentaux. Petersbourg, 1903 
3
P.W.Schmidt. Die Ursprung des Gütteside. III, teil, Die Religionen der 
HinteNvölker: die primären Hirten völker der Alt-Türken der Altai und der 
Abakan-Tataren, Freiburg-München, 1949, s.280. 
4
  U.H.Arva,  adı  çəkilən  əsəri,  s.301.  Firdovsinin  «Şahnamə»sində 
(«Rüstəm oğlu Söhrabın öldürülməsi» hissəsində) yıxılan atlının və dostları-
nın atlarının quyruqları kəsilmişdi. 
5
 P.N.Schmidt, adı çəkilən əsəri, s.200, 286, 291, 590, 683 U.Harva, adı 
çəkilən əsəri, s.279, 301. 


65 
 
kralın  atlarının  öldürülməsinə  dair  bir  mərasimi  aşağıdakı  kimi 
təsvir edir:  «Kral öldükdən sonra sahib olduğu ən yaxşı atları o 
biri dünyada istifadə etsin deyə öldürürdülər»
1

Bir qohumun və ya məşhur bir döyüşçünün ölümündə oğuz-
lar  yas  (şivən,  qara  şivən)  tutur,  ağ  paltarlarından  vaz  keçərək 
qara paltarlarını geyinir və sonra aş ikram edirdilər
2

And işmək təntənəli bir mərasim idi. Dədə Qorqud yalnız bir 
dəfə  Qurana  and  içir  (XII  boyda  Daş  Oğuzların  üsyanı  və  Bey-
rəyin  öldürülməsi).  Başqa  bir  səfərdə  (III  boy)  Beyrək  həbsdən 
qurtulandan sonra şahzadə ilə evlənmək üçün and içərək
3
 ona: qı-
lıncıma doğranayım, oxuma sancılayım, yer kimi kərtiləyim, tor-
paq  kimi  savrulayım,  əğər  sağlıqla  varacaq  olsam,  Oğuza  gəlib 
səni almazsam. «Yer kimi kərtiləyim» ifadəsi VI boyda özünü da-
ha açıq şəkildə göstərir. Bu hekayədə Tur Əli qılıncını qınından 
çıxarır, yerə cızıq çəkir və yuxarıdakı tərzdə and içir. Türklər ara-
sındakı and içmə mərasimini araşdıran Ə.İnan «Dədə Qorqud ki-
tabı»ndakı bu bu qeydlərə söykənərək bunun qarğış üslubunda ol-
duğunu isbat edir. Belə and içən adam əgər sözünün üstündə dur-
mazsa,  cəzalandırılmasını  istəyir.  «Qılıncla  yer  kərtmə»  anlayışı 
III  hekayədəki  «beşik  kərtmə»  ifadəsində  də  vardır  (Beyrək  ilə 
Banuçiçəyin anadan olmamışdan əvvəl nişanlanması)
4

«Dədə Qorqud kitabı»nda bəd dualara qarğış, xeyirli dualara 
alqış  deyilir.  Birisi  üçün  Tanrıya  edilən  dualar  da  elədir.  Çox 
maraqlı  boylardan  birində  (II  boy)  deyildiyinə  görə,  «o  dövrdə 
bəylərin duaları dua, bəd duaları qarğış idi, hamısı qəbul edilirdi». 
Köçəri döyüşçü türkmənlərin ideal qəhrəmanlıq dövrü olan 
oğuzlar zamanında gözəl adətlər vardı. Övladlar atalarına  itaət-
sizlik etməzdilər (VI boy), ağ saqqallı ixtiyar atalarına və ağ bir-
                                                
1
 II Milione, L.Foscolo Benedettonun tərcüməsi və nəşiri, s.85. 
2
 Bu sözlərin istifadə olunduğu hekayələr üçün lüğətə baxın. 
3
  Drezden  nüsxəsində  olmasına  vaxmayaraq  (Gökyay,  s.35)  Vatikan 
nüsxəsində yoxdur. 
4
  A.İnan.  «Eski  Türklerde  ve  Folklorda  Ant»,  A.Ü,  Dil  ve  Tarih-
Coğrafya Fakültesi Dergisi, VI, 1948, s.279-290. 


66 
 
çəkli  analarına  hörmət  və  təzim  edirdilər.  Yalan  söyləmirdilər 
(III  boy).  Oğuzlarda  epik  dastan  qəhrəmanları  kimi  fövqaladə 
bacarıqlar nümayiş etdirirlər. «Dədə Qorqud kitabı»nda əgər bir 
cümlə «ol zamanda» – «oğuz zamanında» deyə başlayarsa, müt-
ləq  orada  bir  fövqəladəlik  gözlənilir.  Oğuzlar  yeddi  gün  yatır-
dılar və buna da kiçik ölüm deyirdilər (IX boy). Eyni inanc Aba-
kan və qazax-qırğızlarda da yayılmış, Anadolu-Azərbaycan-Qaf-
qaz «Koroğlu» dastanında da mövcuddur
1

Evlənən  oğlanların  paltarının  rəngi  qırmızı  idi
2
.  Evlənmə 
çadırına  da  gərdək  deyilirdi
3
.  Əkin  sahəsi  havaya  atılan  oxun 
düşdüyü yer seçilirdi (III boy). 
Oğuz bəyləri altın küpə taxırdılar (II və IV boylar). Ərəb və 
fars  mənbələrində  qədim  türklərlə  bağlı  qeydləri  tədqiq  edən 
Fuat  Köprülünün  gəldiyi  nəticəyə  görə
4
,  bu  adət  islamiyətdən 
əvvəl  türklər  arasında  monqollardakı  kimi  geniş  yayılmışdı. 
İslam  dövründə  isə  Qaraqoyunlu  və  Ağqoyunlular  arasında 
(iranlılarda olduğu kimi, qul anlayışı ilə bağlı deyil) və Bəkdaşi, 
Qələndəriyyə  və  Heydəriyyə  kimi  bəzi  türk-islam  təsəvvüf  cə-
miyyətlərində davam etmişdi. 
 
*** 
Ağlımıza  «Dədə  Qorqud»  hekayələrinin  mətnində  totemlik 
izləri varmı?» sualı gələ bilər. Hüseyn Namiq Orxan
5
 (Salur Qa-
zan  bəy  haqqında  II,  III,  və  VII  boylarda  deyilən)  «tülü  quşun 
                                                
1
 A.İnan, Ülkü, XIII, 1939, s.359-361. Bu deyim Anadoluda bu gün də 
mövcuddur,  ətraflı  məlumat  üçün  bax:  Söz  Derleme  Dergisi,  I-II,  İstanbul, 
1939-1941,  «beşik  kertme»  və  «beşik  kerteği»  maddələri.  «Tüngür  Beşük» 
formasındakı eyni şəkli Qalyanamqara və Papamqara adlı iki şahzadə «Bud-
dist  uyğur»  dastanında mövcuddur.  Pelliot neşri,  Toung  Pao,  1914.  Hüseyn 
N.Orkun tərəfindən edilən tərcümə, Ülkü, sayı 70, s.23. 
2
 Qazax-qırğızlar arasında belədir. A.İnan, Ülkü, XIII (1939), s.168-171. 
3
 A.İnan, adı çəkilən əsəri, s.359-361. 
4
 Dede Korkut kitabına Ait Notlar. I. Altın Küpeli Oğuz Beyleri.  Azer-
bayan Yurt Bilgisi, I (1932), s.17-21. 
5
 «Oğuz Destanına Dair», Ülkü, V (1935), s.412-420. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə